Icma.az
close
up
RU
Mərakeş Azərbaycan Dostluq Assosiasiyasının üzvləri ilə görüş FOTOLAR

Mərakeş Azərbaycan Dostluq Assosiasiyasının üzvləri ilə görüş FOTOLAR

Modern.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov Mərakeş Krallığının paytaxtı Rabatda Azərbaycan icması və Mərakeş-Azərbaycan Dostluq Assosiasiyasının üzvləri ilə görüşüb.

Dövlət Komitəsindən Modern.az-a verilən məlumata görə, tədbir Mərakeş Krallığının və Azərbaycan Respublikasının Dövlət himnlərinin səsləndirilməsi, ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçən Vətən oğullarının əziz xatirəsinin ehtiramla yad olunması ilə başlayıb. Komitə sədri bildirib ki, diaspor siyasəti Prezident İlham Əliyevin rəhbərliyi altında yeni meyarlarla zənginləşib və xaricdə yaşayan azərbaycanlılarla əlaqələr daha da intensivləşib. Azərbaycan Respublikasının Mərakeş Krallığındakı fövqəladə və səlahiyyətli səfiri Nazim Səmədov ölkələrimiz arasında dostluq əlaqələrinin daha da möhkəmləndiyini və Mərakeşdəki icmamızın bu sahəyə töhfələr verdiyini bildirib.

Mərakeş-Azərbaycan Dostluq Assosiasiyasının prezidenti Məhəmməd Fakiri görüşün təşkilinə görə komitəyə təşəkkür edib, bundan sonra assosiasiyanın Azərbaycan icması ilə əlaqələrinin daha da dərinləşəcəyinə inamını ifadə edib.

Diasporla İş üzrə Dövlət Komitəsinin və diasporun həyata keçirdiyi çoxyönlü layihələr, xaricdəki Azərbaycan evləri, Koordinasiya şuraları, həftəsonu məktəbləri və digər vacib istiqamətlər barədə ətraflı məlumat verilib, ölkə başçısının Qarabağda qazanılan qələbə ilə bağlı çıxışlarının yer aldığı videoçarxlar nümayiş olunub.

Vaxtilə Azərbaycanda təhsil alan mərakeşlilər Azərbaycan icması ilə keçirilən görüşü yüksək qiymətləndirib, dövlət-icma əlaqələrinin inkişafına yeni töhfələr verməyə hazır olduqlarını dilə gətiriblər.

Soydaşlarımız xaricdəki icmalarımıza göstərilən diqqətə görə Azərbaycan dövlətinə minnətdarlıqlarını bildirib, diaspor fəaliyyətinin gücləndirilməsi, Azərbaycan həqiqətlərinin yerli ictimaiyyətə daha geniş çatdırılması ilə bağlı fikirlərini bölüşüb, təkliflərini səsləndiriblər.

Görüşdən sonra komitə Azərbaycanın Mərakeşdəki Səfirliyi ilə birgə iftar süfrəsi təşkil edib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:162
embedMənbə:https://modern.az
archiveBu xəbər 25 Mart 2025 00:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanlı müğənni: Ay ailə başçıları, gey müğənniləri niyə toya çağırırsız?! FOTO

02 Yanvar 2026 04:55see239

Dəfn edilməyə aparılan körpə yolda ayıldı Bakıda ŞOK HADİSƏ

01 Yanvar 2026 23:36see237

Röya 3 kişi ilə yataqda VİDEO

02 Yanvar 2026 04:04see202

“Ölümü” Ukraynanın xüsusi əməliyyatı olubmuş − Denis Kapustin sağdır

01 Yanvar 2026 20:01see196

“Benfika”nın baş məşqçisi Joze Mourinyo “Çelsi”ni idarə etməyə hazırdır

01 Yanvar 2026 20:17see187

Azərbaycanlı trans: Əvvəl oğlumun atası, sonra anası olacağam VİDEO

02 Yanvar 2026 05:55see161

Xarici borcun tənzimlənməsi: Azərbaycan üçün “təhlükəsizlik yastığı”

01 Yanvar 2026 10:27see154

Əzgilin bu faydaları varmış...

02 Yanvar 2026 05:09see146

“Qarabağ bizim idi, indi bizim deyil” ifadəsi tələdir Paşinyan

01 Yanvar 2026 12:55see146

Türkiyədə Fələstinə dəstək üçün 520 min nəfər Qalata körpüsündə toplaşıb FOTOLENT

01 Yanvar 2026 18:21see144

Niyə müalicə üçün xaricə gedirik? ARAŞDIRMA

01 Yanvar 2026 13:14see142

“Formula 1”də ən çox qazanan sürücülər: 2025 ci ilin ən yaxşı 5 pilotu

01 Yanvar 2026 18:03see141

Putinə qarşı bu addım vəziyyəti ağırlaşdırdı Türkiyəli politoloq

01 Yanvar 2026 11:43see141

Sabah da ayrılıq baş verə bilər, Rusiyaya geri qayıdır İDDİA

01 Yanvar 2026 13:32see139

KİV: Aktyor Tommi Li Consun qızının meyiti Kaliforniyadakı hoteldə tapılıb

02 Yanvar 2026 08:52see137

Türkiyə Çin vətəndaşları üçün vizanı ləğv edib

01 Yanvar 2026 17:48see137

Qarabağı istəyən erməni müğənninin yolka sı FOTO

01 Yanvar 2026 13:12see136

Ötən il Ukraynada müharibə nəticəsində 12 azərbaycanlı həlak olub

01 Yanvar 2026 17:28see134

Putin cavan qalmaq üçün gözləməli olacaq KONKRET

01 Yanvar 2026 19:30see132

Səhralar yaşıllaşacaq: Çinli alimlərdən inqilabi metod

02 Yanvar 2026 02:41see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri