Meqa Həyat və Sea Breeze arasında əməkdaşlıq memorandumu imzalandı
Icma.az bildirir, Redaktor.az portalına istinadən.
4 sentyabr 2025-ci il tarixində Azərbaycanın aparıcı sığorta şirkətlərindən biri olan “Meqa Həyat Sığorta” ASC ilə ölkənin məşhur yaşayış və istirahət komplekslərindən biri olan ''Sea Breeze'' arasında əməkdaşlıq haqqında memorandum imzalanıb.
Memorandumun əsas məqsədi tərəflər arasında qarşılıqlı faydalı əməkdaşlığın qurulması, innovativ sığorta həllərinin təqdim olunması və müştərilərə əlavə üstünlüklərin yaradılmasıdır. Saziş çərçivəsində tərəflər müştərilər üçün daim inkişaf edən xidmətlər, reinvestisiya imkanları, daşınmaz əmlak əldəetmə prosesində dəstək və maarifləndirici təşəbbüslərin həyata keçirilməsi üzrə birgə fəaliyyət göstərəcəklər.
Meqa Həyat və ''Sea Breeze'' bu əməkdaşlıqla sığorta xidmətlərinin həyat tərzinə inteqrasiyasını təşviq etməyi və insanların maliyyə təhlükəsizliyinə töhfə verməyi hədəfləyir.
Tərəflər bu təşəbbüsün gələcəkdə müştəri məmnuniyyətinin artırılması və ictimai maarifləndirmə kampaniyalarının birgə təşkili üçün geniş imkanlar yaradacağına əmindir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:77
Bu xəbər 05 Sentyabr 2025 11:05 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















