Icma.az
close
up
RU
Mənzil bazarında kəskin ucuzlaşma gözlənilir?

Mənzil bazarında kəskin ucuzlaşma gözlənilir?

Cebheinfo saytından alınan məlumata görə, Icma.az bildirir.

Dünya ölkələrində mənzil bazarında qiymətlərin ucuzlaşması müşahidə olunsa da, Azərbaycanda daşınmaz əmlakın bahalaşması davam edir.

Xüsusilə ABŞ və digər ölkələrdə qiymətlərin aşağı düşməsi fonunda Azərbaycanda mənzillərin getdikcə bahalaşması diqqət çəkir.

Bəs bu fərqin səbəbi nədir və ölkəmizdə mənzil qiymətlərinin artımı nə qədər davam edəcək?

İqtisadçı-ekspert Asif İbrahimov “Cebheinfo.az”a bildirib ki, Azərbaycanda, xüsusilə Bakı şəhərində mənzil qiymətlərinin yüksəlməsi bir neçə fundamental iqtisadi amillə bağlıdır:

“İlk növbədə, Azərbaycanda daşınmaz əmlak bazarında tələb və təklif arasında müəyyən disbalans mövcuddur. Xüsusilə Bakı şəhərində əhalinin, iş yerlərinin, təhsil və xidmət infrastrukturunun cəmləşməsi mənzilə olan tələbi artırır.

Daxili miqrasiya, paytaxtda yaşamaq və işləmək istəyənlərin sayının çoxalması, eləcə də yeni ailələrin mənzilə ehtiyacı bu tələbi formalaşdıran amillərdəndir.

Digər mühüm amil tikinti sektorunda maya dəyərinin yüksəlməsidir. Torpaq sahələrinin qiyməti, tikinti materialları, əməkhaqqı, mühəndis-kommunikasiya xərcləri və infrastruktur təminatı yeni tikililərin maya dəyərinə birbaşa təsir göstərir. 

Tikinti şirkətləri artan xərcləri satış qiymətlərinə daxil etdikdə bu, ümumi bazar qiymətlərinin yüksəlməsinə gətirib çıxarır. Bununla yanaşı, Azərbaycanda daşınmaz əmlak ənənəvi olaraq kapitalın qorunması və investisiya yatırımı vasitəsi hesab olunur. 

Əhalinin müəyyən hissəsi sərbəst vəsaitlərini bank depozitləri və digər maliyyə alətləri əvəzinə mənzil, torpaq və kommersiya obyektlərinə yönəldir”.

Onun sözlərinə görə, bu davranış xüsusilə investisiya baxımından cəlbedici ərazilərdə əlavə tələb formalaşdırır və qiymət artımını sürətləndirir:

“Burada torpaq bazarının rolunu da xüsusi qeyd etmək lazımdır. Bakı və Abşeron ərazisində tikinti üçün əlverişli torpaq sahələrinin məhdudluğu, torpağın yerləşməsi və infrastruktur imkanları mənzillərin son satış qiymətinə ciddi təsir göstərir. 

Torpağın bahalaşması nəticə etibarilə tikinti layihələrinin iqtisadi səmərəliliyinə və mənzillərin satış qiymətinə təsir edir. ABŞ və digər inkişaf etmiş ölkələrlə müqayisədə isə maliyyə bazarlarının strukturu, ipoteka faizləri, əhalinin gəlirləri və mənzil təminatı mexanizmləri fərqlidir.

Məsələn, ABŞ-də yüksək ipoteka faizləri mənzil almaq imkanlarını məhdudlaşdırır, tələbi zəiflədir və ayrı-ayrı şəhərlərdə qiymətlərin aşağı düşməsinə səbəb olur. Azərbaycanda isə daşınmaz əmlak bazarının maliyyələşmə strukturu və investisiya davranışı fərqli olduğundan eyni iqtisadi proseslərə fərqli reaksiya müşahidə edilir.

Mənzil qiymətlərinin gələcək dinamikasına gəldikdə, hesab edirəm ki, yaxın dövrdə Azərbaycanda daşınmaz əmlak bazarında kəskin və ümumi ucuzlaşma ehtimalı yüksək deyil. 

Tikinti xərclərinin səviyyəsi, torpaq resurslarının məhdudluğu, mənzilə olan tələbat və daşınmaz əmlakın investisiya aləti kimi cəlbediciliyi qiymətləri dəstəkləyən amillərdir.

Amma qiymət artımının indiki templə uzun müddət davam etməsi də real görünmür. Çünki mənzil qiymətləri ilə əhalinin real gəlirləri və alıcılıq qabiliyyəti arasında müəyyən fərq yaranır.

Qiymətlər gəlirlərin artımını uzun müddət üstələdikdə potensial alıcıların sayı azalır, satış müddəti uzanır və bazarda qiymət artımının tempi zəifləyir.
Mənim proqnozuma görə, yaxın perspektivdə daha çox qiymət artımının sürətinin azalması və bazarın ayrı-ayrı seqmentlərində sabitləşmə müşahidə oluna bilər.

Xüsusilə tələbin zəif olduğu ərazilərdə, tikinti keyfiyyəti və yerləşməsi baxımından rəqabət üstünlüyü olmayan obyektlərdə müəyyən qiymət korreksiyası mümkündür.

Bir məqamı da unutmamılıyıq, daşınmaz əmlak bazarında elan edilən qiymətlərlə faktiki alqı-satqı qiymətləri heç də həmişə üst-üstə düşmür. Bəzi hallarda satıcılar mənzilləri real bazar dəyərindən yüksək qiymətə satışa çıxarırlar.

Bu isə bazarda süni qiymət gözləntiləri yaradır. Daşınmaz əmlakın real bazar dəyəri müəyyən edilərkən faktiki satış əməliyyatları, yerləşmə, texniki vəziyyət, hüquqi status, likvidlik və gəlirlilik potensialı nəzərə alınmalıdır. 

Ümumilikdə isə mənzil bazarında qiymətlərin iqtisadi əsaslardan uzaqlaşması gələcəkdə müəyyən risklər yarada bilər. Mənzilin qiyməti əhalinin gəlirləri, ipoteka imkanları və kirayə gəlirləri ilə uzlaşmalıdır.

Əgər satış qiymətləri kirayə gəlirləri və digər iqtisadi göstəricilərlə müqayisədə həddindən artıq yüksəlirsə, daşınmaz əmlaka investisiyanın gəlirliliyi və cəlbediciliyi zəifləyir.

Ona görə də hesab edirəm ki, yaxın dövrdə Azərbaycanda kəskin qiymət enişindən daha çox bazarın tədricən tarazlaşması, qiymət artımının zəifləməsi və ayrı-ayrı əmlak seqmentlərində korreksiyalar gözləniləndir”.

İqtisadçı qeyd edib ki, qiymətlərin gələcək istiqaməti isə iqtisadi artım, əhalinin gəlirləri, ipoteka siyasəti, tikinti sektorunun xərcləri və daşınmaz əmlaka investisiya tələbindən asılı olacaq.

Aişə
“Cebheinfo.az”

Açar sözlər: mənzil bazarı Asif İbrahimov

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:88
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 16 Noyabr 2026 12:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see316

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see307

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see302

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see302

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see299

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see290

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see287

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see281

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see281

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see255

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see254

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see249

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see247

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see246

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see241

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see236

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see234

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see234

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

15 Noyabr 2026 05:06see230

Hesablama Palatasından inflyasiya ilə bağlı proqnoz: Bahalaşma davam edəcək

14 Noyabr 2026 13:59see200
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri