Icma.az
close
up
RU
Gizli bazarlıq: Məqsəd İran rejimi deyil, şərtlərdir

Gizli bazarlıq: Məqsəd İran rejimi deyil, şərtlərdir

Olke.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

İrana qarşı uzun illərdir tətbiq edilən iqtisadi-maliyyə sanksiyaları artıq təkcə makroiqtisadi göstəricilərdə deyil, birbaşa sosial davranışlarda və küçə etirazlarında özünü açıq şəkildə göstərməkdədir. Son günlər ölkənin müxtəlif şəhərlərində baş verən aksiyalar ilk baxışdan sosial-iqtisadi narazılıq kimi görünsə də, proseslərin arxasında daha dərin və çoxqatlı səbəblər dayanır.

Şübhəsiz ki, əsas katalizator amillərdən biri sanksiyalardır. BMT sanksiyalarının on illik fasilədən sonra yenidən bərpa edilməsi, İranın qlobal maliyyə və ticarət sistemindən faktiki olaraq təcrid olunması, neft gəlirlərinin azalması və milli valyutanın sürətlə dəyər itirməsi ölkədə sosial-iqtisadi böhranı kəskinləşdirib. Brent markalı neftin qiymətinin bir il ərzində 18% ucuzlaşaraq barel üçün 60 dollara düşməsi fonunda rialın zəifləməsi idxal inflyasiyasını partladıb. Nəticədə, hətta əsas istehlak malları belə əhalinin geniş təbəqələri üçün əlçatmaz olub.

İnflyasiyanın 42,2%-ə yüksəlməsi, 2025-ci ilin əvvəlində 31,8% səviyyəsində olan göstəricinin qısa müddətdə kəskin artması sosial narazılığın qaçılmaz olacağını əvvəlcədən göstərirdi. Üstəlik, son 60 ilin ən ağır quraqlığı kənd təsərrüfatına ciddi zərbə vuraraq ərzaq təhlükəsizliyini daha da zəiflədib. Xarici tədarükdən asılılığın artması, valyuta çatışmazlığı və idxal qiymətlərinin yüksəlməsi ilə birlikdə bu faktorlar cəmiyyətin “İran yorğunluğu” adlandırılan psixoloji mərhələyə daxil olmasına səbəb oldu.

Lakin mövcud böhranı yalnız “yeni şoklarla” izah etmək doğru olmaz. Əslində, bugünkü etirazlar onilliklər ərzində yığılıb qalmış struktur problemlərin məntiqi nəticəsidir. 1979-cu il İslam İnqilabından sonra dövlətin iqtisadiyyatda rolunun davamlı şəkildə artması, neft sektoru və xarici ticarət də daxil olmaqla əsas sahələrin dövlət və dövlətə bağlı qurumların nəzarətinə keçməsi özəl sektorun inkişaf imkanlarını ciddi şəkildə məhdudlaşdırıb. Sərt tənzimləmə, qeyri-bərabər resurs bölgüsü və yüksək səviyyəli korrupsiya iqtisadi səmərəliliyi zəiflədib.
Xarici məhdudiyyətlər isə bu struktur zəiflikləri daha da dərinləşdirib. Xarici investisiyaların olmaması, beynəlxalq ödəniş sistemlərinə çıxışın məhdudlaşdırılması, texnoloji əməkdaşlıq imkanlarının itirilməsi İranı bir sıra sahələrdə texnoloji baxımdan geridə qoyub. Bu, sanksiyaların kümülatif təsirinin klassik nümunəsidir: iqtisadiyyat uzun müddət zəif və qeyri-sabit artım nümayiş etdirir, bazar təzyiqləri isə hər yeni şokda sistemi daha həssas edir.
Beynəlxalq analitik mərkəzlərin, o cümlədən ING və “Trading Economics”-in qiymətləndirmələrinə görə, struktur islahatlar olmadan bu problemlərin həlli mümkün deyil.

Lakin İran hakimiyyətinin təklif etdiyi tədbirlər daha çox ad-hoc xarakter daşıyır. Aylıq 7 dollarlıq ərzaq kuponları kimi sosial dəstək mexanizmləri ən yoxsul təbəqələr üçün qısamüddətli rahatlama yaratsa da, ümumi ictimai əhval-ruhiyyəyə ciddi təsir göstərmir.
Bu daxili böhran fonunda İran ətrafında geosiyasi gərginlik də paralel şəkildə artır.
 İsrail amili proseslərdə xüsusi yer tutur. 12 günlük müharibə zamanı İsrail rəsmilərinin İran rejiminin devrilməsini açıq şəkildə hədəf kimi səsləndirməsi, eləcə də İsrail kəşfiyyatının etirazlar fonunda aktivləşməsi regionda riskləri yüksəldir. ABŞ-İsrail xətti Tehranın mümkün xarici avantüralarla daxili narazılığı neytrallaşdırmağa çalışacağından ehtiyatlanır.
ABŞ prezidenti Donald Trampın İrana qarşı “çox güclü variantların” nəzərdən keçirildiyini açıqlaması da təsadüfi deyil. Vaşinqtonun əlində hərbi zərbələrdən tutmuş kiber əməliyyatlara, əlavə sanksiyalardan informasiya müharibəsinə qədər geniş alətlər dəsti var. Bununla belə, hazırkı mərhələdə ABŞ, İsrail və Avropanın əsas hədəfinin birbaşa hakimiyyət dəyişikliyi olmadığı aydın görünür.

Qərb paytaxtları yaxşı anlayır ki, hazırkı şəraitdə İranda rejimi əvəz edə biləcək real siyasi lider və ya güclü alternativ siyasi qüvvə yoxdur. Rza Pəhləvi faktoru daha çox taktiki alət kimi istifadə olunur. Onun arxasında dayanan xaricdəki imkanlı mühacir biznes çevrələrinin maraqları da bu oyunda rol oynayır. Məsələ ideoloji dəyişiklikdən çox, gələcək iqtisadi və enerji resursları üzərində nəzarət perspektivləri ilə bağlıdır.

Əslində, aksiyalar fonunda Vaşinqton Tehrana açıq mesaj göndərir: ABŞ bazarlığa hazırdır. Trampın Tehran administrasiyasının nüvə danışıqları ilə bağlı əlaqə saxladığını açıqlaması bunu təsdiqləyir. ABŞ-ın məqsədi İrandan nüvə proqramı, hərbi fəaliyyətlər və regional siyasət məsələlərində öz şərtləri daxilində güzəştlər almaqdır. 2025-ci ilin yayındakı 12 günlük müharibədən sonra dayandırılan danışıqlar indi yenidən gündəmə qayıda bilər.
Top indi Tehranın meydançasındadır. İran rəhbərliyi də vəziyyətin ciddiliyini anlayır. Prezident Pezeşkianın etirazları haqlı sayması və dialoqa hazır olduğunu bəyan etməsi hakimiyyət daxilində də fərqli güc mərkəzlərinin aktivləşdiyini göstərir. İslahatçı və mühafizəkar qanadlarla yanaşı, böyük iqtisadi resurslara malik daxili biznes qrupları da prosesdən maksimum fayda əldə etməyə çalışır.

Görünən odur ki, proseslər hələ davam edəcək. Nə daxili etirazlar, nə də xarici təzyiqlər qısa müddətdə dayanacaq. Həlledici məqam isə bazarlıq edən tərəflər – Tehran və Qərb arasında hansısa minimal anlaşmanın əldə olunub-olunmamasıdır. Bu anlaşma baş tutana qədər İran həm daxildə, həm də xaricdə təzyiqlərin kəsişdiyi mürəkkəb və riskli mərhələdə qalmağa davam edəcək.

Mürtəza

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:254
embedMənbə:https://olke.az
archiveBu xəbər 12 Yanvar 2026 14:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see286

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see266

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see263

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see259

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see249

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see240

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see240

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see231

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see231

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see228

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see215

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see215

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see209

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see208

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see202

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see200

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see198

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see193

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see192

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri