Icma.az
close
up
RU
Mərdimazar olmasa, bağ çəpəri neyləyər...

Mərdimazar olmasa, bağ çəpəri neyləyər...

Footbal-plus portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Doğrudan da, həyatda bəxt yaxşı şeydi. İşinin yaxşı getməsini, hədəfinə çatmağı istəyirsənsə, öz canfəşanlığından, fədakarlığından, əziyyətindən başqa uğur da üzünə gülməlidi, xoşbəxt ulduz altında doğulmalısan, yoluna mərdimazar çıxmamalıdı.

...1998-ci il dekabrın 4-də İrlandiyanın Ennis şəhərində dünyaya gələn Barri Kotter ad-soyadlı futbolçu var. Görünür, valideynləri ona zamanında yaxşı tərbiyə verməyib. Versəydilər, heç bir ehtiyac olmadan kobudluğa əl atmağın yaxşı əməl sayılmadığını anladardılar. Həmin bu Barrinin şərəfini qoruduğu “Notts Kaunti” ötən həftənin şənbə günü “Kayzerslautern”lə yoxlama oyunu keçirib. Almaniya təmsilçisi elə ilk 10 dəqiqədə İngiltərənin 2-ci liqa klubunun qapısından üç qol keçirməklə oyunun taleyini həll edib. Qollardan birini də Mahir Emreli vurub. “Notts Kaunti”nin cəmi 8 gün əvvəl “Barnsli”dən icarə götürdüyü həmin bu irlandiyalı müdafiəçi hissənin sonunda bütün acığını həmvətənimizdən çıxıb – topla irəliləyən Mahiri hədsiz sərt fəndlə yerə sərib.
Futbol oynayanlar yaxşı bilir, topla hərəkətdə olan futbolçunu arxadan badalaqla yerə sərəndə həm zədə ehtimalı artır, həm də belə hərəkət zərər çəkən şəxsi özündən çıxarır. Mahir də eynən məhlə gəncləri kimi yıxılandan dərhal sonra ayağa qalxdı, elə meydandaca Barri ilə münasibətləri aydınlaşdırmağa çalışdı. İnsafən, komanda yoldaşları da azərbaycanlının tərəfini tutdu və bunun üçün bütün əsaslar var idi. 0:3 uduzsan da belə, bu adi bir yoxlama oyunudu, hansısa titulun, kubokun taleyi həll olunmur ki... Belədə rəqib futbolçuya qarşı ifrat kobudluğun adı yalnız və yalnız qəsdən xətər yetirmək cəhdidi.
Nəticə nə oldu? Barri qırmızı vərəqə ilə qovuldu, Mahir zədə üzündən meydandan çıxmalı oldu, “Notts Kaunti” də 0:4 uduzdu. Barrinin canı cəhənnəmə, 26 yaşında İngiltərənin səviyyəcə 4-cü liqasında oynamağa razılıq veribsə, deməli, elə maksimumu budu. Amma olan Mahirə oldu. Adam “Kayzerslautern”in heyətində möhkəmlənməyə, bu komandanın lideri olmağa, “böyük beşlik” ölkəsinin elitasında oynamağa can atır. İndi isə ən azı bir həftə gözləməyə, ağrılardan qurtulandan sonra məşqə qatılmağa məcburdu. Bax, zahirən adi, heç nəyi həll etməyən oyun epizodu idi. Amma bir sarsaq müdafiəçi qəfil nə düşündüsə, Mahiri badalaqla yerə sərmək fikrinə düşdü.
İndi bu yazının sərlövhəsindəki mənanı tutduzmu? Həqiqətən də mərdimazar olmasa, bağ çəpəri neyləyər...
ORXAN

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:155
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 20 İyul 2025 15:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see421

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see332

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see244

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

23 Oktyabr 2026 23:46see237

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

23 Oktyabr 2026 22:34see228

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see219

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see217

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see216

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see212

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see207

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see201

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see198

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see196

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see194

Piyada keçidində 3 nəfərin vurulduğu qəzanın ANBAAN VİDEOSU

24 Oktyabr 2026 15:35see193

Gəzdikcə doymadığın, ayrıldıqca darıxdığın şəhər REPORTAJ

24 Oktyabr 2026 13:48see187

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see184

Zeytunla başlayan, musiqi ilə davam edən gün Fotolar

24 Oktyabr 2026 18:13see182

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see180

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri