Icma.az
close
up
RU
Payız depressiyası: Psixoloq əsas səbəbləri AÇIQLAYIR, çıxış yollarını GÖSTƏRİR

Payız depressiyası: Psixoloq əsas səbəbləri AÇIQLAYIR, çıxış yollarını GÖSTƏRİR

Bakivaxti portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Payız fəsli öz rəngarəngliyi və təbiət gözəlliyi ilə insanı valeh etsə də, bir çoxları üçün psixoloji baxımdan çətin dövr hesab olunur.

Bəs, payız depressiyası nədir? İnsanlar bu dövrdə nəyə diqqət etməlidir?

Mövzu ilə bağlı Bakıvaxtı.az-a açıqlama verən psixoloq Elnur Rüstəmov bildirib ki, günlərin qısalması, günəş işığının azalması və havaların soyuması insanın bioloji ritmlərinə təsir edir.

Onun sözlərinə görə, bu vəziyyət əhval-ruhiyyədə eniş, yorğunluq, həvəssizlik və motivasiya itkisi ilə özünü göstərə bilir. Psixoloq qeyd edib ki, buna bəzən “mövsümi affektiv pozuntu”, gündəlik dildə daha çox payız depressiyası da deyilir.

Müsahibimiz nəzərə çatdırıb ki, əsas səbəblər kimi günəş işığının azalması ilə bədənin melatonin və serotonin balansının dəyişməsi, havanın tez qaralması səbəbindən bioloji saatın pozulması, sosial aktivliyin azalması, daha çox qapalı mühitdə olmaq göstərilir:

“Depressiya özünü əhvalın tez-tez düşməsi, səbəbsiz kədər hissi, enerji çatışmazlığı, yuxululuq və ya əksinə, yuxusuzluq, iş və gündəlik fəaliyyətlərə marağın azalması, iştah dəyişikliyi, bəzən şirin qidalara meyl fonunda göstərir”.

Elnur Rüstəmov: İnsan payızı depressiya yox, daxili yenilənmə mövsümü kimi qəbul etməlidir

E.Rüstəmov belə hallarda gün işığından yararlanmağı, günorta vaxtı qısa da olsa gəzinti etməyi, idman, səhər yürüşü və ya sadəcə ritmik hərəkətlər kimi fiziki aktivliyi tövsiyə edib.

Həmsöhbətimiz onu da vurğulayıb ki, dostlarla görüşmək, ailə ilə vaxt keçirmək insanın daxili enerjisini artırır və emosiyaları bölüşmək, lazım gəldikdə mütəxəssislə məsləhətləşmək çox önəmlidir:

“İnsan payızı depressiya yox, daxili yenilənmə mövsümü kimi qəbul etməlidir. Bu dövrü kitab oxumaq, yeni vərdişlər qazanmaq, yaradıcılığa vaxt ayırmaq üçün fürsətə də çevirmək mümkündür”.

Mina Mikayılova

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:56
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 24 Sentyabr 2025 15:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see197

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see178

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see168

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see164

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see160

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see159

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see154

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see147

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see144

Darçının xərçəng əleyhinə İMKANLARI

23 Dekabr 2025 02:40see144

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see142

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see140

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see140

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see138

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see138

FHN ASAN Xidmətdə təlim keçirdi Foto

23 Dekabr 2025 11:05see136

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see135

Qarabağ Koxalski ilə bağlı qərarını qətiləşdirdi

23 Dekabr 2025 01:26see133

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see132

Şəhid qızı olan məhkəmə hakimi yol qəzasında öldü

22 Dekabr 2025 20:56see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri