Icma.az
close
up
RU
Məqsəd təkcə İran deyil: ABŞ ın geosiyasi xəritəni dəyişmə planı

Məqsəd təkcə İran deyil: ABŞ ın geosiyasi xəritəni dəyişmə planı

Icma.az, Olke.az saytına istinadən bildirir.

ABŞ-nin İsrail-İran müharibəsinə qoşulması, hərbi qarşıdurma yolunu seçməsi və prezident Donald Trampın daxildə teokratik rejimin dəyişik zəruriliyini bəyan etməklə qlobal xaosa və böhrana yol açmış oldu. İsrail-İran müharibəsi regional hərbi qarşıdurma müstəvisindən çıxaraq gözlənildiyi kimi uzunmüddətli regional və qlobal qarşıdurma mərhələsinə qədəm qoydu. 

İsrail-İran müharibəsi yeni düzənin formalaşdırması istiqamətində başlatdığı regional və qlobal xarakterli qarşıdurmadır.

Regional hədəf olaraq ABŞ-nin məqsədi Yaxın Şərq regionunun geosiyasi cəhətdən yenidən şəkilləndirilməsinə, həmçinin siyasi xəritəsinin yenidən müəyyən edilməsinə xidmət edir.  

Qlobal olaraq İsrail-İran müharibəsi ABŞ-nin dünya jandarm rolunu oynamaq üçün yeni düzəni formalaşdırmaq istiqamətində Avrasiya coğrafiyasında ABŞ-Avropa, Rusiya-Ukrayna, Çin-Tayvan, Hindistan-Pakistan münaqişəsinin davamı kimi oxunmalı və dəyərləndirilməlidir.

ABŞ-nin Meksika körfəzində, Panama kanalı, Kanada, Qrelandiya ilə bağlı məsələləri də bu planın tərkib hissəsidir.

Hədəf:

- “Böyük Orta Doğu” layihəsinin reallaşdırılması;

- Rusiya ilə Çini zəiflətməklə yanaşı, geosiyasi güc kimi Yaxın Şərqdən tamamilə sıxışdırıb çıxarmaq;

- Yaxın Şərqin siyasi xəritəsini müəyyən etmək. Bu plan çoxdan gündəmdədir. İlkin mərhələdə İraqın, Suriyanın parçalanması ilə kürd dövlətinin yaradılması;

- İranda hakimiyyət dəyişikliyinə nail olub öz maraqlarına uyğun rejim və ya hakimiyyət formalaşdırmaq. ABŞ prezidenti Donald Trampın İranda hakimiyyət dəyişikliyi ilə bağlı verdiyi mesaj bu məqsədə xidmət edir. 

Ağ Ev yaxşı anlayır ki, indiki şəraitdə Tehran üzərində qələbə çalsa da, hakimiyyət dəyişikliyi etmədən nəzərdə tutduğu planları yarımçıq qalacaq. Ona görə də hərbi qələbə ilə yanaşı, hakimiyyət dəyişikliyini həyata keçirməyə çalışacaq. ABŞ istədiyi hakimiyyəti və ya rejimi formalaşdıra bilməsə, o zaman İranın parçalanma yolunu da seçə bilər. Onu da qeyd etmək lazımdır ki, ABŞ İranın parçalanmasına sonuncu variant kimi baxır.
- “Davud dəhlizi”nin reallaşdırılması: Yəni 100 il əvvəlki “Sayks-Pikot” anlaşmasınını yeni formada reallaşdırmaq.

- Türkiyənin təşəbbüsü ilə bölgədə həyata keçirilən Körfəz-İraq-Türkiyə-Aralıq dəniz-Avropa “İnkişaf yolu” layihəsinin qarşısını almaq;

- Hindistandan başlayıb Körfəz ölkələri, Səudiyyə Ərəbistanı-İordaniya-İsrail-Yunanıstanda keçərək Avropaya gedən Hindistan-Yaxın Şərq-Avropa İqtisadi Dəhlizinin reallaşdırılması.

Təbii ki, sadalanan planların hamısının reallaşdırılması qeyri-mümkün görünür. Məhz bu səbəbdən də ABŞ bölgəni idarəolunan uzunmüddətli xaosa və böhrana sürükləməklə məqsədlərini tədricən həyata keçirməyi hədəfləyir. Amma idarə olunan xaos və böhranın nəzarətdən çıxma ehtimalı da az deyil. Bu isə artıq böyük fəlakətlərə yol açacaq Üçüncü Dünya müharibəsi deməkdir. Hansı ki, son illərdə bu barədə çoxsaylı bəyanatlar verilməkdədir. Bir çoxları isə artıq bu müharibənin getdiyini qeyd edir.

Qeyd etmək lazımdır ki, bölgədə maraqlı güclər, xüsusən də Rusiya, Çin, Türkiyə, Avropa ölkələri öz maraqlarını təmin etmək, qorumaq üçün bütün gücləri ilə prosesdə hansısa formada yer alacaq. Bu isə ABŞ-İsrail-İran müharibəsinin coğrafiyasının daha da genişlənməsinə gətirib çıxara bilər ki, bu da Üçüncü Dünya müharibəsini qaçılmaz edər.

Mürtəza
Ölkə.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:139
embedMənbə:https://olke.az
archiveBu xəbər 23 İyun 2025 17:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see307

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see279

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see272

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see260

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see260

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see253

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see251

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see249

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see234

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see228

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see226

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see219

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see219

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see219

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see216

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see214

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see211

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see207

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see192

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri