Icma.az
close
up
RU
“Məqsəd kimisə cəzalandırmaq deyil, təhsil sistemində keyfiyyəti artırmaqdır”

“Məqsəd kimisə cəzalandırmaq deyil, təhsil sistemində keyfiyyəti artırmaqdır”

Icma.az xəbər verir, Qafqazinfo saytına əsaslanaraq.

“Etiraf etmək lazımdır ki, bəzi hallarda peşəkar hazırlığı yetərli olmayan müəllimlər də fəaliyyət göstərirdi. Attestasiya nəticəsində onların bir qismi sistemdən kənarlaşdı, bir qismi isə hazırlaşaraq biliklərini artırdı. Bu isə ümumilikdə tədris mühitinə müsbət təsir göstərdi”. 

“Qafqazinfo” xəbər verir ki, bu sözləri Əməkdar müəllim, xanəndəlik sənəti üzrə komissiya sədri Qəzənfər Abbasov brifinq zamanı deyib.

O bildirib ki, atestasiya prosesi musiqi təhsili sahəsində uzun illər yığılıb qalan problemləri üzə çıxardı:

“Atestasiya prosesi ilə bağlı bir məqamı xüsusilə qeyd etmək istəyirəm. Tarixə baxsaq, hələ 1930-cu illərdə savadsızlığa qarşı geniş maarifləndirmə kampaniyaları həyata keçirilirdi. O dövrdə kəndlərə gedilir, insanlara oxuma-yazma öyrədilir, əlifbanın əsasları aşılanırdı. Məqsəd cəmiyyətin ümumi savad səviyyəsini yüksəltmək idi.

Bu gün keçirilən attestasiya prosesini müəyyən mənada həmin təşəbbüslərin davamı kimi də qiymətləndirmək olar. Çünki burada da əsas hədəf bilik və bacarıqların artırılmasıdır. Bu proses bir çox sahələrdə, xüsusilə də musiqi təhsili sahəsində uzun illər yığılıb qalan problemləri üzə çıxardı.

Ən vacibi odur ki, bu proses müəllimləri hərəkətə gətirdi, onları üzərində işləməyə təşviq etdi. Nəticədə həm keyfiyyət artdı, həm də gələcək nəsillərə daha sağlam və peşəkar təhsil vermək üçün zəmin yarandı.

Attestasiya prosesi ilə bağlı müxtəlif fikirlər səslənir. Bu dəyişikliklərə qarşı çıxanlar da var. Açığı, bəzən emosional reaksiya vermək istədiyim anlar olur, amma düşünürəm ki, məsələni daha çox arqumentlərlə izah etmək daha doğrudur”. 

Komissiya sədri vurğulayıb ki, atestasiyadan keçməyən müəllimlər arasında ən sadə suallara belə cavab verə bilməyənlər olub:

“Şəxsən iştirak etdiyim hallardan birində bir müəllimə ilə qarşılaşdım. Ona kömək etmək, ən azı minimal tələbləri yerinə yetirərək mərhələni keçməsi üçün dəstək olmaq istədim. Sadə suallar verdim, istiqamət göstərdim. Lakin təəssüf ki, elementar biliklər belə yetərli deyildi. Bu isə artıq təkcə bir şəxsin problemi deyil, ümumi təhsil keyfiyyəti ilə bağlı məsələdir.

Burada əsas sual ortaya çıxır: belə hazırlıq səviyyəsi ilə bir müəllimin sinfə daxil olub uşaqlara dərs keçməsi nə dərəcədə doğrudur. Düşünürəm ki, bu sual hər bir valideyni və ümumilikdə cəmiyyəti düşündürməlidir.

Məhz buna görə də attestasiya kimi mexanizmlər vacibdir. Məqsəd kimisə cəzalandırmaq deyil, təhsil sistemində keyfiyyəti artırmaqdır. Bu proses həm zəif tərəfləri üzə çıxarır, həm də inkişaf üçün stimul yaradır. Nəticədə isə qazanan tərəf gələcək nəsil olur”.

Prosesdə komissiya sədri olaraq iştirak edən Əməkdar artist Bəyimxanım Vəliyeva isə bildirib ki, attestasiya kifayət qədər şəffaf və obyektiv şəkildə təşkil olunub:

“Bütün mərhələlərdə nəzarət mexanizmləri qurulmuşdu, kameralar və səs yazıları vasitəsilə şəffaflıq təmin edilirdi. Hətta iştirakçılar olaraq biz də bu nəzarəti hiss edirdik.

Eyni zamanda çox müsbət hallarla qarşılaşdıq. Əvvəllər yaxından tanımadığımız, lakin yüksək peşəkarlıq nümayiş etdirən müəllimləri tanıdıq. Şəxsən öz təcrübəmdə deyə bilərəm ki, yüksək nəticə göstərən bəzi müəllimlərlə bağlı məktəb rəhbərliklərinə müraciətlər etdik ki, onların dərs saatları artırılsın. Çünki xüsusilə aşağı və orta siniflərdə savadlı, hazırlıqlı müəllimlərə ciddi ehtiyac var. Bu proses bizim üçün bir növ yeni kadrların kəşfi oldu və imkan daxilində onların dəyərləndirilməsinə çalışdıq”. 

O qeyd edib ki, bununla yanaşı, təəssüf doğuran hallar da az olmayıb:

“Müəllim adına yaraşmayan, peşə hazırlığı zəif olan şəxslərlə qarşılaşdıq. Onların bu prosesdən kənarlaşdırılması heç də asan qərar deyil, hər birimiz üçün müəyyən mənada ağırdır. Çünki bu insanlar illərlə çalışıblar. Lakin məsələ təkcə onların taleyi ilə bitmir, burada söhbət gələcək nəsillərin təhsilindən gedir.

Bəzən cəmiyyətdə belə fikirlər səslənirdi ki, guya müəllimlərə çətin suallar verilir və məqsəd onları kəsməkdir. Amma reallıq fərqlidir. Suallar ixtisas proqramına uyğun hazırlanırdı və bu, zəruri minimum bilikləri əhatə edirdi. Təəssüf ki, bəzi hallarda müəllimlər hətta öz fənlərinin əsas mövzuları ilə bağlı elementar suallara cavab verə bilmirdilər.

Bu isə çox ciddi məsələdir. Çünki hər bir valideyn övladının savadlı və peşəkar müəllim tərəfindən təhsil almasını istəyir. Bu baxımdan attestasiya prosesi nə qədər çətin və bəzən ağrılı olsa da, ümumilikdə təhsil sisteminin keyfiyyətinin yüksəldilməsi üçün vacib addımdır”.

Komissiya sədrlərindən biri, sənətşünaslıq üzrə fəlsəfə doktoru Minaxanım Babayeva əlavə edib ki, regionlarda yüksək səviyyədə savad verən müəllimlərimiz də var:

“Attestasiya prosesinin keçirilməsi ümumilikdə adekvat şəkildə qəbul olundu. Müəllim eyni zamanda psixoloq kimi də fəaliyyət göstərməlidir, çünki o, kiçik yaşlı uşaqlarla işləyir. Bu prosesdə müəllim həm də öz bilik və bacarıqlarını şagirdlərə düzgün şəkildə ötürməlidir”. 

Q.Qarayev adına mərkəzi incəsənət məktəbinin direktoru, komissiya sədri Könül Hüseynova bildirib ki, atestasiya prosesi zamanı onların yetişməkdə olan gənclərə hansı metodlarla dərs keçdiklərinə də şahidlik ediblər:

“Ürək açan nəticələr az olmadı. Bir çox müəllim açıq dərsləri və fəallığı ilə diqqət çəkdi. Bu isə onlarda özünə inamın artmasına səbəb oldu.

Bununla yanaşı, acınacaqlı hallarla da qarşılaşdıq. Xoşagəlməz məqamlar da diqqətdən yayınmadı. Bütün bunlar göstərir ki, bu proses mütəmadi xarakter almalı, müəllimlərin bilik və bacarıqlarının inkişafına davamlı şəkildə töhfə verməlidir”.

Lamiyə Məmmədova

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:132
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 01 May 2026 18:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

19 Noyabr 2026 01:55see327

Məşq zamanı huşunu itirən “Bavariya”nın baş məşqçisi geri qayıdır

19 Noyabr 2026 02:01see319

Kosmosdakı musiqimiz: Çahargah Ahəngi “Voyager”ə necə yazılıb? │ VİDEO

19 Noyabr 2026 00:18see315

SOCAR: İşçilərin səriştəliliklərinin qiymətləndirilməsi istehsal prosesinin tərkib hissəsidir

19 Noyabr 2026 02:14see306

Azərbaycanda qızıl 15 faizə qədər ucuzlaşa bilər

18 Noyabr 2026 21:21see287

Dünyada ilk: "Qızılalma" Türkiyə ordusunda... Foto

19 Noyabr 2026 19:51see267

Bu qədər “xiyar” bir arada Yeni dünya rekordu+Fotolar

19 Noyabr 2026 00:23see254

C vitaminini necə qəbul etmək lazımdır? Həkimdən məsləhət

19 Noyabr 2026 09:27see249

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

19 Noyabr 2026 21:02see248

Slovakiyalı basketbolçu: “Məncə, Bakıda bizim azarkeşlərimiz daha çox idi”

19 Noyabr 2026 01:24see247

Hövsanda dəniz qəhvəyi rəngə boyandı Xəzəri kim çirkləndirir? Foto/video

19 Noyabr 2026 14:04see242

Bəxtiyar Aslanbəyli: AÇG də sərbəst qaz layihəsi üzrə işlər qrafikə və büdcəyə uyğun aparılır

19 Noyabr 2026 15:22see219

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

20 Noyabr 2026 01:32see219

İstehlakçıları hansı hallarda aldadırlar? 41 protokol tərtib edilib

19 Noyabr 2026 17:17see213

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

20 Noyabr 2026 06:19see204

Bakıda 8 yaşlı uşağın ödündən kista çıxarıldı

19 Noyabr 2026 19:14see198

Xərçəngə səbəb olan qidalar Siyahı yeniləndi

19 Noyabr 2026 18:59see195

Əliyevlə deyil, kimlə imzalayım? Lula da Silva ilə?

18 Noyabr 2026 21:19see183

Yaddaşı gücləndirən burun damcıları siçanlar üzərində sınaqdan KEÇİRİLDİ

20 Noyabr 2026 00:00see183

Ağ Ev Trampın sammit zamanı yatması barədə məlumatları təkzib edib

19 Noyabr 2026 21:00see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri