Icma.az
close
up
RU
Məqsəd əbədi sülhə nail olmaqdır ŞƏRH

Məqsəd əbədi sülhə nail olmaqdır ŞƏRH

Ses qazeti portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Yanvarın 20-də Davosda “Euronews” televiziyasına verdiyi müsahibədə Prezident İlham Əliyev Cənubi Qafqazdakı hazırkı vəziyyətdən danışıb. Ölkə başçısı bildirib ki, Cənubi Qafqazyeni inkişaf mərhələsinə daxil olur. Beş-altı aydır ki, region xalqları sülh şəraitində yaşayır. Müstəqillik tarixində heç zaman bu hal olmamışdır. Halhazırda Azərbaycan ilə Ermənistan arasında münasibətlər artıq əməkdaşlığa çevrilir. Ölkəmiz Ermənistana gedən yüklərin daşınmasında bütün məhdudiyyətləri aradan qaldırıb. Prezident İlham Əliyev vurğulayıb ki, Ermənistanın böyük dərəcədə asılı olduğu əsas malların, ilk növbədə neft məhsullarının həmin ölkəyə təchizatına başlanılıb. Münasibətlərin bu istiqamətdə inkişafı hər iki tərəfin xeyrinədir. MəqsədErmənistan və Azərbaycanın, eləcə də vətəndaş cəmiyyətinin birgə səyləri ilə Qafqazda uzunmüddətli deyil, əbədi sülhə nail olmaqdır. Azərbaycan hər zaman Cənubi Qafqazda sülh, sabitlik və əməkdaşlıq tərəfdarı olub. Prezident İlham Əliyevin yürütdüyü siyasətin əsas istiqamətlərindən biri də məhz budur.Ölkə başçısının “Zayed İnsan Qardaşlığı Mükafatı”na layiq görülməsi də eləQafqazda sülhün qurulmasında səylərinə verilən qiymətdir.

“Euronews” televiziyasına müsahibəsində Prezident İlham Əliyevbeynəlxalq sistemin yenidən formalaşmasına da münasibət bildirib. Ölkə başçısı qeyd edib ki,beynəlxalq hüquq normaları dünya ictimaiyyətinin bütün üzvləri üçün artıq mütləq görünmür. Azərbaycan hər zaman beynəlxalq hüquqa və ümumi dəyərlərə hörmətlə yanaşıb. Bu çərçivədə öz milli maraqlarını təmin edib. Ölkəmizin həm siyasi inkişafı, həm də suverenliyinin və ərazi bütövlüyünün bərpası beynəlxalq hüquqa uyğun olmuşdur. Bir sözlə, Azərbaycan beynəlxalq hüquqa tam riayət edərək düzgün hesab etdiyini həyata keçirmişdir. Lakin bu gün beynəlxalq münasibətlər sistemi yeni mərhələyə qədəm qoyur. Bu mərhələdə vəziyyəti qanunun aliliyi deyil, güc qaydası idarə edir.

“Euronews” televiziyasının Prezident İlham Əliyevin beynəlxalq sistemin yenidən formalaşmasına dair fikirlərini öyrənməsi bir daha təsdiqləyir ki, Azərbaycan müasir dünyanın siyasi xəritəsində mühüm əhəmiyyətə malik dövlətlərindən biridir. Həmçinin Prezident İlham Əliyevdünya miqyaslı siyasi lider olduğu üçün onun yeni formalaşan beynəlxalq münasibətlər sisteminə dair fikirləri beynəlxalq ictimaiyyətə çox maraqlıdır.

Anar Şahmuradov

YAP Ağdaş rayon təşkilatı Aparatının ideoloji işlər üzrə məsləhətçisi

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:124
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 23 Yanvar 2026 09:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Şahin Mustafayev Tehranda iddiaları təkzib etdi

01 Oktyabr 2026 09:18see264

Gevondyan: Azərbaycanla münaqişənin həllindən sonra Rusiya əsas təsir rıçağını itirib

01 Oktyabr 2026 09:49see176

Gecələri zəhərə çevirən xorultuya son Yeni cihaz hazırlandı

01 Oktyabr 2026 08:47see174

Tramp: ABŞ “İraqı şərəf və ləyaqətlə” tərk etdi

01 Oktyabr 2026 10:34see170

Saməddin Əsədov: Etimad quruculuğu nəqliyyat dəhlizləri boyunca da bərqərar olmalıdır

01 Oktyabr 2026 11:08see170

Pul yığıram, bəs sonra? İnvestisiyaya başlamaq istəyənlər üçün ilk addımlar

01 Oktyabr 2026 10:36see169

Ukrayna F 16 sız qala bilər Xəbərdarlıq

01 Oktyabr 2026 09:00see168

İlham Əliyev: Etibarlı məlumat informasiya mühitinin keyfiyyət göstəricisinə çevrilməlidir

01 Oktyabr 2026 10:31see166

ML: 3 cü tur başlayır

01 Oktyabr 2026 10:36see166

Təyyarədə həyəcanlı anlar: Sərnişin stüardessanı dişlədi

01 Oktyabr 2026 12:26see165

Milli Məclisin Anım Günü ilə bağlı BƏYANATI TAM MƏTN FOTO

01 Oktyabr 2026 09:12see165

Azərbaycanla Türkiyə arasında 500 milyon dollarlıq sazişlər imzalanıb 14 təyyarə, radar və müdafiə sistemləri alınır

01 Oktyabr 2026 08:35see164

Kriştianu Ronaldu Portuqaliya millisində çıxışını davam etdirməyi planlaşdırmır

01 Oktyabr 2026 10:29see164

Ronaldo dönəmi başa çatır

01 Oktyabr 2026 08:43see164

“Kəpəz”də stadion qalmaqalı: 12 min manat deyildi, 5 min manat ödənilirdi?

01 Oktyabr 2026 10:03see162

Suriyada mikroavtobusa silahlı hücum: 7 ölü, 4 yaralı

01 Oktyabr 2026 10:31see162

Ronaldunun bacısından sərt mesaj: “CR7, sən daha çoxuna layiq idin!”

01 Oktyabr 2026 09:19see161

Azərbaycanda yeni agentlik fəaliyyətə başladı

01 Oktyabr 2026 10:04see159

Bu gündən əsgərlərin ehtiyata buraxılmasına başlanılıb

01 Oktyabr 2026 09:01see157

Millətlər Liqası: Yığmammız növbəti sınağına çıxır

01 Oktyabr 2026 08:42see153
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri