Icma.az
close
up
RU
Məqsəd sağlam cəmiyyətə dəstək olmaqdır

Məqsəd sağlam cəmiyyətə dəstək olmaqdır

Icma.az bildirir, Xalq qazeti portalına istinadən.

“VƏFA” Sosial Problemlərin Həllinə Dəstək İctimai Birliyi 18 mart 2019-cu ildə təsis olunub və əsas məqsədi cəmiyyətimizdə mövcud olan sosial problemlərin həllinə dəstək vermək, xüsusən də qadınlar, uşaqlar və gənclərlə bağlı həssas məsələlərin aradan qaldırılması istiqamətində fəaliyyət göstərməkdir. Təşkilat cəmiyyətin həssas qruplarının yanında olmağı özünün missiyası hesab edir. İctimai birliyin sədri Fatma Hacıyeva (Hacıbəyli) təşkilatın gördüyü işlər və gələcək planları barədə XQ-yə müsahibə  verdi:

– Fatma xanım, ictimai birliyin əsas fəaliyyət istiqaməti nələrdir?

– Əsas fəaliyyətimiz zorakılığın müxtəlif formalarının qarşısının alınması, gender bərabərliyinin təşviqi, qadın və uşaqların hüquqlarının müdafiəsi, gənclərin maarifləndirilməsi, ailə institutunun möhkəmləndirilməsi və sosial problemlərin həlli ilə bağlı ictimai təşəbbüslərin dəstəklənməsindən ibarətdir. Biz çalışırıq ki, həssas qruplar yalnız dəstək almasın, həm də öz hüquqlarını müdafiə etməyi öyrənsinlər.

– İndiyədək hansı layihələri həyata keçirmisiniz?

– Erkən nikahlarla bağlı adları müxtə­lif olsa da bir neçə layihə rəhbəri olmu­şam. Erkən nikah mövzusu qəlbimə yaxın ol­duğu üçün bu istiqamətdə işləməyi daha çox düşünmüşəm. Çünki müəlliməm, ye­niyetmələrlə işlədiyimdən onların tələblə­rini yaxşı bilirəm. Bakı şəhərində erkən nikah hallarına regionlarla müqayisə­də az rast gəlinir. Ona görə də həmin la­yihələri bölgələrdə həyata keçirmişik. Bir neçə il İsmayıllı və Abşeron rayonla­rının kəndlərində maarifləndirici tədbirlər gerçəkləşdirmişik. Erkən nikahın və ni­kahdan kənar uşaq evliliyinin qarşısının alınması məqsədilə Abşeronun bir neçə kəndində layihənin icrasına nail olmuşuq. Onu da deyim ki, bölgələrimizdən Masallı və Biləsuvar rayonlarında erkən nikaha daha çox rast gəlinir. O bölgələrin əksər kəndlərində qızlar 5-ci, uzağı 6-cı sinifdən məktəbdən yayındırılır.

Erkən nikahlarla bağlı “Qadın­ların cəmiyyətə inteqrasiyasında erkən nikah sindromu” adlı layihə təqdim etdikdən sonra çox sayda telefon zəngləri almışam. Bir dəfə, Ab­şeronda 15 yaşlı bir qızın nişanlanması ilə bağlı informasiya aldım. Valideynlər bu məlumatı gizlətməyə çalışsalar da, uşaq faktı təsdiqlədi. Abşeron Rayon İcra Hakimiyyəti nəzdində İctimai Şura­nın köməyi ilə hadisəyə müdaxilə etdik. Mərasim baş tutmadı və qızın məktəbə qayıtmasına nail olduq. Erkən nikahlar uşaqların həmin yaş dövrünü əllərindən almaqla, ailə, ev, uşaq baxımı kimi mə­suliyyətlər daşımaqla şəxsi inkişafına mane olur.  Uşaq evliliyi qız uşaqlarının həyat yoldaşlarından asılı hala gəlmələrinə və cəmiyyətdə qadın-kişi bərabərsizliyinin yaranmasına gətirib çıxarır. 

Adətən, erkən evlilik halları ailələ­rin razılığı ilə baş tutduğundan, nikaha cəlb edilənlərin 70 faizi evlənməmişdən öncə bir- birlərini görmürlər. Ailə plan­laşdırılmasını dərk etmirlər və beləliklə, dünyaya gələn uşaqların sağlamlığında ciddi problemlər meyda­na çıxır. Depressiyaya düşənlərlə bağlı dünya statistikasnda 10–17 yaş arasında evlənənlərin daha çox intihara meyilliliyi müşahidə olunur.

Erkən və qohumlar arasında nikahlara qadağa qüvvəyə minəndən sonra düşünürəm ki, qanuna edilən bu dəyişiklik cəmiyyətin sağlamlaşmasında, sağlam nəsil yetişməsində doğru addımdır.  

– Hazırda hansı layihə üzərində işləyirsiniz?

–  Öncə onu deyim ki, 2025-ci ildə həyata keçirdiyimiz “Azərbaycanda gender əsaslı zorakılığın qarşısının alınması təlimləri” layihəsi çox mühüm addım oldu. Bundan öncə  “Yeniyetmə və gənclər arasında erkən nikah və qeyri-rəsmi nikahlarla mübarizə” layihəsini reallaşdırmışıq. Bu layihə ilə yeniyetmə və gənclər arasında ailə institutunun inkişafına töhfə verməyi, erkən nikahların qarşısını alaraq məişət zorakılığına “yox” deməyi və onun fəsadları barədə geniş maarifləndirmə işləri aparmağı hədəflədik. Məqsədimiz yetkinlik yaşına çatmayan gənclərin qeyri-rəsmi nikaha girməsinin qarşısını almaq və ailə dəyərlərinin gənclər arasında təbliğini gücləndirmək idi.

Hazırda “Gender əsaslı zorakılıq struktur və mədəni şiddətin ən çox yayılan formasıdır” adlı layihəni reallaşdırırıq. Layihənin icrasına iyun ayından başlamışıq. Bölgələrdə həyata keçirdiyimiz layihənin icrası avqust ayının sonunda başa çatacaq. 

– İcra edilən layihələrin cəmiyyətə təsiri barədə nə deyə bilərsiniz?

– Ən böyük nəticə ondan ibarətdir ki, artıq insanlar bu mövzularda susmurlar. Valideynlər, gənclər, xüsusən də qadınlar daha çox maariflənir, zorakılığa qarşı mübarizədə səslərini qaldırmaqdan çəkinmirlər. Zorakılığa məruz qalan insanların bizə müraciət etməsi, dəstək istəməsi bizim üçün ən böyük uğurlardan biridir.

Qarşıda zorakılığın qarşısının alınması, gənclərin hüquqlarının müdafiəsi, qadınların cəmiyyətə inteqrasiyası ilə bağlı yeni layihələr həyata keçirməyi planlaşdırırıq. Ən böyük məqsədimiz isə maarifləndirməni daha geniş miqyasda aparmaq, istəyimizi, məqsədimizi daha çox insana çatdırmaqdır.

Zərifə HÜSEYNOVA
XQ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:126
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 25 Avqust 2025 10:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İsrail prezidenti "Şuşa təyyarəsi" ilə Bakıya gəlib? Video

16 Oktyabr 2026 00:21see466

AL: Beşiktaş 3 xalı 3 qolla qazandı YENİLƏNİB

16 Oktyabr 2026 00:53see349

Parisdə turizm təqdimatı

16 Oktyabr 2026 00:22see267

Amerikalı aktrisa Hilari Suonk 52 yaşında 3 cü dəfə ana olacaq

16 Oktyabr 2026 00:14see259

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

16 Oktyabr 2026 10:06see248

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see229

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see221

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see217

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see209

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see199

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see198

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see197

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see197

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see193

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see192

HƏLƏ İNDİYƏ QƏDƏR BELƏ SEVİNMƏMİŞDİLƏR

16 Oktyabr 2026 09:09see186

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see172

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see168

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see166

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see161
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri