Məqsədli şəkildə dini və ədəbiyyatı qarşı qarşıya qoyurlar
Icma.az, Redaktor.az portalına istinadən məlumat yayır.
"Bu gün həm bizim ölkədə, həm də dünyanın müxtəlif yerlərində din məqsədli şəkildə həm fəlsəfə ilə, həm ədəbiyyatla, həm də digər anlayışlarla qarşı-qarşıya qoyulur. Yəni məqsədli şəkildə konflikt yaratmağa çalışırlar və göstərirlər ki, guya din fəlsəfənin və ədəbiyyatın əleyhinədir. Bu isə dini gözdən salmaq üçün atılan addımdır və həyata keçirilən yanaşmadır".
Redaktor.az xəbər verir ki, bu fikirləri deputat Ceyhun Məmmədov öz sosial şəbəkəsində açdığı canlı yayım zamanı bildirdi.
Deputat nəzərə çatdırdı ki, Qurani-Kərimdə şairlər haqqında həm müsbət, həm də tənqidi fikirlər var:
"Zamanında fəlsəfə meydana çıxanda bəzi İslam alimləri buna etiraz etdilər, amma sonradan anladılar ki, fəlsəfə də önəmlidir. Bu mənada prinsip etibarilə düşünürəm ki, bunların hər üçü həqiqət axtarışındadır. Hər üçü mənəvi keyfiyyətləri və mənəvi dəyərləri cəmiyyətə aşılamağa çalışır. Məqsədləri isə bəşəriyyətin mənən kamilləşməsi və zənginləşməsidir. Bu baxımdan onları qarşı-qarşıya qoymaq kökündən yanlışdır. Oxşar cəhətləri çoxdur, ziddiyyətli məqamlar isə demək olar ki, yoxdur. Hər üçünün başqa bir ortaq cəhəti də insanları düşünməyə, fikirləşməyə çağırmasıdır. Bu isə olduqca vacib və önəmli məsələdir".
NURİYYƏ
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:144
Bu xəbər 08 May 2026 20:34 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















