Icma.az
close
up
RU
“Bu, kirayə mənzil bazarında qiymətləri artıracaq” Ekspertdən XƏBƏRDARLIQ KONKRET

“Bu, kirayə mənzil bazarında qiymətləri artıracaq” Ekspertdən XƏBƏRDARLIQ KONKRET

Konkret.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Bu gün şəxsi evi olmayan minlərlə insan başqasının mənzilində kirayəçi kimi yaşayır. Kirayə mənzil tutanlar əsasən işləmək və təhsil almaq üçün iri şəhərlərə gedirlər.

Evini kirayə verən və mənzil kirayələyən şəxslər isə əksər hallarda müqavilə bağlamırlar. Bəs bunun hansı fəsadları ola bilər?

Mövzu ilə bağlı KONKRET.az-a danışan daşınmaz əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev bildirdi ki, qanunvericiliyə əsasən kirayə verilən bütün əmlakların müqavilələri notarial qaydada bağlanmalıdır.

Notarial qaydada bağlanılan bütün kirayə müqavilələrində tərəflərin hər birinin öhdəlikləri qeyd olunur.

“Əgər tərəflərdən hər hansısa biri müqavilədə qeyd olunmuş öhdəliyi pozarsa, təbii ki, məsuliyyət onun üzərinə düşür. Bu baxımdan vətəndaşların kirayə müqavilələrini notarial qaydada bağlaması müqavilə müddəti başa çatana qədər onların hüquqlarının pozulmamasına gətirib çıxarır. Kirayə müqaviləsi bağlanılırsa, həmin əmlak sahibi vergiyə cəlb olunur. Bu da kirayə qiymətinin 14 faizini təşkil edir. Vətəndaşların böyük bir hissəsi artıq vergidən yayınmaq üçün müqavilələri notarial qaydada bağlamırlar. Onların düşüncəsinə görə, əgər hər hansısa bir əmlakın müqaviləsi notarial qaydada bağlanılarsa, 14% vergi ödəmək birmənalı olaraq kirayə qiymətlərinin artmasına gətirib çıxaracaq. Reallığa əsasən də, bu, belədir. Yəni vergiyə cəlb olunsalar, bu, ölkədə kirayə-mənzil bazarında növbəti qiymət artımına gətirib çıxaracaq“.

Ekspert qeyd edir ki, kirayə müqavilələrinin notarial qaydada bağlanılmasını təşviq etmək üçün ilk növbədə həmin 14% vergilər endirilməlidir:

“Vətəndaşlar arasında maarifləndirici təbliğatlar aparılmalıdır. Gələcəkdə hər hansısa bir qanun pozuntusu və yaxud fors-major hadisə baş verən zaman buna səbəb olan tərəf məsuliyyəti daşımalıdır. Subasma, yanğın və digər hadisələr baş verən zaman əmlaka böyük zərər dəyir. Bu hallar daha çox insanların məsuliyyətsizliyi ucbatından baş verir. Müqavilələr notarial qaydada bağlanarsa, kirayə verilən hər bir əmlak sığortalanarsa, o zaman gələcəkdə mənzillə bağlı hüquq pozuntusu halında məsuliyyətdən yaxa qurtara biləcək”.

Aynurə Ismayil, 

KONKRET.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:160
embedMənbə:https://konkret.az
archiveBu xəbər 27 Mart 2025 19:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see213

“Biz oraya çatanda onlar qaçdılar” Tramp Rusiya tankerinin ələ keçirilməsindən danışdı

09 Yanvar 2026 11:53see210

Bazel III standartlarına uyğunlaşdırmaq

09 Yanvar 2026 11:34see207

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see195

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see195

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see188

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see185

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see178

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see167

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see158

Təyyarəmizi vuran generala qarşı bütün ittihamlar ləğv edildi

09 Yanvar 2026 17:51see156

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see153

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see151

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see145

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see142

“Mən neftin qiymətini aşağı saldım, bu, hər kəs üçün əladır” Trampdan Venesuela etirafı

09 Yanvar 2026 09:21see142

“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür

09 Yanvar 2026 16:15see139

Qəza, əzab, xəstəlik qaraçılar nasistlərə lənət yağdırıblar və bəziləri ona düçar olub

09 Yanvar 2026 09:20see139

Bir sıra TV və radioların yayımı dayandırılacaq RƏSMİ

09 Yanvar 2026 13:59see138

İstanbul məhkəməsi Ekrem İmamoğlu barəsində yeni qərar verdi

09 Yanvar 2026 23:23see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri