İlqar Orucov: Məqsəd Qarabağı həm də təhsil, elm və innovasiya mərkəzinə çevirməkdir
Azertag saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Bakı, 24 dekabr, AZƏRTAC
Xankəndi faktorunu dövlətimiz üçün və hər bir azərbaycanlı üçün vacib siyasi-simvolik məna daşıyır. Uzun illər separatizmin mərkəzi olmuş doğma Xankəndi şəhərində məhz dövlət universitetinin qurulması və dövlət başçımızın şəxsən onun həm açılış mərasimində, həm də müxtəlif vaxtlarda universitetin infrastrukturunun genişlənməsinə, ən müasir səviyyədə fəaliyyətinin təşkilinə xidmət edəcək yeni korpuslarının açılışında iştirak etməsi Azərbaycanın tam suverenlik narrativinin artıq praktik mərhələyə keçdiyini göstərir.
Bu fikirləri AZƏRTAC-a müsahibəsində Azərbaycan Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyətinin sədri fəlsəfə doktoru İlqar Orucov deyib.
O bildirib ki, Xankəndinin bərpası, geniş quruculuq işlərinə başlanılması, vətəndaşlarımızın doğma şəhərlərinə qayıdışının təmin olunması ilə bərabər müasir təhsil infrastruktunun qurulması institusional dövlət quruculuğu mərhələsinə keçidin açıq mesajıdır: “Birmənalı olaraq həm də bu, onu bir daha sübut edir ki, Xankəndi artıq mübahisə predmeti deyil və ola da bilməz. Xankəndi şəhəri suveren Azərbaycanın akademik, inzibati və intellektual məkanının bir hissəsidir. Dövlətimizin məhz Qarabağda reallaşdırdığı quruculuq işlərində həm də universitetə önəm verməsi uzunmüddətli sabitliyin əsas aləti kimi elm və təhsilin rolununun düzgün müəyyənləşdirilməsindən irəli gəlir. Qarabağ Universiteti demoqrafik dönüşü sürətləndirməklə bölgəyə qayıdan əhalinin sosial adaptasiyasını, gənc nəslin mərkəzi dövlət ideologiyası və iqtisadi sistemi ilə inteqrasiyasını sürətləndirir, bölgə üçün yüksəkixtisaslı kadr təminatını həyata keçirməklə bərabər, eyni zamanda, yeni regional elitanın formalaşdırılmasını həyata keçirən platforma rolunda çıxış edir. Xankəndi şəhərində Qarabağ Universiteti üçün müasir infrastrukturun formalaşdırılması işləri dövlətin bölgənin uzunmüddətli inkişafını məhz elm, təhsil və insan kapitalı üzərindən qurmaq niyyətini göstərir”.
İlqar Orucov Prezident İlham Əliyevin Xankəndi şəhərində Qarabağ Universitetinin Biznes və iqtisadiyyat fakültəsinin binasının açılışında iştirak etməsinin və Mühəndislik fakültəsinin təməlinin qoyulmasının sadəcə təhsil infrastrukturu hadisəsi deyil, həm də bu addımın postmünaqişə dövründə Qarabağ üçün formalaşdırılan yeni idarəetmə, iqtisadi və sosial modelin ideoloji çərçivəsini əks etdirdiyini vurğulayıb: “Bu, həmçinin gələcək iqtisadi modelin konturlarının nümayişi deməkdir. Bu, həm də onu göstərir ki, Qarabağın gələcək iqtisadi modeli təkcə bərpa və tikinti mərhələsi ilə məhdudlaşmır, eyni zamanda ,sahibkarlıq, idarəetmə və müasir iqtisadi düşüncəyə əsaslanacaq. Qarabağın inkişafı üçün nəzərdə tutulan iqtisadi model mərkəzdən idarə olunsa da, subsidiya və dotasiyaya əsaslanmayacaq, yerli təşəbbüslərə açıq model olaraq özəl sektor, innovasiyalar, startaplar, regional biznes ekosistemi üzərində qurulacaq.
Qarabağ Universitetinin Biznes və iqtisadiyyat fakültəsində regionun inkişafında mühüm kadr potensialında zəruri ixtisaslar üzrə peşəkar mütəxəssislər - menecerlər, maliyyəçilər, iqtisadi planlaşdırıcılar, regional inkişaf mütəxəssisləri yetişəcəkdir. Bu isə onu göstərir ki, dövlət bölgəni özünü iqtisadi cəhətdən təmin edə bilən subyektə çevirmək niyyətindədir”.
İlqar Orucov Qarabağ Universitetinin mühəndislik fakültəsinin binasının təməlini qoymasının perspektivdə bölgə üçün istehsal və texnoloji gələcək üçün ən müasir tələblər çərçivəsində yeni nəsil mühəndis kadrların formalaşmasına verilən önəmi göstərdiyini söyləyib: “Məhz burada hazırlanan gənc mühəndis məzunlarımız Qarabağın yol və nəqliyyat infrastrukturunu, sıfır karbonlu emissiyaya əsaslanan yaşıl enerji sənayesini, startaplara və innovasiyalara açıq sənaye zonalarını, rəqəmsallaşma və süni intellektin yaratdığı geniş və sonsuz imkanlardan istifadə edərək ağıllı şəhər və kənd konsepsiyalarını inkişaf etdirəcəklər. Yəni məqsəd Qarabağı yalnız yaşayış deyil, həm də istehsal, təhsil, elm və innovasiya mərkəzinə çevirməkdir. Elm və təhsil infrastrukturu üzərində qurulan bu strategiya bölgənin dayanıqlı, rəqabətqabiliyyətli və inteqrasiya olunmuş iqtisadi gələcəyinə hesablanıb”.
Müsahibimizin fikrincə, gələcək üçün kadr hazırlanmasına xüsusi qiqqətin ayrılması uzunmüddətli sülh, təhlükəsizlik və sabitlik üçün əsas şərtlərdən biridir.
“Xankəndi şəhərində universitet quruculuğu naminə dövlətin reallaşdırdığı məqsədyönlü və ardıcıl fəaliyyət bir daha onu göstərir ki, Dövlət Qarabağdadır! Həm də qısa müddətdə görülən işlər onu nümayiş etdirir ki, bu gün Qarabağ bölgəsi bərpa olunan zona statusundan çıxaraq sürətli inkişaf zonası statusuna keçid mərhələsindədir, parlaq hərbi qələbəmiz institusional qələbə ilə tamamlanmaqdadır və ən nəhayət, Xankəndi şəhərini gələcəkdə regionun akademik və intellektual mərkəzlərindən birinə çevrilmək naminə ən ali siyasi səviyyədə iradə artıq ortaya qoyulub. Bütün bunlar isə təkcə bu günün deyil, arzularımızdan doğan gələcəyin Qarabağ strategiyasının praktik təzahürüdür”, - deyə İ.Orucov fikrini tamamlayıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:89
Bu xəbər 24 Dekabr 2025 11:14 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















