Icma.az
close
up
RU
Mənzil bazarında durğunluq var, amma ucuzlaşma gözlənilmir KONKRET

Mənzil bazarında durğunluq var, amma ucuzlaşma gözlənilmir KONKRET

Konkret.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

2024-cü ilin son aylarını yaşayırıq. Hazırda əmlak bazarında vəziyyət necədir? İllərdir mənzil sahibi olmaq istəyənlərin ümid yeri olan əmlak bazarı vətəndaşlara müsbət, yoxsa mənfi notlar vəd edir?

Ümumilikdə götürdükdə son dövrlərdə əmlak sektorunda alıcı durğunluğu nəzərə çarpır. Lakin eyni sözü əmlak qiymətləri üçün deyə bilmirik. Qiymətlər artmaqda davam edir.

“Kaspi” qəzetinin mövzuya dair məqaləsini təqdim edirik.

“Azərbaycan Rieltorlar Assosiasiyası” İctimai Birliyinin icraçı direktoru Elnur Azadovun sözlərinə görə, bu il əmlak qiymətlərinə bir neçə amilin təsiri müşahidə olunub: “Bu ildən etibarən ipoteka kreditlərinin sayı və həcmi azalıb. Nəticədə az da olsa, qiymət stabilləşməsi müşahidə olunub. Fevral və mart aylarından etibarən yenidən ipoteka kreditləri verilməyə başlayanda tələbi ödəməyən daşınmaz əmlak çatışmazlığı bazara qismən təsir edib. Nəticədə bu ilin ilk altı ayında 5-7 faiz artım qeydə alınıb. Bəzi sahələrdə torpaq sahələrinin az, lakin tələbatın yüksək olması da qiymətləri yüksəldib. Eyni zamanda, tikinti şirkətlərinə verilən icazələrin az olması ilə bağlı onların əlində qalan məhdud sayda mənzillərin də qiymətində süni artım olub”.

E.Azadov bildirib ki, keçən illə bu il arasında qiymət cəhətdən cüzi artımlar olsa da, bazarda əsasən stabilləşmə hökm sürür: “Mənzil bazarında əvvəlki kimi ajiotaj yoxdur. Tələbələrin gəlişi və mötəbər tədbirlər fonunda bəzi qiymət artımları müşahidə olunub. Tikinti şirkətləri arasında rəqabət də o qədər çox deyil. Bu ilin sonuna kimi tikinti şirkətləri tərəfindən satışa çıxarılan mənzillərdə qiymət artımları az da olsa, müşahidə ediləcək. Satışa çıxarılan mənzillərin sayı az olsa da, oktyabrdan ipoteka ilə alınan evlərin sayı kəskin azalıb, çünki bankların ipoteka resursları demək olar ki, bitib”.

Ekspertin fikrincə, 2025-ci ilin əmlak bazarı üçün proqnoz vermək bir qədər çətindir: “Çünki tikinti şirkətlərinə bildirilib ki, ilin sonundan tikintilərlə bağlı sərəncamların verilməsinə başlanılacaq. Əgər icazələrin sayı artarsa, tədricən rəqabət də yüksələcək və qiymətlər stabilləşəcək. Əks halda, heç bir rəqabət olmayacaq, satışda olan mənzillərin qiymətləri də artacaq”.

Əmlak məsələləri üzrə ekspert Anar Nəsirov isə düşünür ki, ötən illə müqayisədə bu il bazarda alıcılıq qabiliyyəti zəif olsa da, qiymətlər artan tempdə olub: “Tikinti şirkətlərinin xərclərinin artmasının mənzil bazarına təsiri hiss edilir. Həmçinin yeni layihələr də yoxdur. Satışda olan mənzillər də azdır. Bu da qiymətlərə təsir edir. Son 2-3 ayda mənzil bazarında ciddi durğunluqdur”.

A.Nəsirov kirayə mənzil bazarındakı vəziyyətə də aydınlıq gətirib: “Kirayə mənzil bazarında qiymətlər demək olar ki, hər gün yüksəlir. Əvvəl gündəlik 15-20 mənzil təkrar kirayə bazarına çıxırdısa, indi o rəqəm maksimum beşdir. Hər il bazara çıxarılan mənzillərin sayında azalma müşahidə edilir. Bu səbəbdən qiymətlər də yüksəlir. Hazırkı dövrdə elan saytına yerləşdirilən kirayə mənzil maksimum 15-20 dəqiqədən sonra sahibini tapır”.

A.Nəsirovun fikrincə, mənzil bazarında qiymət artımı ilin sonuna kimi səngiməyəcək: “Qiymət artımları noyabrdan sonrakı dövr üçün də davam edəcək. Çıxarışı olan mənzillərdə bu, daha çox müşahidə olunacaq. Çıxarışlı və ipotekaya yararlı mənzillərin qiymətinin artması bütün bazara təsir edir. Satışda olan mənzillər də azdır. MTK-lar özləri də bazara az mənzil çıxarmaq siyasəti yeridirlər. Bazara çıxardıqları mənzillərin qiymətlərini də yüksək təyin etdikdə, bu, ümumilikdə bazarda yüksək qiymətlər formalaşdırır”.

A.Nəsirovun sözlərinə görə, əvvəl insanlar daha çox həyət evləri alırdılarsa, indi vəziyyət xeyli dəyişib: “Həyət evlərinin sənədi olmadığı üçün artıq onlara maraq azalıb. Əksər insanlar bina evlərinə yönəlirlər. Daha çox mərkəzə yaxın ərazilərə tələbat olur ki, bu da qiymətlərə təsir edir. Təkrar satış bazarında da sənədli evlər daha yüksək qiymətə təklif olunur”.

Müsahibimiz sonda qeyd etdi ki, əgər sənədsiz evlərlə bağlı düyün həll olunsa, qiymətlərdə dəyişiklikləri görə bilərik: “Bu ilin sonuna qədər sənədsiz evlərlə bağlı məsələlər öz həllini tapmalı idi. Həmin mənzillər də əmlak bazarına daxil olarsa, qiymətlərdə cüzi də olsa azalma müşahidə ediləcək. Amma qiymətlərin kəskin enişini gözləmək absurddur. Çünki hazırda bütün dünyada həyat şəraitinin bahalaşdığı bir dövrdə bu, mümkünsüzdür”.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:90
embedMənbə:https://konkret.az
archiveBu xəbər 18 Noyabr 2024 22:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see278

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see260

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see256

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see246

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see241

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see227

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see216

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see205

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see193

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see192

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see183

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see180

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see171

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see168

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see167

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see164

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see155

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see154

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see154

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see150
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri