“Mənzil bazarında qiymət artımı 51 faizi keçib” “Bədəlini evə ehtiyacı olanlar ödəyirlər...”
Icma.az, Azpolitika.az portalına istinadən məlumat yayır.
“Rəsmi statitistik göstəricilər əsasında hesablama 2019-2025-ci illərdə Azərbaycanda mənzil bazarında kumulyativ qiymət artımının 51% təşkil edib. Əvvəlki 6 ildə (2012-2018-ci illər) ümumi qiymət artımı 21% təşkil etmişdi”.
“AzPolitika” bildirir ki, bu barədə iqtisadçı Rövşən Ağayev bildirib. Onun sözlərinə görə, mənzil bazarındakı son 6 illik artım səviyyəsi əvvəlki dövrlə müqayisədə 2,5 dəfə yüksək olub.
Ekspert vurğulayır ki, son 6 ildə mənzil bazarında sürətli qiymət artımlarını bu bazarın içərisində olanlar daha yaxşı bilir: “Tikinti icazlərinin verilməsində, tələb olunan ödənişlərin həcmində, rəqabət imkanlarında nələrin dəyişdiyini bilənlər bilir. Bədəlini hələlik evə ehtiyacı olan insanlar baha qiymətlərlə ödəyirlər”.
R.Ağayev qeyd edir ki, məhdudiyyətlərin yaratdığı qiymət köpüyünü bir mərhələdə bütün iqtisadiyyat, əsasən də maliyyə sektoru ödəməli olur.
“Azpolitika.info”
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:21
Bu xəbər 27 Dekabr 2025 15:48 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















