Icma.az
close
up
RU
Azərbayanda yeni idarəçilik modeli: Məqsəd şəffaflığı və səmərəliliyi artırmaqdır

Azərbayanda yeni idarəçilik modeli: Məqsəd şəffaflığı və səmərəliliyi artırmaqdır

Icma.az, Oxu.az portalına istinadən məlumat yayır.

"Ölkəmizdə idarəetmə sistemində aparılan islahatlar özünün müsbət nəticələrini göstərməkdədir. Günün tələblərinə cavab verməyən köhnə strukturların ləğvi, yeni idarəçilik modelinin tətbiqi şəffaflığa, səmərəliliyə və dayanıqlılığa xidmət edir. İdarəetmənin yenilənməsi həm də sosial sifarişdir. XXI əsrdə köhnə modellə, vaxtı keçmiş idarəetmə ilə uğur əldə etmək mümkün deyil. Yeni idarəetmə modeli dövlət rəhbərliyinin proseslərə adekvat və operativ reaksiyasından xəbər verir".

Bunu Oxu.Az-a açıqlamasında Milli Məclisin deputatı Mehriban Vəliyeva deyib.

O bildirib ki, Prezident İlham Əliyev yanvarın 7-də ölkə telekanallarına müsahibəsində ölkəmizin yeni idarəçilik modeli ilə bağlı fikirlərini ictimaiyyətin diqqətinə çatdırıb:

"Ölkə başçısı bildirdi ki, son bir neçə il ərzində dövlət şirkətlərində yeni idarəetmə modeli tətbiq olunmağa başlayıb. İdarə heyətləri yaradılıb, idarə heyətlərinin rəhbərləri vəzifəsinə dövlət məmurları təyin edilib və beləliklə, dövlət şirkətlərindəki problemlər tam aradan qaldırılıb. Bəzi dövlət şirkətləri, əfsuslar olsun ki, təkcə təbii inhisarçı deyil, eyni zamanda zərərlə işləyən şirkətlər idi. Bunun bir çox səbəbləri var. Əsas səbəb idarəetmədə olan qüsurlar və pozuntular idi. Buna son qoymaq üçün müvafiq qərar qəbul edildi. Zərərlə işləyən, hər dəfə dövlət büdcəsindən dotasiya alan "Azərbaycan Hava Yolları" QSC, "Azərbaycan Dəmir Yolları" QSC islahatlardan sonra gəlirlə işləməyə başladı. Göründüyü kimi, bu idarələr islahatlardan sonra daha səmərəli fəaliyyət göstərməyə başlayıb".

Deputat əlavə edib ki, ASKON qurumunun yaradılması da məhz idarəetmədə effektivliyin artırılması, nəqliyyat sektorunu bir çətir altında birləşdirərək vahid platformadan idarə etmək məqsədi daşıyır:

"Şərq-Qərb nəqliyyat dəhlizini tariflərin tənzimlənməsi hesabına düzgün idarə etmək iqtisadi cəhətdən əhəmiyyətlidir. Logistik imkanlar düzgün dəyərləndirilməlidir. Daxili nəqliyyat sahəsində də islahatlar iqtisadi inkişafa xidmət edir. Prezidentin yeni yol layihələri, nəqliyyat sahəsində rəqəmsallaşma, avtobus parklarının elektrobuslarla əvəzlənməsi, yeni texnologiyaların sahəyə tətbiqi, 10 yeni metro stansiyasının tikiləcəyi haqda verdiyi məlumatlar paytaxtın nəqliyyat sıxlığının aradan qaldırılması üçün nəzərdə tutulmuş islahatlardır. Bu, onu göstərir ki, illər boyu şəhərin infrastrukturunun müasir tələblərə uyğun qurulması və daim yeni tələblərə uyğun yenilənməsi dövlətin diqqət mərkəzindədir və bu sahədə gözləntilərin reallaşması həm də müasir idarəetməni diktə edir. Əminik ki, bu islahatlar həm də Sumqayıtın inkişafına yeni imkanlar qatacaq. Azərbaycanda istehsal olunacaq ilk elektrik avtobusların məkanı da Sumqayıt sənayesinin payına düşəcək".

"Ölkədə yeni idarəçilik modelinin tətbiqi bundan sonra da davam etdiriləcək. İqtisadi uğurların kökündə düzgün idarəçilik dayanır. Bu gün artıq Azərbaycanda bütün sahələrdə sağlamlaşma aparılır. Azərbaycanda struktur islahatlarının aparılması üçün siyasi iradə mövcuddur. Biz görürük ki, bu təşəbbüslər bir çox hallarda məhz cənab Prezident İlham Əliyevin özündən gəlir. Ölkə başçısının idarəetmədə həyata keçirdiyi islahatlar yerlərdə bəyənilir, təqdirəlayiq hal hesab edilir. Azərbaycanın icra strukturlarında idarəetmənin yeni modeli kimi xüsusi nümayəndəlik institutunun yaradılması da cəmiyyətdə böyük maraqla qarşılandı. Qarabağ və Şərqi Zəngəzur regionları üzrə xüsusi nümayəndələrin təyin olunması idarəçilikdə yenilik idi. İqtisadi sferada aparılan struktur islahatları da artıq öz müsbət nəticələrini göstərib. Dövlət büdcəmizin rekord həddə - 41 milyard manatdan çox olması həm də idarəçilik sahəsində aparılan islahatların nəticəsidir. Gücünü xalqdan alan liderin yeni idarəetmə modeli onun həyata keçirdiyi mütərəqqi islahatların tərkib hissəsidir. Bu islahatlar Azərbaycanın daha da güclənməsinə xidmət edir", - deyə millət vəkili fikrini yekunlaşdırıb.

Mərahim Nəsib

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:290
embedMənbə:https://oxu.az
archiveBu xəbər 11 Yanvar 2025 13:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see275

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see260

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see254

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see252

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see248

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see232

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see228

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see225

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see221

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see219

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see214

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see208

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see208

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see203

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see201

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see196

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see192

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see189

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see185

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri