Mənzil və tikinti sahəsindəki bahalaşmanın səbəbi budur Deputat AÇIQLADI
Tribuna saytından alınan məlumata görə, Icma.az bildirir.
Mənzil və tikinti sahəsində bahalaşmanın bir səbəbi də qum-çınqıla olan təlabatın kəskin artması və yerli sahibkarların bu ehtiyacı təmin edə bilməməsidir.
Tribunainfo.az xəbər verir ki, bu sözləri deputat Razi Nurullayev bu gün Milli Məclisdə çıxışı zamanı bildirib. Deputat qeyd edib ki, “AzerGold” QSC qeyri-filiz faydalı qazıntı yataqlarının istismarı ilə bağlı qaydaları tezləşdirməli və icazələr verməyə başlamalıdır:
“Hazırda İmişlidə 2-3 karxanadan başqa digər onlarla karxana sahələri qapadılıb və bu da iş yerlərinin kütləvi azalmasına gətirib çıxarıb. Prezident İlham Əliyevin 23 dekabr 2024-cü il traxili Sərəncamına əsasən, qeyri-filiz faydalı qazıntı yataqlarının istismarı “AzerGold” QSC-yə tapşırılıb. Qeyri-filiz faydalı qazıntı yataqlarının istismarının tez bir zamanda açılması bağlanmış iş yerlərinin bərpasına gətirib çıxarar və bahalaşmanın qarşısını alardı.
Mənzil tikintisində, digər tikinti sahələrində qum-çınqıl geniş istifadə olunur. Məhz, mənzil və tikinti sahəsində bahalaşmanın bir səbəbi də qum-çınqıla olan təlabatın kəskin artması və yerli sahibkarların bu ehtiyacı təmin edə bilməməsidir.
Vacibdir ki, “AzerGold” Qapalı Səhmdar Cəmiyyəti qeyri-filiz faydalı qazıntı yataqlarının istismarı ilə bağlı qaydaları tezləşdirsin və icazələr verilməyə başlasın”.
Gülşən Rəsul
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:95
Bu xəbər 10 Oktyabr 2025 14:22 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















