Icma.az
close
up
RU
Mərakeş Azərbaycan Dostluq Assosiasiyası ilə görüş Fotolar

Mərakeş Azərbaycan Dostluq Assosiasiyası ilə görüş Fotolar

Icma.az bildirir, Redaktor.az portalına istinadən.

Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov Mərakeş Krallığının paytaxtı Rabatda Azərbaycan icması və Mərakeş-Azərbaycan Dostluq Assosiasiyasının üzvləri ilə görüşüb.

Redaktor.az xəbər verir ki, tədbir Mərakeş Krallığının və Azərbaycanın Dövlət himnlərinin səsləndirilməsi, ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçən vətən oğullarının əziz xatirəsinin ehtiramla yad olunması ilə başlayıb.

“Dövlətimizin diaspor siyasəti Prezident İlham Əliyevin rəhbərliyi altında yeni meyarlarla zənginləşib və xaricdə yaşayan azərbaycanlılarla əlaqələr daha da intensivləşib”, - komitə sədri bu sözləri Azərbaycan icması ilə görüşdə səsləndirib.

Azərbaycanın Mərakeş Krallığındakı fövqəladə və səlahiyyətli səfiri Nazim Səmədov ölkələrimiz arasında dostluq əlaqələrinin daha da möhkəmləndiyini və Mərakeşdəki icmamızın bu sahəyə töhfələr verdiyini bildirib.

Mərakeş-Azərbaycan Dostluq Assosiasiyasının prezidenti Məhəmməd Fakiri görüşün təşkilinə görə komitəyə təşəkkür edib, bundan sonra assosiasiyanın Azərbaycan icması ilə əlaqələrinin daha da dərinləşəcəyinə inamını ifadə edib.

Diasporla İş üzrə Dövlət Komitəsinin və diasporun həyata keçirdiyi çoxyönlü layihələr, xaricdəki Azərbaycan Evləri, Koordinasiya Şuraları, həftəsonu məktəbləri və digər vacib istiqamətlər barədə ətraflı məlumat verilib, ölkə başçısının Qarabağda qazanılan qələbə ilə bağlı çıxışlarının yer aldığı videoçarxlar nümayiş olunub.

Vaxtilə Azərbaycanda təhsil alan mərakeşlilər Azərbaycan icması ilə keçirilən görüşü yüksək qiymətləndirib, dövlət-icma əlaqələrinin inkişafına yeni töhfələr verməyə hazır olduqlarını dilə gətiriblər.

Soydaşlarımız xaricdəki icmalarımıza göstərilən diqqətə görə Azərbaycan dövlətinə minnətdarlıqlarını bildirib, diaspor fəaliyyətinin gücləndirilməsi, Azərbaycan həqiqətlərinin yerli ictimaiyyətə daha geniş çatdırılması ilə bağlı fikirlərini bölüşüb, təkliflərini səsləndiriblər.

Görüşdən sonra komitə Azərbaycanın Mərakeşdəki Səfirliyi ilə birgə iftar süfrəsi təşkil edib.

Qeyd edək ki, dövlət başçısının tapşırıq və tövsiyələrinə uyğun olaraq Diasporla İş üzrə Dövlət Komitəsi son illər xarici ölkələrdə keçirilən icma görüşlərinin əhatəsini daha da genişləndirib və bu, diaspor fəaliyyətinin inkişafına əvəzsiz töhfələr verib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:99
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 15 Mart 2025 09:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Penitensiar xidmətdə dəyişiklik: iki hərbi struktur nazirliyə birləşdirildi

13 Dekabr 2025 17:36see328

Puqaçova və Qalkinin uşaqlarının dünyaya gəlməsinin sirri AÇILDI

14 Dekabr 2025 15:28see226

Azərbaycanda tanınmış tiktoker saxlanıldı Foto

13 Dekabr 2025 16:57see194

Sabahın havası Leysan, qar

14 Dekabr 2025 13:12see179

“Rusiya Ukrayna müharibəsinin həllində əhəmiyyətli irəliləyiş var” Tramp

13 Dekabr 2025 08:23see170

Sığınacaqda futbolu tək izləyən Əkbəri ziyarətə getdi

13 Dekabr 2025 10:45see146

Səmaya bulud səpdilər VİDEO

13 Dekabr 2025 10:01see146

Azərbaycan Premyer Liqasında daha bir görüş baş tutub

14 Dekabr 2025 16:50see143

Mayonezin gizli riskləri Həkimdən XƏBƏRDARLIQ

14 Dekabr 2025 02:37see141

Qəbələ 10 nəfərlə qaldı YENİLƏNİR

14 Dekabr 2025 15:19see138

“Kəpəz” “Qəbələ”yə, “Qarabağ” “Araz Naxçıvan”a qarşı YENİLƏNİR

14 Dekabr 2025 08:06see137

Kral xalqa müraciətində nə danışıb?

13 Dekabr 2025 19:01see134

İllərin qəzalı binaları tarixə qovuşurlar: Sumqayıtda böyük söküntü BAŞLAYIR

14 Dekabr 2025 08:41see132

FİFA Argentinanı DÇ 2026 dan uzaqlaşdıra bilər

13 Dekabr 2025 21:23see132

Zaxarovanın bu zarafatı gündəm oldu

13 Dekabr 2025 17:08see132

Almaniyada məcbur hərbi xidmət gündəmdədir, qadınlar da çağırıla bilər

14 Dekabr 2025 01:08see130

İnkişaf etmək istəyirsizsə, necə belə meydançada oynayırsız? Valdas Dambrauskas

13 Dekabr 2025 19:42see130

Ramiz Mehdiyevlə Eldar Mahmudovun yaxşı əlaqələri vardı Sabiq nazir

13 Dekabr 2025 09:19see129

Müharibənin sonu görünür Zelenski artıq sülh masasına hazırdır

14 Dekabr 2025 02:59see129

Zelenski NATO dan imtina etməyə hazır olduğunu açıqladı

14 Dekabr 2025 18:12see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri