Icma.az
close
up
RU
Mənzil bazarında qiymət azalmasının baş vermə ehtimalı sıfırdır AÇIQLAMA

Mənzil bazarında qiymət azalmasının baş vermə ehtimalı sıfırdır AÇIQLAMA

Icma.az bildirir, Demokrat.az portalına istinadən.

Azərbaycanın mənzil bazarında son 3 ildə formalaşan yeni qiymətlər tələbin zəifləməsinə səbəb olur. Yüksək qiymətlər alıcılıq qabiliyyətini zəiflətdiyindən bazarda satışla bağlı çətinliklər müşahidə edilməyə başlanılıb. Mənzil almaq üçün imkanı olan alıcılar da yüksək qiymətlərə görə gözləmə mövqeyini keçməyi daha doğru hesab edir. Onlar indiki yüksək qiymətlərlə mənzil almaqdansa, bir qədər gözləməyi üstün tuturlar.
Bununla bağlı əmlak məsələləri üzrə ekspert Ramil Osmanlı Demokrat.az-a açıqlamasında bildirib ki, son üç il ərzində mənzil bazarında çox kəskin qiymət artımları baş verib:

“Bu qiymət artımlarının dayandığını və yaxud dayanacağını söyləmək bir az çətindir. Bazarda baş verən ümumi proseslərə nəzərən stabillik yaranır, alıcı say azalır, ipoteka kreditlərinin verilməsində müəyyən fasilələr yaranır. Amma buna baxmayaraq müşahidələr göstərir ki, mənzil bazarında qiymət azalması baş vermir. Ümumiyyətlə, aparılan araşdırmalar göstərir ki, Azərbaycan mənzil bazarında qiymət azalmasının baş verməməsinin başlıca səbəblərindən biri ilkin mənzil bazardır. Tikinti şirkətləri maliyyə resurslarına malikdirlər. Ona görə də qiyməti aşağı salmaqda maraqlı deyillər”.
Ekspert qeyd edib ki, bu səbəbdən də bazarda qiymət azalması baş vermir:
“Nisbi də olsa azalma müşahidə olunmur. Buna görə də alıcıların gözləmə mövqeyinə keçməsi, nə isə gözləməsi müsbət nəticə vermir. Birincisi, ona görə ki, pulun alıcılıq qabiliyyəti aşağı düşür. İkincisi, ona görə ki, istehlak bazarlarındakı qiymət artımları, ümumi makro iqtisadi amillər, dünyada baş verən proseslərin Azərbaycan bazarına təsiri ildən- ilə qiymət artımını daha çox şərtləndirir. Bu mənada hesab edirəm ki, gözləmə mövqeyi əslində doğru qərar deyil. Yaxın gələcəkdə və mövcud iqtisadi şərtlər altında Azərbaycan mənzil bazarında qiymət azalmasının baş vermə ehtimalını sıfır hesab edirəm”.
Leyla Turan
Demokrat.az
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:124
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 06 Fevral 2025 16:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see258

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see257

Daşaltı əməliyyatından 34 il keçir

25 Yanvar 2026 00:11see245

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see202

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see186

Bundesliqa: Ştutqart darmadağına sevindi

26 Yanvar 2026 00:54see184

Çexiyalı könüllülər bir neçə günə Ukrayna üçün 4 milyon dollara yaxın vəsait toplayıb

25 Yanvar 2026 04:32see174

Bu il evlənəcəklər

26 Yanvar 2026 18:08see170

Gülaya ondan QADAĞA: “İstəmir, icazə vermir…”

25 Yanvar 2026 02:33see159

Hər gün 5 dəqiqə bunu et və ömrünü uzat

25 Yanvar 2026 02:49see157

Astronomlar metal buludla əhatə olunmuş sirli bir cismi izah edə bilmirlər…

24 Yanvar 2026 21:17see157

ABŞ Cənubi Qafqazda kimə nə verir: məhsul, yoxsa rol bölgüsü? TƏHLİL

26 Yanvar 2026 14:18see157

Suriyada MN YPG yə 15 gün vaxt verdi

25 Yanvar 2026 00:41see157

Milli Məclislə Bəhreyn Krallığı Nümayəndələr Şurası arasında anlaşma memorandumu imzalanıb

25 Yanvar 2026 20:58see154

Tramp ABŞ nin gizli silahının adını açıqladı Maduro ələ keçirilərkən istifadə olunub

24 Yanvar 2026 23:33see146

İranlı həkimdən ŞOK SÖZLƏR Etirazlarda öldürülən 1000 nəfərin… KONKRET

25 Yanvar 2026 20:41see146

Tramp ABŞ ordusunun gizli silahının adını açıqladı

24 Yanvar 2026 23:36see144

Azərbaycan Premyer Liqası: Sabah Karvan Yevlax la qarşılaşacaq

25 Yanvar 2026 09:30see142

Martda ata olacaqdı, sevinə sevinə işə gedirdi Ağır qəza 25 yaşlı gəncin həyatına son qoydu

26 Yanvar 2026 01:43see142

A Seriyası: Komo Torino nu meydana çıxdığına peşman etdi

25 Yanvar 2026 02:48see141
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri