Icma.az
close
up
RU
Buğda ehtiyatları məqsədli şəkildə artırılır: Səbəb nədir?

Buğda ehtiyatları məqsədli şəkildə artırılır: Səbəb nədir?

Milli.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Azərbaycan 2025-ci ilin ilk yarısında buğda idxalını 56% artırıb. Ekspertlər deyirlər ki, idxalın artması daxili istehsalın azalması və ya istehlakın kəskin yüksəlməsi kimi dəyərləndirilməməlidir. İqtisadi təhlillər idxalın artmasının daha çox dövlət ehtiyatlarının gücləndirilməsi məqsədi daşıdığını göstərir.

Milli.Az xəbər verir ki, "Kaspi" qəzeti bununla bağlı yazı hazırlayıb.

Azərbaycan 2025-ci ilin ilk yarısında buğda idxalını ötən ilin eyni dövrü ilə müqayisədə 56% artırıb. Dövlət Gömrük Komitəsinin məlumatına əsasən, bu dövrdə ölkəyə 602 255 ton buğda idxal edilib. Buğdanın dəyəri 130,6 milyon ABŞ dolları təşkil edib ki, bu da ötən illə müqayisədə müvafiq olaraq 216 min ton və 45 milyon dollar çoxdur. Dünyanın bir çox ölkəsində buğda əsas ərzaq məhsulu hesab olunur və ərzaq təhlükəsizliyində mühüm rol oynayır. Əhalisi çörək və un məmulatlarını sevən və bu qidalardan daha çox istifadə edən ölkəmiz üçün isə ərzaqlıq buğdanın sabit təchizatı xüsusilə vacibdir. Bəs, maraqlıdır, idxalının artmasının səbəbləri nədir?

"Ərzaqlıq buğda tələbatını ödəyə bilmirik"

İqtisadçı ekspert Pərviz Heydərov "Kaspi" qəzetinə açıqlamasında bildirdi ki, idxalın müəyyən dövrlərdə artmasının əsas səbəbi ölkənin daxili tələbatını tam ödəyə bilməməsidir: "Azərbaycanın idxal etdiyi əsas ərzaq məhsulları arasında ərzaqlıq buğda xüsusi yer tutur. Son illər ərzində ölkədə ərzaqlıq buğdanın daxili istehsalı və tədarükünə dair dövlət səviyyəsində bir sıra stimullaşdırıcı tədbirlər həyata keçirilsə də, hələ də bu sahədə tələbat tam ödənilmir. Nəticə etibarilə, ölkəmiz bu məhsul üzrə idxaldan asılı vəziyyətdə qalır".

Məhdud əkin sahələri

Yerli buğda istehsalının ölkənin tələbatını tam qarşılamamasının səbəblərinə gəldikdə isə, mütəxəssis vurğulayır ki, daxili bazarda istehsal edilən buğdanın maya dəyəri analoji idxal məhsuluna nisbətən daha yüksəkdir: "Daxili tələbatı tam qarşılaya bilməməyimizin bir sıra obyektiv və subyektiv səbəbləri var. Əvvəla, yerli istehsal olunan buğda tələb olunan keyfiyyət göstəricilərinə tam cavab vermir. Bundan əlavə, daxili bazarda istehsal edilən buğdanın maya dəyəri analoji idxal məhsuluna nisbətən daha yüksəkdir. Digər mühüm amil isə əkin sahələrinin məhdud olmasıdır. Ölkədə kənd təsərrüfatına yararlı torpaq sahələrinin məhdudluğu, iqlim və su ehtiyatları ilə bağlı çətinliklər buğda istehsalının genişləndirilməsinə və tələbatı ödəməsinə əngəl yaradır. Rusiya-Ukrayna müharibəsindən əvvəl razılaşmalar çərçivəsində Azərbaycan tərəfi Ukraynada müəyyən torpaq sahələrində buğda əkini ilə məşğul olmaq niyyətində idi. Lakin müharibə səbəbindən bu planlar reallaşmadı. Bu fakt bir daha göstərir ki, Azərbaycanın daxilində ərzaqlıq buğda ilə özünü təminetmə səviyyəsini artırmaq üçün həm coğrafi, həm də iqtisadi resurslar məhduddur və bu səbəbdən idxal hələ də əsas rol oynayır".

"İdxal yerli məhsuldan sərfəlidir"

2024-cü ilin statistikasına əsasən, Azərbaycanın buğda idxalının əsas hissəsi Rusiya və Qazaxıstanın payına düşür. Regionda baş verən gərginliklər fonunda buğda ticarətində hər hansı risklərin olması, un və çörək məhsullarının qiymətinə təsiri narahatlıq doğurur. Mütəxəssis bildirir ki, buğda idxalının artması un və çörək məhsullarının qiymətlərinə birbaşa təsir göstərmir: "Əksinə, idxal məhsulları yerli istehsaldan daha ucuz başa gəldiyinə görə qiymət artımı gözlənilmir. Azərbaycanın əsas idxal mənbəyi Rusiya olduğuna görə, oradan alınan ərzaqlıq buğda məhsulları aşağı tariflərlə, münasib qiymətə daxil olur. Bu da daxili bazarda un və çörək məhsullarının qiymətinin sabit qalmasına şərait yaradır. Rusiya ilə gərginliklərin idxala təsirinə gəldikdə isə, Moskva hazırda ağır iqtisadi sanksiyalar və böhran şəraitində olsa da, ölkə daxilində istehsal olunan məhsulların, xüsusilə də taxılın xaricə ixracını davam etdirir. Əksinə, bu məhsulların satışı Rusiya üçün əlavə gəlir mənbəyidir. Bu baxımdan inanmıram ki, Rusiya Azərbaycana buğda ixracını məhdudlaşdırsın".

Subsidiyalar, güzəştli kreditlər

Ekspert əlavə edir ki, ölkədə yerli buğda istehsalının artırılması üçün dövlət tərəfindən stimullaşdırıcı addımlar atılıb: "Subsidiyalar, güzəştli kreditlər və infrastruktur dəstəyi istiqamətində görülən tədbirlər artıq öz bəhrəsini verir. Amma əsas məsələ əkinə yararlı torpaq sahələrinin artırılmasıdır. Bu olmadan daxili tələbatı tam qarşılayan istehsala keçmək çətin olacaq".

"İdxalın artması istehsalda azalma siqnalı deyil"

İqtisadçı Cəfər İbrahimli isə deyir ki, hazırda ərzaqlıq buğda ilə ölkənin özünü təmin etməsi istiqamətində bir sıra tədbirlər görülür. Lakin hələ də daxili istehsal ümumi tələbatı tam qarşılamaq gücündə deyil: "Faktiki olaraq Azərbaycanın bu sahədəki tələbatının yalnız 40 faizi yerli istehsal hesabına ödənilir, 60 faizi isə idxalla təmin olunur. Bu ilin ilk altı ayında buğda idxalında ciddi artım müşahidə olunur. Bu artım əsasən Rusiya və qismən də Ukrayna bazarları hesabına baş verir. İdxalın ilin əvvəlində artması isə istehsalda azalma siqnalı deyil, daha çox daxili ehtiyatların tənzimlənməsi və planlı tədarük siyasəti ilə bağlıdır. Əvvəllər idxal əsasən payız və qış aylarında baş tuturdusa, bu il tədarük prosesi daha erkən mərhələyə çəkilib. Bu, həm də qlobal bazarlardakı qiymət dəyişiklikləri və logistik risklər fonunda ehtiyatlı strategiyanın göstəricisi kimi dəyərləndirilə bilər".

"Hər il bir milyon ton buğda idxal edirik"

Mütəxəssis vurğulayır ki, ölkəmiz təqribən hər il bir milyon ton civarında ərzaqlıq buğda idxal edir. Bu il də bu həcmin dəyişməyəcəyi ehtimal olunur. Bu baxımdan, 2025-ci ilin ilk yarısında idxalın artması mütləq şəkildə daxili istehsalın azalması və ya istehlakın kəskin yüksəlməsi kimi dəyərləndirilməməlidir. İqtisadi təhlillər və cari tendensiyalar onu göstərir ki, idxalın artımı daha çox dövlət ehtiyatlarının gücləndirilməsi məqsədi daşıyır.

Milli.Az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:204
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 16 Avqust 2025 17:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

16 Oktyabr 2026 10:06see328

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see311

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see302

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see297

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see270

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see252

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see241

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see238

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see225

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see221

Xalqımızın qəhrəmanlıq tarixi

16 Oktyabr 2026 14:59see219

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see218

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see215

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see209

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see205

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see194

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see194

Türkiyəli jurnalist beynəlxalq axtarışa verildi Azərbaycanla bağlı çağırış edirdi

16 Oktyabr 2026 15:11see191

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see190

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri