Icma.az
close
up
RU
Mənzilləri bu yolla almaq risklidir AÇIQLAMA

Mənzilləri bu yolla almaq risklidir AÇIQLAMA

Metbuat saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Bəzən tikinti şirkətlərindən, yaxud vasitəçilərdən müqavilə əsasında alınan eyni mənzilin bir neçə alıcıya satılması halları müşahidə olunur.

Əmlak eksperti Elnur Azadov Metbuat.az-a açıqlamasında bildirib ki, çıxarış əldə olunana qədər çoxmənzilli binalarda yalnız müqavilə əsasında alqı-satqı həyata keçirilir. Bina istismara qəbul edildikdən, yəni dövlət aktı alındıqdan sonra çıxarış verilir və yalnız bundan sonra alqı-satqı əməliyyatları aparıla bilər.

Ekspertin sözlərinə görə, hazırda ölkədə təxminən yetmişə yaxın bina var ki, tikintisi başa çatıb, lakin hələ də istismara qəbul aktı alınmayıb:

“Belə binalarda daşınmaz əmlakın alqı-satqısı yalnız müqavilə ilə həyata keçirilir. Bu hallarda əsas hüquqları təmin edən tərəf adətən MTK və ya MMC-lər olur. Onların rəhbərliyi sənədləşməni aparır və köhnə müqavilə ləğv edilərək yeni alıcının adına yeni müqavilə rəsmiləşdirilir. Bu prosesdə əvvəllər alıcı olmuş vətəndaş, yəni əvvəlki mülkiyyətçi və onun rəsmi nikahda olan həyat yoldaşı tərəfindən verilən imtina ərizələri notarial qaydada təsdiqlənir. Bu ərizələr əsas verir ki, əvvəlki alqı-satqı əsasında formalaşmış hüquqlar yeni alıcının adına keçirilsin. Bu, hazırda alqı-satqı prosesində özünü hüquqi cəhətdən qorumaq üçün ən münasib yoldur”.

E,Azadov burada əsas məsələnin hesablaşma ilə bağlı olduğunu qeyd edib:

“Qanunvericiliyə görə, ödənişlər nağdsız qaydada, yəni bank köçürməsi ilə həyata keçirilməlidir. Lakin təcrübədə vətəndaşlar çox zaman bu hesablaşmaları nağd şəkildə aparırlar. Tövsiyə olunur ki, imkan daxilində ödənişlər bank köçürməsi ilə həyata keçirilsin. Əgər bu mümkün deyilsə, tikinti şirkətindən maliyyə arayışı alınması və bu sənəd əsasında tərəflər arasında hesablaşmanın aparılması daha təhlükəsiz variant sayılır”.

Mütəxəssis bu sahədə müəyyən risklərin mövcudluğunu da istisna etməyib:

“Tikinti şirkətləri eyni mənzili bir neçə şəxsə sata, bir neçə müqavilə tərtib edə və istənilən şəxsə maliyyə arayışı verə bilər. Bu səbəbdən də heç kim bu prosesin tam zəmanətli və problemsiz olacağını iddia edə bilməz. Risk istənilən halda mövcuddur və vətəndaşlar bu riskləri nəzərə alaraq hərəkət etməlidirlər”.

Sevinc İbrahimzadə / Metbuat.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:250
embedMənbə:https://metbuat.az
archiveBu xəbər 12 May 2025 15:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see314

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see311

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see302

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see293

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see275

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see259

Politoloq: Van Yi bu açıqlamasıyla İsrailin hazırki rəhbərliyinin doğru siyasət aparmadığına işarə edib

17 Oktyabr 2026 20:18see252

Star Trek serialının ulduzu Maykl Forest vəfat etdi

17 Oktyabr 2026 20:28see241

Ferhat Göçer Eyyub Hüseynzadənin təşkil etdiyi konsertdə “Ey, Əziz Anam, Azərbaycan”ı oxudu VİDEO

18 Oktyabr 2026 10:06see207

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see206

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see202

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see198

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see196

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see196

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see186

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see184

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see183

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see178

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see171

İstanbulda Kızılelma yolunda Türkiyə Azərbaycan arası əməkdaşlıq və ticarətin inkişafı proqramı düzənləndi

17 Oktyabr 2026 21:18see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri