Icma.az
close
up
RU
Məqsəd İranı ABŞ la qarşıdurmaya sürükləməkdir Politoloq

Məqsəd İranı ABŞ la qarşıdurmaya sürükləməkdir Politoloq

Tribuna saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

“İstisna deyil ki, partlayış Təl-Əvivin qərarı əsasında həyata keçirilib”

İranda limanın partladılmasını Tribunainfo.az-a şərh edən politoloq Elşən Manafov bildirib ki, rəsmi Tehran İranın Bəndər Abbas şəhərindəki şəhid Rəcai limanında baş vermiş partlayışın İsrail tərəfindən təşkil olunmuş terror aksiyası olduğunu bəyan edib.

Politoloqun sözlərinə görə, bu məlumat İranın kəşfiyyat mənbələrinə istinadən yayılıb və bildirilib ki, belə qəzalarda İsrailin məqsədi İranı ABŞ-la qarşıdurmaya sürükləməkdir.

“İstisna deyil ki, partlayış Təl-Əvivin qərarı əsasında həyata keçirilib. Məqsəd isə İranı təxribata çəkərək regiondakı gərginliyin əsas səbəbkarı kimi Qərbə təqdim etməkdir. İsrail, ABŞ vasitəsilə İrana qarşı təzyiqləri artıraraq Tehranın nüvə zənginləşdirmə proqramından imtina etməsinə nail olmağa çalışır.

Halbuki, həm ABŞ, həm də İsrail yaxşı bilir ki, İranın nüvə silahına sahib olmaq kimi konkret niyyəti yoxdur. Tehran dəfələrlə nüvə enerjisindən yalnız dinc məqsədlərlə istifadə etdiyini bəyan edib. MAQATE-nin nüvə obyektlərində apardığı araşdırmalar da bu bəyanatları dəstəkləyib.

İran yaxşı anlayır ki, əgər nüvə silahına sahib olmaq istəsə, ərazisi ABŞ, İsrail və onların müttəfiqi olan ərəb dövlətləri tərəfindən təcavüzə məruz qala bilər. Dünya artıq keçən əsrin 80-ci illərində İraq nümunəsində bu cür ssenarilərə şahid olub. Daha sonra kimyəvi silah bəhanəsi ilə 21-ci əsrin əvvəlində İraqa növbəti zərbələr endirildi və legitim hakimiyyət iqtidardan uzaqlaşdırıldı.

İranın regional gücünü nəzərə alan İsrail, onu ABŞ vasitəsilə danışıqlar masasına gətirmək və təhdidlər, sanksiyalar dili ilə nüvə proqramından imtina etdirmək niyyətindədir. Lakin nəzərə almaq lazımdır ki, İran Səddam Hüseynin idarə etdiyi İraqla müqayisədə qat-qat güclüdür.

Digər tərəfdən, 80-90-cı illərdə Yaxın Şərqdə baş verən hadisələrə SSRİ və Rusiya yalnız bəyanatlarla reaksiya verirdi. Hazırda isə Putin Rusiyası qlobal güclərdən biridir. Onun müqaviməti və dünya iqtisadi nəhəngi sayılan Çinin diplomatik hücumları nəticəsində ABŞ-da Trampdan əvvəl hakimiyyətdə olan qlobalistlərin “yeni dünya nizamı” planları iflasa uğrayıb.

Bu iflasda İranın da özünəməxsus rolu olub. Ukrayna münaqişəsinin həlli ilə bağlı ABŞ və Avropa Birliyi arasında mövcud olan fikir ayrılıqları da göstərir ki, artıq “kollektiv Qərb” anlayışı əvvəlki mənasını itirib. Bu isə İranın geosiyasi müttəfiqlərinə arxalanaraq daha inamlı mövqe nümayiş etdirməsinə və ABŞ sanksiyalarından yan keçərək neftini Avropa ölkələrinə belə satmasına şərait yaradır”.

Dəniz Pənahova

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:156
embedMənbə:https://tribunainfo.az
archiveBu xəbər 01 May 2025 14:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see290

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see254

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see241

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see240

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see229

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see226

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see224

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see216

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see212

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see212

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see212

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see210

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see201

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see198

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see195

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see188

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see187

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see184

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see182

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri