Icma.az
close
up
RU
Mənzil bazarında yeni mərhələ: kirayə qiymətləri... Açıqlama

Mənzil bazarında yeni mərhələ: kirayə qiymətləri... Açıqlama

Icma.az bildirir, GlobalInfo saytına əsaslanaraq.

Məlum olduğu kimi, Azərbaycanda kirayə ilə bağlı vergi məbləğində dəyişiklik edilib. Əgər evini kirayə verənlərdən 14 faiz vergi tutulurdusa, gələn ildən bu rəqəm 10 faizə enəcək. Bildirilir ki, sözügedən qərar qiymətlərin azalmasına səbəb olacaq.

Qərar mənzil bazarına necə təsir edə bilər?

Globalinfo.az-a danışan Əmlak Ekspert Mərkəzinin direktoru Ramil Osmanlı deyib ki, 14 faizlik vergi dərəcəsi əvvəllər həm fiziki şəxslərə, həm də hüquqi şəxslərə eyni qaydada tətbiq edilirdi:

“Bu ildən etibarən fiziki şəxslər üçün ödəmə mənbəyindən tutulan vergi məbləğinin 14 faizdən 10 faizə endirilməsi gözlənilir. Sözügedən dəyişiklik əsasən stimullaşdırıcı xarakter daşıyır. Hesab edirəm ki, bu, kirayə müqavilələrinin rəsmiləşdirilməsində əhəmiyyətli rol oynamayacaq. Daha təsirli nəticə əldə etmək üçün mikro və kiçik sahibkarlıq subyektlərinə tətbiq olunan vergi güzəştlərinə bənzər mexanizmlər tətbiq edilməli idi”.

Ramil Osmanlı

Ekspert bildirib ki, ilk 3-5 il ərzində fiziki şəxslər üçün ödəmə mənbəyindən tutulan vergi 2-4 faiz səviyyəsinə qədər azaldılsaydı, daha fərqli mənzərə olardı:

“Belə hal kirayə mənzil bazarını stimullaşdıra və ən azı həmin sahədə müəyyən uçotun aparılmasına imkan verə bilərdi. Həmçinin vergi orqanları ölkədə kirayə mənzil subyektlərinin dəqiq sayını müəyyənləşdirər, il ərzində bağlanan müqavilələrin 80-90 faizi rəsmi qeydiyyatla təmin edilər, sonrakı illərdə isə həmin 2-4 faizlik dərəcəni tədricən və differensial şəkildə artırmaq olardı. Fikrimcə, hazırkı şərairdə 10 faizlik dərəcə hələ də yüksəkdir. Bu dəyişiklik fiziki şəxslər üçün yalnız nisbi dərəcədə yumşalma effekti yaradacaq”.

Zaira Akifqızı
Globalinfo.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:106
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 30 Oktyabr 2025 07:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kənd təsərrüfatında süni zəkadan istifadə olunacaq

04 Fevral 2026 01:51see243

Məğlubedilməz BÜRCLƏR: onların ən yaxşı saatı fevralda başlayacaq

04 Fevral 2026 00:13see240

Natiq Cəfərli: “Gürcüstanda benzin ucuzlaşır, çünki dövlətdən yox, bazardan asılıdır”

03 Fevral 2026 13:42see234

Əliyevlə Paşinyan Əbu Dabidə görüşdü Video

04 Fevral 2026 09:23see201

Türkiyə İranın parçalanmasına qarşı açıq və prinsipial mövqe sərgiləyir

03 Fevral 2026 09:46see197

Azərbaycanın Körfəz strategiyası: səssiz, amma dərin... TƏHLİL

04 Fevral 2026 09:38see188

Bakıda şagird məktəbin pəncərəsindən yıxılıb

04 Fevral 2026 14:33see175

m10 və bir sıra ödəniş sistemlərində PROBLEM YARANDI

04 Fevral 2026 11:01see172

Sadıqov: “Üstün tərəf biz idik”

04 Fevral 2026 20:37see172

m10 platforması ilə bağlı VACİB MƏLUMAT

03 Fevral 2026 16:53see172

Aktau və Kəraçi limanları logistika sahəsində əməkdaşlığın inkişafı barədə razılığa gəlib

04 Fevral 2026 20:04see170

Rusiyada dəhşətli hadisə: qadın 2 övladı ilə özünü eyvandan atdı

04 Fevral 2026 01:38see169

Naxçıvan Ali Məclisi sədrinə köməkçi təyin edildi

03 Fevral 2026 15:12see167

Azərbaycana Sibir soyuğu gəlib: Çovğun var

04 Fevral 2026 13:41see161

A Seriyası: “Milan” 3 xalı 3 qolla qazandı

04 Fevral 2026 01:53see160

“ABŞ nin vurduğu PUA qanuni kəşfiyyat missiyası həyata keçirirdi”

04 Fevral 2026 03:04see159

Zelenski müharibənin bitmə tarixini açıqladı: İlk dəfə etiraf etdi

05 Fevral 2026 00:53see156

Paytaxtın hansı küçələrində sıxlıq var?

04 Fevral 2026 18:40see156

“Avropa artıq ABŞ ın çətiri altında deyil!”

03 Fevral 2026 22:23see156

Onu baş nazir seçsəniz, sanksiyalar olacaq ABŞ dən xəbərdarlıq

04 Fevral 2026 09:25see145
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri