Icma.az
close
up
RU
Mənzil bazarlarında qiymətlər “şişir”: Ekspert SƏBƏBLƏRİ AÇIQLAYIR

Mənzil bazarlarında qiymətlər “şişir”: Ekspert SƏBƏBLƏRİ AÇIQLAYIR

Icma.az, Bakivaxti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Son illərdə Azərbaycanın mənzil bazarında qiymətlərin sürətlə artması müşahidə olunur. Güclü bahalaşma dinamikası artıq dördüncü ilə keçib.

Bakıvaxtı.az-ın məlumatına görə, paytaxtda, yeni tikililər və köhnə mənzillər bazarında müşahidə olunan qiymət artımı bir çox vətəndaş üçün mənzil almağı çətinləşdirib. Alıcıların böyük qismi yalnız uzunmüddətli ipoteka krediti ilə ev sahibi ola bilir, kirayə bazarında isə şişirdilmiş qiymətlər əlavə problemlər yaradır.

Bu ilin III rübündə Azərbaycanda mənzillərin bahalaşması qeydə alınıb. Dövlət Statistika Komitəsinin məlumatına görə, 2025-ci ilin III rübündə mənzil bazarında qiymət indeksi 2025-ci ilin II rübü ilə müqayisədə 1,6 faiz bahalaşıb. Bahalaşma ilkin mənzil bazarı üzrə 3,2 faiz, təkrar mənzil bazarı üzrə 1,6 faiz təşkil edib. Bununla yanaşı, 2025-ci ilin yanvar-sentyabr aylarında mənzil bazarında qiymət indeksi 2024-cü ilin eyni dövrünə nisbətən 12,7% artıb.

Bu dövr ərzində bahalaşma ilkin mənzil bazarında 12,5%, təkrar mənzil bazarında isə 12,8% olub. Açıqlanan məlumatlara əsasən, Bakı şəhərində yeni tikililərdə 1 kvadrat metr mənzilin orta qiyməti təxminən 2 167 AZN, köhnə tikililərdə isə 1 800-1 900 AZN ətrafındadır. Son bir ildə ilkin bazarda qiymət artımı 10-15%  olub. Rəsmi statistika göstərir ki, 2024-2025-ci illərdə illik müqayisədə mənzil qiymətləri Bakı üçün təxminən 8-17% artıb. Hər il payız-qış mövsümündə mənzil bazarında durğunluq yaşanırdı. Bu da nisbətən də olsa qiymətlərin enməsi ilə müşahidə olunurdu. Amma bu il əksinə olub. Mənzil bazarında canlanma olduğundan qiymətlər də artıb. Bu gedişlə 2026-cı ildə mənzil bazarında qiymətlərin kəllə-çarxa qalxacağı şübhə doğurmur.

Bütün bunlar ictimaiyyətdə haqlı suallar doğurur: mənzil bazarında davam edən bu cür bahalaşma normal haldırmı, yoxsa qiymət artımları süni şəkildə baş verir?

İqtisadçı Natiq Cəfərli Bakıvaxtı.az-a deyib ki, Azərbaycanda mənzillərin qiyməti hədsiz bahadır. Ekspert vurğulayıb ki, mənzil bazarında qiymətlərin şişməsinin bir çox səbəbi var:

"Daha doğrusu, mənzillər paytaxt Bakı şəhərində bahadır. Birincisi, paytaxtda söküntü işləri gedir. Bəzi bölgələr sökülür və sökülən evlərin sahiblərinə kompensasiyalar verilir. Narazılıq olsa da, hər halda evi sökülənlərə kompensasiya ödənilir. Kompensasiyaların böyük bir qismi də təbii olaraq mənzil bazarına yönəlir”.

Natiq Cəfərli: İpotekanın baha olması da mənzil bazarına kifayət qədər ciddi mənfi təsir göstərir

Müsahibimiz vurğulayıb ki, söküntü prosesi Bakıda kirayə evlərin bazarını da canlandırır. Dediyinə görə, evi sökülənlər yeni mənzilləri tapanadək, evləri hazır olanadək kirayə evlərdə qalmalı olurlar. Bu da kirayə evlərin qiymətlərinin qalxması ilə nəticələnir.

“Bundan başqa, mənzil məsələsində bizdə ipoteka da çox bahadır. İpotekanın da baha olması mənzil bazarına kifayət qədər ciddi mənfi təsir göstərir", - deyə Natiq Cəfərli vurğulayıb.

Aydın Baxış

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:101
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 14 Noyabr 2025 12:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya, vəziyyətin kritik həddə çatmasına imkan verməməli idi

29 Dekabr 2025 16:02see261

İsrail ordusuna ilk lazer hava hücumundan müdafiə sistemi təhvil verildi

28 Dekabr 2025 19:42see240

Azərpoçt sakinləri məktub dalıyca haraya göndərir? “Yaşadığım yerdən neçə kilometr kənara məktub və bağlama üçün gedirəm”

29 Dekabr 2025 09:04see226

Tesla avtomobilləri 15 dən çox insanın ölümünə səbəb olub

29 Dekabr 2025 00:03see215

Qızılın bu günə olan qiyməti açıqlandı

29 Dekabr 2025 11:26see183

İcbari tibbi sığorta özünü doğrulda bilmədi AÇIQLAMA

28 Dekabr 2025 15:30see168

Zəngəzurda NƏHƏNG dağlar yarılır, yol çəkilir: MÜHÜM DETALLAR açıqlandı

28 Dekabr 2025 11:09see163

PREZİDENT İCRA BAŞÇISINI İŞDƏN ÇIXARDI Ötən ay təyin edilmişdi + DOSYE

29 Dekabr 2025 18:01see158

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see156

“Birləşdirən dəyərlər Şəhid Ailələri ilə Həmrəylik Günü” adlı tədbir keçirilib

28 Dekabr 2025 16:20see153

Rusiya orbitə 50 dən çox peyk buraxdı...

29 Dekabr 2025 01:36see152

Tramp bu gün Zelenski ilə Donbas və Zaporojye AES məsələlərini müzakirə edəcək FOTO

28 Dekabr 2025 16:18see147

Neft qiymətləri yüksəlir: Geosiyasi risklər bazara təsir göstərir

29 Dekabr 2025 09:52see145

MHP lideri: Millətimiz əmin olsun ki, terror bəlasının kökləri slinəcək

29 Dekabr 2025 18:05see144

Stomatoloq ən təhlükəli bayram içkisinin adını çəkib...

29 Dekabr 2025 22:18see142

Bakı sakinlərinə ŞAD XƏBƏR: Tarqovı nın ərazisi böyüdülür (FOTO)

29 Dekabr 2025 04:20see140

Belarus qapıçı Azərbaycanda rekorda imza atıb

28 Dekabr 2025 16:54see140

Moldovada da “Rus Evi” bağlanır Azərbaycan bu addımı ilin əvvəlində atıb

28 Dekabr 2025 20:46see139

DİN Baş İctimai Təhlükəsizlik İdarəsinə rəis təyin edilib

29 Dekabr 2025 03:50see136

Ekspert xəbərdarlıq etdi: 2026 da iqtisadi çətinlik...

30 Dekabr 2025 08:15see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri