Icma.az
close
up
RU
Məqsəd sağlam və təhlükəsiz qidalanmanı davamlı bir davranış modelinə çevirməkdir Ramazan Nəbiyev

Məqsəd sağlam və təhlükəsiz qidalanmanı davamlı bir davranış modelinə çevirməkdir Ramazan Nəbiyev

Sia Az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

"Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi fəaliyyət istiqamətinə uyğun olaraq, qida təhlükəsizliyi sahəsində dövlət tənzimləməsini həyata keçirməklə bərabər, istehlakçıların maarifləndirilməsi istiqamətində də müxtəlif tədbirlər icra edir". SİA xəbər verir ki, bu sözləri Ana Südü” adlı konfransında çıxışı zamanı Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun İdarə Heyətinin sədr müavini Ramazan Nəbiyev deyib.

O bildirib ki, indiyə qədər dövlət qurumları, müxtəlif beynəlxalq təşkilatlar, assosasiyalar, qeyri-hökumət təşkilatlarının iştirakı ilə əhalinin həssas hədəf qrupları üçün bir-çox maarifləndirmə, təbliğat və təşviqat layihələri uğurla icra olunub: "Bu layihələr sağlam qidalanma və qida təhlükəsizliyi sahəsində insanların məlumatlılıq səviyyəsini artırmağa, düzgün qida vərdişlərini təşviq etməyə, rasional və sağlam qidalanmanın önəmini çatdırmağa, ümumilikdə cəmiyyəti maarifləndirməyə yönəlib. Layihələr zamanı hədəf qruplarına uyğun olaraq müxtəlif yanaşmalar, kommunikasiya vasitələri və mesajlardan istifadə olunub. Sevindirici hal odur ki, layihələr həm uğurla icra olunub, həm də istehlakçılar tərəfindən maraqla qarşılanıb.

Agentlik bu istiqamətdə “Sağlam məktəbli”, “Məktəblilər üçün kişmiş”, “Şəkəri azalt, ömrünü uzat” kimi yaddaqalan layihələr icra edib.

Bu məqsədlə həyata keçirilən növbəti genişmiqyaslı maarifləndirmə tədbiri Ümumdünya Səhiyyə Təşkilatı, Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı və Nutrisiologiya və Diyetologiya Assosiasiyası ilə birgə həyata keçirdiyimiz "Sözdən əmələ keç, sağlam qidalanmanı seç" layihəsidir. Bu layihə sağlamlığına dəyər verən, qidalanmasına diqqət edən hər kəs üçün bir çağırışdır deyə bilərik. Elmi əsaslarla sübut olunmuşdur ki, sağlam qidalanma qeyri-infeksion xəstəliklərin qarşısının alınmasında əsas amillərdən biridir.

Əsas məqsədimiz sağlam və təhlükəsiz qidalanmanı davamlı bir davranış modelinə çevirməkdir. Layihə ümumilikdə hər bir vətəndaşı hədəf alır, çünki sağlam və təhlükəsiz qidalanma hər kəsin həyatı və sağlamlığı üçün vacibdir. Bu gün burada toplanmağımızın məqsədi insan həyatının ən vacib dövrlərindən biri olan erkən uşaqlıq mərhələsində ana südünün əvəzedilməz rolunu bir daha xatırlatmaq, bu sahədəki elmi yanaşmaları paylaşmaq və cəmiyyətimizi bu mövzuda daha da maarifləndirməkdir".

"Layihə çərçivəsində seçilən ilk mövzu “Ana südü”dür. Dünyanın aparıcı səhiyyə təşkilatları tərəfindən körpəni ilk 6 ayında yalnız ana südü ilə qidalandırmaq tövsiyə olunur və bu səbəbsiz deyil. Ana südü körpənin fiziki və zehni inkişafında mühüm rol oynayır. Bu konfransda mövzuya fərqli aspektlərdən yanaşmağa çalışacağıq. Çıxış edən hər bir mütəxəssis konfransa qatılan hər bir iştirakçını ana südünün nə qədər dəyərli olduğunu daha dərindən anlamağa bir addım daha yaxınlaşdıracaq.

İnanırıq ki, "Sözdən əmələ keç, sağlam qidalanmanı seç" layihəsi çərçivəsində həyata keçirdiyimiz bu tədbir hər biriniz üçün çox faydalı olacaq" - deyə o, əlavə edib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:205
embedMənbə:https://sia.az
archiveBu xəbər 06 May 2025 10:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyada ilk: "Qızılalma" Türkiyə ordusunda... Foto

19 Noyabr 2026 19:51see371

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

19 Noyabr 2026 21:02see353

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

20 Noyabr 2026 01:32see322

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

20 Noyabr 2026 06:19see303

Bakıda 8 yaşlı uşağın ödündən kista çıxarıldı

19 Noyabr 2026 19:14see282

Yaddaşı gücləndirən burun damcıları siçanlar üzərində sınaqdan KEÇİRİLDİ

20 Noyabr 2026 00:00see272

Ağ Ev Trampın sammit zamanı yatması barədə məlumatları təkzib edib

19 Noyabr 2026 21:00see265

Elxan Səmədov: Xankəndi azarkeşlərinin komandalarını öz şəhərlərində dəstəkləməsi xüsusi əhəmiyyət daşıyır

20 Noyabr 2026 00:06see255

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see250

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see239

DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

20 Noyabr 2026 06:10see239

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see238

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see236

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

20 Noyabr 2026 07:19see235

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see226

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see224

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see214

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see210

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see205

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see203
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri