Icma.az
close
up
RU
“Məqalədə Ermənistanın deyil, Azərbaycanın tolerant dəyərlərindən bəhs edilib”

“Məqalədə Ermənistanın deyil, Azərbaycanın tolerant dəyərlərindən bəhs edilib”

Qafqazinfo portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Ermənistan hökuməti ABŞ Prezidenti Donald Trampın administrasiyası ilə yaxınlaşmaq üçün dəridən qabıqdan çıxır. Baş nazir Nikol Paşinyanın sürpriz ABŞ səfərini də bu qəbildən hesab etmək olar.

Hökumət başçısı Vaşinqtonda Atlantik Şurasında keçirdiyi görüşlərdə region ölkələri ilə münasibətlər, sülh prosesi ilə bağlı müzakirələr aparıb. Lakin Nikol Paşinyan gözlənilməz sürprizlə qarşılaşıb. Müzakirələrin apardığı, debatlara qatıldığı bir dönəmdə Atlantik Şurasının saytında Azərbaycanla bağlı geniş məqalə dərc edilib. Azərbaycan etibarlı, tolerant və sülh tərəfdarı olan ölkə kimi xarakterizə olunub.

Şübhəsiz ki, dünyanın nüfuzlu beyin mərkəzi olan Atlantik Şurası tərəfindən dərc olunan məqalə Tramp administrasiyasının Azərbaycanla münasibətlərə böyük önəm verməsinin göstəricisi hesab oluna bilər.

Ən önəmli olan isə məqalənin məhz erməni baş nazirin görüşlərinin keçirildiyi gündə dərcidir. “ABŞ Azərbaycan-İsrail əlaqələrinin dərinləşməsindən necə faydalana bilər” başlıqlı məqalədə Birləşmiş Ştatlarla Azərbaycan arasında münasibətlərin mühüm əhəmiyyət kəsb etdiyi vurğulanır.

Prezident İlham Əliyev ABŞ Prezidenti seçilən Donald Trampa göndərdiyi təbrik məktubunda da bunu xüsusi qeyd edib. Sabiq prezident Cozef Baydenin dövründə Azərbaycana qərəzli yanaşmanın şahidi olduq. Rəsmi Bakı da ümidvardır ki, Tramp administrasiyası dönəmində ABŞ-Azərbaycan münasibətlərinin balanslı və ikitərəfli faydalı siyasətin şahidi olacağıq.

Məqalədə vurğulanır ki, Azərbaycanın tək bölgədə deyil, bütövlükdə beynəlxalq aləmdə nüfuzu artır.

Yeri gəlmişkən, Nikol Paşinyan Atlantik Şurasında çıxış edən zaman ölkəsinin dini dözümlülük sahəsində yaxşı nəticələri olduğunu iddia edib. Baş nazir çıxışında əvvəlki rəhbərlərinin aqressiv siyasəti nəticəsində ölkəsinin monodövlətə çevrilməsinə yer ayırmayıb. Halbuki, Atlantik Şurasının rəsmi səhifəsində yerləşdirilən məlum məqalədə məhz Ermənistanın deyil, Azərbaycanın tolerant, multikultural dəyərlərindən bəhs edilib.

Bildirilir ki, Azərbaycanda və beynəlxalq səviyyədə yəhudilərlə tarixən yaxşı münasibətlər də sıx əlaqələrin yaranmasına kömək edib: “Yəhudilər Azərbaycanda ən azı yeddinci əsrdən yaşayırlar və digər türk ölkələrində olduğu kimi, demək olar ki, antisemitizmlə üzləşməyiblər. Azərbaycan-yəhudi diaspor təşkilatlarının sözlərinə görə, heç bir ölkə öz yəhudilərinə Azərbaycan qədər dost və sədaqətli olmayıb. Yəhudi diaspor təşkilatları ilə mükəmməl əlaqələr Azərbaycan-ABŞ münasibətlərinin yaxşılaşmasına kömək edib.

Nüfuzlu “beyin mərkəzi”nin dərc etdiyi məqalə yeni ABŞ administrasiyasının mövqeyi kimi qəbul edilə bilər. Görünən odur ki, Tramp administrasiyası bölgədə gedən prosesləri diqqətlə izləyir. Gəldiyi qənaət isə bundan ibarətdir ki, regionda söz sahibi məhz Azərbaycandır.

Bu siyasət Trampın birinci prezidentliyi dövründə də əsas xətt kimi keçib və indi də bu məsələ prioritet olaraq nəzərdən keçirilir. Bu baxımdan, Ermənistan nə qədər özünü ABŞ-nin yeni administrasiyasına sırımağa çalışsa da, fərqli münasibət görməyəcək. Azərbaycan nəinki siyasi cəhətdən, həm də iqtisadi baxımdan regionda söz sahibidir, onun razılığı və iştirakı olmadan bölgədə hər hansı bir layihənin reallaşması mümkün deyil. ABŞ adminstrasiyası da bunu gözəl başa düşür.

Beləliklə, ABŞ-nin yeni administrasiyanın artıq öz seçimini etdiyini söyləmək mümkündür. Azərbaycan ABŞ üçün, o cümlədən Avropanın enerji təhlükəsizliyinin təmin edilməsi baxımından böyük əhəmiyyət kəsb edir. Ona görə də, hesab etmək olar ki, Prezident Donald Tramp dövründə Azərbaycan-Amerika münasibətləri yüsələn xətt üzrə inkişaf edəcək. Dediyimizi sübut edən əsas məqam isə budur ki, oraya gedən, münasibətləri yaxşılaşdırmağa çalışan Paşinyan olsa da, qurum Azərbaycanla münasibətlərə əhəmiyyət verən məqalə dərc edib.

Report

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:74
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 06 Fevral 2025 17:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see271

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see214

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see193

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see167

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see163

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see160

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see158

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see151

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see150

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see147

Aİ ABŞ yə qarşı 93 milyard avroluq cavab rüsumu tətbiq edə bilər

19 Yanvar 2026 00:27see145

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see143

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see142

İstanbul un xəritəsi yenidən çəkiləcək! Həmin ərazidə nəhəng şəhər salınır

17 Yanvar 2026 22:09see139

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see139

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see138

Komedixana nın aktyoru başında parik Tramp kimi oynadı VİDEO

18 Yanvar 2026 16:12see135

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

18 Yanvar 2026 21:54see132

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see132

“Bavariya” Avropanın top 5 liqasında bir mövsümdə 100 qola çatan ilk komanda olub

18 Yanvar 2026 01:11see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri