Icma.az
close
up
RU
Gənclər üçün mənzil almaq niyə getdikcə çətinləşir? Həll YOLLARI

Gənclər üçün mənzil almaq niyə getdikcə çətinləşir? Həll YOLLARI

Olke.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Gənclər və gənc ailələr üçün mənzil almaq getdikcə çətinləşir. Son illərdə qiymətlərin artması və kirayə bazarındakı vəziyyət, ilk dəfə ev sahibi olmaq istəyənlərin qarşısına yeni çətinliklər çıxarır. Bu, yalnız maddi tərəfdən deyil, həm də gənclərin müstəqil yaşamaq və ailə qurmaq imkanlarına təsir göstərir.

Mövzu ilə bağlı Ölkə.az-a açıqlama verən Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri Vüqar Oruc bildirib ki, bu, qiymət artımı ilə bağlı bir məsələdir.

Onun sözlərinə görə, qiymət artımı mənzillərin əlçatanlığına problem yaradır:

"Qiymət artımının qarşısını almaq mümkün deyil. Amma bazara dolayı müdaxilə etmək mümkündür. İnzibati resurslarla dövlət qurumları bazara müdaxilə edə bilməz. Amma dolayı yollarla sosial praktiklərin sayının artırılması, mənzil əlçatanlığının təmin olunması istiqamətində, tutaq ki, bazara təklif olunan mənzillərin sayının artması üçün tikinti sektoruna əlavə güzəştlərin və təşviq planlarının tətbiqi, tikinti sektorunun inkişafı və daha böyük tikinti həcminin artırılması üçün qərar verilməsi və bu istiqamətdə addımlar atmaqla bazarda təklifin sayının artmasını təmin etmək olar.

Eyni zamanda, dövlət, təhsil, istehsalat müəssisələrinin şəhərdən kənarlaşdırılması və eyni zamanda paytaxtın dəyişdirilməsi kimi addımlar da bu istiqamətdə atıla bilən addımlar sırasındadır".

Kirayədə yaşamaq yoxsa kreditlə ev almaq sualına gəldikdə isə V.Oruc bildirib ki, kirayədə yaşamaqdansa, kreditlə ev almaq daha sərfəlidir:

"Çünki kreditlə əldə olunan  mənzil davamlı olaraq kreditin verilməsindən sonra məhz həmin şəxsin özünə qalmış olur. Öz mənzili olur. Onun adına rəsmiləşir. Daimi kirayə ödənişləri faktiki mülkiyyət hüququnu dəyişmir və mülkiyyət hüququ yenə də kirayə verən şəxsdə qalır. Daha yaxşı olar ki, kirayə mənzillərin sayı artsın və kirayə bazarında müəyyən qədər stabillik yaransın və qiymətlərin artımına kirayə tələbləri təsir göstərməsin".

Həmidə İbrahimova 

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:131
embedMənbə:https://olke.az
archiveBu xəbər 29 Sentyabr 2025 15:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see315

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see280

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see273

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see268

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see262

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see259

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see258

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see243

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see237

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see233

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see225

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see224

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see223

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see221

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see218

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see216

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see211

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see197

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see191

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri