“PAŞA Həyat” və “Sea Breeze” arasında Anlaşma Memorandumu imzalanıb
Icma.az bildirir, Mia.az saytına əsaslanaraq.
Daimi və sabit investisiya həyata keçirən şəxslər üçün yaşayış şəraitinin və daşınmaz əmlak əldəetmə imkanlarının yaxşılaşdırılması, əlavə üstünlüklər və imtiyazların yaradılması nəzərdə tutulur
21 aprel 2025-ci il tarixində “PAŞA Həyat” və “Sea Breeze” kurort şəhərciyi arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.
İmzalanan saziş çərçivəsində “PAŞA Həyat” və “Sea Breeze” müxtəlif istiqamətlər üzrə təcrübə və məlumat mübadiləsi aparacaq, eyni zamanda ölkədə sığorta və sığorta məhsulları ilə bağlı maarifləndirici kampaniyalar təşkil edərək ictimaiyyətin məlumatlandırılmasını həyata keçirəcəklər. Bu əməkdaşlıq müştərilərin reinvestisiya imkanlarının yaradılması üçün yeni fürsətlərə yol açacaq.
Anlaşma Memorandumu çərçivəsində, həmçinin, daimi və sabit investisiya həyata keçirən şəxslər üçün yaşayış şəraitinin və daşınmaz əmlak əldəetmə imkanlarının yaxşılaşdırılması, əlavə üstünlüklər və imtiyazların yaradılması kimi müddəalar da öz əksini tapıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:147
Bu xəbər 22 Aprel 2025 13:30 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















