Icma.az
close
up
RU
Politoloq: ABŞ İranı yenidən masaya çəkə bilsə...

Politoloq: ABŞ İranı yenidən masaya çəkə bilsə...

Sherg.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

ABŞ-nin istəyir ki, rejimin gələcəkdə nüvə silahı yaratmaq qabiliyyətini tamamilə dayandırsın


ABŞ Tehrana nüvə proqramı ilə bağlı danışıqların yenidən başlanmasını təklif edib.

Bu barədə İran Xarici İşlər Nazirliyi məlumat yayıb.

Məlumata görə, danışıqların mümkün yeni raundunun keçiriləcəyi tarix hələ müəyyənləşdirilməyib və bu barədə dəqiq məlumat yoxdur.


Siyasi elmlər üzrə fəlsəfə doktoru, politoloq Şəbnəm Həsənova Sherg.az-a deyib ki, Donald Tramp administrasiyası tez bir zamanda hərbi zərbələrdən İranın nüvə proqramı ilə bağlı diplomatik sövdələşməyə keçməyə çalışır:


"ABŞ-nin istəyi odur ki, rejimin gələcəkdə nüvə silahı yaratmaq qabiliyyətini tamamilə dayandırsın. Bu baxımdan o, diplomatik səylər strategiyasını formalaşdırmağa daha çox önəm verir. Trampın ritorikası İranın nüvə proqramının “tamamilə məhv edildiyi” iddiası üzərində dayanmasından ibarətdir. Müdafiə Kəşfiyyat Agentliyinin ilkin qiymətləndirməsi isə bu mövqeni əks etdirmir. Nəticə etibarilə hücumun ölkənin nüvə proqramının əsas komponentlərini məhv etmədiyini aşkarlayır. Obyektlərə ciddi ziyan dəyib. Lakin bu o demək deyil ki, nüvə proqramının özü tamamilə sıradan çıxarılıb. Hətta ABŞ-nin zərbələrindən əvvəl ekspertlər və keçmiş rəsmilər də nüvə proqramının hərbi yolla məhv edilə biləcəyi fikrinə skeptik yanaşma sərgiləyirdilər. Bəzi mütəxəssislər bildirirlər ki, döyüş zərərinin yekun qiymətləndirilməsinin nəzərə alınması vacib olsa da, İranla gələcək danışıqlarda BMT-nin nüvə nəzarəti orqanının İranda yenidən işə salınması prioritet olmalıdır. 2015-ci il müqaviləsinə geri dönək. Bu müqavilədə müdaxiləli yoxlama və monitorinq mövcud idi. İranla danışıqlar üzərində işləmiş keçmiş yüksək rütbəli ABŞ rəsmisi də bildirir ki, bu mexanizm yenidən yaradılmalıdır. Yerində müfəttişlər mövcud olana qədər tam məqsədəuyğun hesab edilən hər hansı bir qiymətləndirmə olmayacaq".


Politoloq qeyd edib ki, Obama administrasiyası zamanı, 2015-ci ildə imzalanan saziş nəticəsində Atom Enerjisi Agentliyinin İranda mövcudluğu realla.d;:

"Bu da Agentliyin müfəttişlərinin ölkədə mövcudluğunu kəskin şəkildə artırmışdı. Tramp ilk səlahiyyət müddətində bu sazişdən ABŞ-ni çıxarmışdı. Saziş əsasən, 24/7 ərazidə müfəttişlər, elektron monitorinq var idi. Bu proses isə dünyanın heç bir yerində mövcud deyildi. Əgər şübhəli obyekt haqqında kəşfiyyat məlumatı olarsa, və İran bir neçə gün ərzində Agentliyi inandıra bilməsəydi, o zaman Agentlik müfəttişlərinin gedib təftiş edə bilməsi üçün bir səbəb olardı".


Analitik vurğulayıb ki, İran bu həftə Atom Enerjisi Agentliyinin rəhbəri Rafael Qrossinin oynadığı rolu “təəssüf doğuran rol” kimi dəyərləndirdi və Agentliklə əməkdaşlıq dayandırıldı:

"İsrailin hücumundan bir gün əvvəl Tehran Agentliyin hesabatına istinad etdi və Qrossini ABŞ və İsrailin İrana zərbələrinə şərait yaratmaqda günahlandırdı. Bu addım İranın agentliyin proqramına nəzarətini məhdudlaşdırmaq üçün illərdir atdığı addımların davamı kimi dəyərləndirilir. Məsələn, 2022-ci ildə Agentlik elan olunmamış ərazilərdə tapılan uran hissəciklərinə görə rəsmi Tehranı tənqid etdikdən sonra İran da buna əsas obyektlərdən müşahidə kameralarını yığışdırmaqla cavab vermişdi. ABŞ-də hesab olunur ki, İranın nüvə proqramı ilə bağlı hər hansı təsdiq edilə bilən razılaşmanın bir hissəsi kimi atılması lazım olan addımlar, proqramın hələ də mövcud olan elementlərinin məhv edilməsi, hər hansı sonrakı fəaliyyətin monitorinqi, yüksək zənginləşdirilmiş uranın qarışdırılması və proqramın istifadə olunan hissələrinin elan edilməsini əhatə edəcək. İllər keçdikcə Agentliyin bu ərazilərə girişinin azaldılması və indiki məqamda girişin mövcud olmaması İranın nüvə inventarı ilə bağlı bütün dünyada böyük məlumat boşluqları yaradır. Bu boşluq xüsusilə İranın zənginləşdirilmiş uranın yerləşdiyi əraziyə gəldikdə daha da dərinləşir.

Tramp administrasiyasının rəsmiləri son günlər anbarın ABŞ-nin zərbələri ərəfəsində köçürülmədiyini bildirsə də, Agentlik İranın zənginləşdirilmiş uranın bir hissəsini hücuma məruz qalmadan əvvəl ərazilərdən çıxarmış ola biləcəyi fikri üzərində dayanır".


Şəbnəm Həsənovanın fikrincə, danışıqların uğurlu olması üçün hər kəs ən azı faktların mənbəyi barədə razılığa gəlməlidir:

"İranın tam olaraq nəyə sahib olduğu, bunun harada və hansı vəziyyətdə saxlaması ilə bağlı yeni bir baza hazırlamaq lazımdır. Bu isə vaxt aparan və tərəflərin əməkdaşlığına əsaslanan məsələdir. İranı yenidən masaya çəkə bilsələr, qanuni və təsdiq edilə bilən bir razılaşma əldə etmək üçün tərəflər daha çox texniki danışıqlara getməli olacaq".

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:244
embedMənbə:https://sherg.az
archiveBu xəbər 30 İyun 2025 15:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see290

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see270

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see267

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see263

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see253

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see244

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see244

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see235

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see235

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see232

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see219

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see218

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see213

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see211

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see208

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see204

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see202

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see199

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see198

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri