Icma.az
close
up
RU
ATƏT in tədbirində Azərbaycanın tolerantlıq və multikultural dəyərlərindən bəhs edilib

ATƏT in tədbirində Azərbaycanın tolerantlıq və multikultural dəyərlərindən bəhs edilib

Azertag saytından alınan məlumata görə, Icma.az bildirir.

Bakı, 5 iyun, AZƏRTAC

İyunun 2–3-də Avstriyanın Vyana şəhərində Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) 2025-ci il üzrə 3-cü Əlavə İnsan Ölçüsü Görüşü keçirilib.

Bu barədə AZƏRTAC-a Ombudsman Aparatından məlumat verilib.

Bildirilib ki, “İnsan Hüquqları və Bərabərlik: effektiv milli mexanizmlərin rolu” mövzusuna həsr olunmuş tədbirdə Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatının Bərabərlik hüququnun təmini sektorunun müdiri Cavidan Qorçiyev iştirak edib.

Müxtəlif ölkələrin dövlət rəsmilərinin, qeyri-hökumət təşkilatlarının və milli insan hüquqları institutlarının nümayəndələrinin iştirak etdiyi tədbirdə Ombudsman Aparatının nümayəndəsi çıxışı zamanı Azərbaycanın tarixən tolerantlıq və multikultural dəyərləri ilə seçildiyini, həmin dəyərlərin bu gün də qorunaraq təbliğ edildiyini vurğulayıb.

C.Qorçiyev, həmçinin ölkəmizdə insan hüquq və azadlıqlarının müdafiəsi sahəsində həyata keçirilən islahatlar, qanunvericilikdə bərabərlik hüququnun təmini və ayrı-seçkiliyin aradan qaldırılmasına dair mövcud normalar, eləcə də ombudsmanın bu sahədə malik olduğu mandat barədə iştirakçılara məlumat verib. Qeyd olunub ki, 2023-cü ildə “Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Konstitusiya Qanununa edilmiş dəyişikliklərlə müvəkkilin ayrı-seçkiliyin qarşısının alınması və bərabərlik hüququnun təmini sahəsində səlahiyyətləri daha da genişləndirilib.

Tədbirdə, həmçinin ombudsman təsisatı tərəfindən ayrı-seçkiliyin qarşısının alınması və hüquq bərabərliyinin təbliği istiqamətində həyata keçirilən maarifləndirmə tədbirləri, hazırlanmış çap materialları və videoçarxların ictimaiyyətə təqdim olunması ilə bağlı məlumat verilib.

Görüş qarşılıqlı fikir mübadiləsi və müzakirələrlə davam edib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:186
embedMənbə:https://azertag.az
archiveBu xəbər 05 İyun 2025 13:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see400

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see311

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see291

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see281

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see272

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see268

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see260

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see260

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see259

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see240

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see225

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see219

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see217

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see215

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see215

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see214

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see213

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see209

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see204

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see202
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri