Icma.az
close
up
RU
Mənzil bazarını “qara qutular” idarə edir “Ruhlar məhəllə”sinin sahibləri kimlərdir?

Mənzil bazarını “qara qutular” idarə edir “Ruhlar məhəllə”sinin sahibləri kimlərdir?

Avtosfer portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

“Qara binalar” dedikdə ağla ilk olaraq vahiməli, mistik, təhlükəli məkanlar gələ bilər, amma bu metaforik anlam başqadır. Daşınmaz əmlak bazarında investorların özünəməxsus spekulyasiyasının obrazlı təsviridir. Yəni əlində pulu olanların yatırım üçün çoxsaylı mənzilləri, hətta tamamən binanı satın alıb sonradan baha qiymətə sataraq yüksək gəlir əldə etməsidir. Bu anlayış hüquqi və rəsmi baxımdan mövcud olmasa da, iqtisadi və sosial reallığın metaforik ifadəsidir. Nəticədə Azərbaycanda yeni, çoxmərtəbəli binalar mərkəzdən ucqara qədər hər yerdə yüksəlir. Çünki daşınmaz əmlak bazarı ölkədə ən geniş yayılmış biznes növüdür: tələb-təklif varsa, yüksəlməyə də davam edəcək.  İlk təəssüratda iqtisadi canlanma olaraq görünür, əslində bu mənzərənin arxasındakı görünməz əllər süni manevrlər yaradır. Avtosfer.az-ın məlumatına görə, bu barədə iqtisadçı ekspert Çingiz Cəbrayılov "Bizim Media"ya açıqlamasında deyir ki, ümumiyyətlə Azərbaycanda insanlar “daşa-quma” pul yatırmağı həmişə üstün tutublar:

“Əslində qınamaq da olmur, çünki hər dövrdə ən etibarlı və zaman keçdikcə artan yatırım məhz mənzil bazarıdır. Daşınmaz əmlak uzunmüddətli perspektivdə həmişə qiyməti qalxan investisiyadır. Amma baxır hansı səviyyədə... İnvestorların da bir dayanma nöqtəsi olmalıdır. Harda bir tikinti gördü “katlavan”dan ucuz alıb gözləyir, sonra bazarı demək olar ki, o təyin edir”.

Ekspert deyir ki, belə olduqda gerçək alıcılar üçün mənzillər çatışmır, halbuki yüzlərlə mənzil illərlə boş qalır. Aşağı gəlirli ailələr isə mənzil sahibi olma şansını itirir. Çünki onların alıcılıq qabiliyyəti qeyri-real rəqəmləri formalaşdıran və “kölgə”də dayanıb gözləyən belə investorlar tərəfindən boğulur

Ç.Cəbrayılov diqqətə çatdırıb ki, süni şəkildə mənzillərin satış qiymətləri yüksəldikcə, məlum məsələdir ki, kirayə bazarında qiymətlər də “əl yandıracaq”.

Bir problem də var ki, “qara binalar” yalnız iqtisadi deyil, urbanistik problemlərə də yol açır. Boş qalan mənzillərlə dolu binalar hər yerdə var, neçə-neçə ərazi “canlılıq” hissini itirib. Xüsusən də axşamlar bir mənzilin belə işığı yanmır, ona görə də “ruhlar məhəllə”lərinin yaranmasına səbəb olur. İnsan nəfəsi duymayan bu binalar “yetim” kimi bir-birinə qısılıb, nə vaxtsa onlara sahiblənəcək bir ev yiyəsi gözləyirlər.

Məlumat üçün bildirək ki, Avropa ölkələrində bu cür investisiyalarla qarşı ikinci mənzil vergisi, boş mənzillərə cərimələr tətbiq edilir. Azərbaycanda da daşınmaz əmlak bazarına axan vəsaitlərin yoxlanılması və spekulyasiyaya qarşı tədbirlər görülməsə, belə mənzillər əsl sahiblərini tapmadan yalnız sərvət toplayanların “qara qutu”su olacaq.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:177
embedMənbə:https://avtosfer.az
archiveBu xəbər 17 İyul 2025 13:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see292

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see258

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see243

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see242

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see231

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see229

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see228

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see219

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see216

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see216

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see213

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see211

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see202

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see199

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see196

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see191

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see190

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see190

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see189

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri