Icma.az
close
up
RU
Qadınların qarnında partlayan düşmən çəpəri AÇIQLAMA

Qadınların qarnında partlayan düşmən çəpəri AÇIQLAMA

Demokrat.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Azərbaycanda son illər qız uşaqlarına münasibət, selektiv abortlar və bəzi ailələrin oğlan övladına üstünlük verməsi ilə bağlı müzakirələr vaxtaşırı gündəmə gəlir. Milli Məclisin “Gender bərabərliyinin təmin edilməsinə nəzarəti həyata keçirən icra hakimiyyəti orqanının 2025-ci ildə fəaliyyəti haqqında məlumatı” müzakirəsi zamanı parlamentin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədr müavini Qüdrət Həsənquliyev deyib ki, ailələrin qız övladlarından niyə imtina etməsi araşdırılmalıdır.
Məsələ ilə bağlı Demokrat.az-a danışan psixoloq Gülnar Orucova deyib ki, bəzi ailələrdə oğlan uşağının dünyaya gəlməsinə üstünlük verilməsi əsasən psixoloji, mədəni və iqtisadi faktorlarla bağlıdır:

Psixoloq Gülnar Orucova


“Cəmiyyətimizdə uzun illərdir formalaşmış düşüncə var ki, oğul ailənin və soyun davamçısıdır. İnsanlar hesab edirlər ki, oğlan uşağı olmasa, soy davam etməz. Qız uşağı böyüyərək başqa ailəyə köçür, oğlan isə ailədə qalır və valideynlərinə dayaq olur. Bu məsələdə sosial təzyiqlər də mühüm rol oynayır. Məsələn, bir ailənin yalnız qızı olduqda ətrafdakılar tez-tez “mütləq oğlun da olmalıdır” kimi fikirlər səsləndirirlər. Bu cür yanaşmalar insanlara ciddi təsir göstərir. İqtisadi səbəblər də bu düşüncəni gücləndirir. Bir çox insanlar düşünür ki, yaşlandıqları zaman onlara oğlan övladı baxacaq. Oğul evlənəcək, gəlin ailəyə gələcək və valideynlərə qulluq ediləcək. Milli-mental dəyərlərdə də “oğul düşmən çəpəridir” kimi fikirlər geniş yayılıb. Oğul ailənin qoruyucusu, soyun davamçısı kimi təqdim olunur. Belə düşünülür ki, oğlun varsa, soyun yaşayır və sən tək deyilsən”.
O bildirib ki, bu fikirlər illərlə insanların düşüncəsində xüsusi yer tutub:
“Baxmayaraq ki, bu gün bəzi insanlar belə düşüncələrə əvvəlki qədər önəm vermirlər, yenə də müəyyən bölgələrdə “mütləq oğul olmalıdır” düşüncəsi qalmaqdadır. Hətta bəzi hallarda uşağın qız olacağını öyrənən valideynlər müxtəlif yollarla hamiləliyi sonlandırırlar. Bu isə cəmiyyətdəki gender ayrı-seçkiliyinin nə qədər dərin olduğunu göstərir. İnsanların beynində hələ də “mənim mütləq oğlum olmalıdır” düşüncəsi yaşayır. Bunun səbəbi soyun davamı, yaşlı vaxtda qayğı görmək və cəmiyyətdə geri qalmamaq qorxusudur. Bu stereotipləri aradan qaldırmaq üçün qadınların cəmiyyətdə daha güclü mövqedə olması vacibdir. Maarifləndirmə işləri aparılmalı, uşaqlara cinsiyyətindən asılı olmayaraq eyni dəyərin verilməsi öyrədilməlidir. Oğlan uşaqlarına daha üstün şərait yaradıb qızları ikinci plana atmaq düzgün deyil. Cəmiyyət olaraq düşüncə tərzimizi dəyişməliyik.
Bəzən ailənin yaşlı üzvləri, xüsusilə də gəlinlərə və qadınlara “sən mütləq oğlan uşağı dünyaya gətirməlisən, evin varisi olmalıdır” kimi fikirlər deyirlər. Bu stereotiplərin davamlı şəkildə təkrarlanması qadınlarda psixoloji gərginlik və travma yaradır. Buna görə də bu düşüncələri dəyişmək və stereotipləri qırmaq lazımdır. Qadınlar sosial baxımdan gücləndirilməli, ailələrə isə psixoloji dəstək göstərilməlidir”, - deyə o fikrini sonlandırıb.
Leyla Turan
Demokrataz
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:157
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 03 İyun 2026 15:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see380

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see323

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see304

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see279

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see273

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see264

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see251

Zəngilan: Tarixi qayıdışdan strateji inkişaf mərhələsinə MƏQALƏ

19 Oktyabr 2026 15:42see245

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see239

Azərbaycana gətirilən avtomobillərin sayı açıqlandı Hibridlər diqqət çəkir

19 Oktyabr 2026 18:17see228

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see215

Azərbaycan Gürcüstandan qoyun və keçi idxalını təqribən 40 % azaldıb

19 Oktyabr 2026 21:01see202

Ədəbiyyatşünas Dmitro Drozdovski: Səlim Babullaoğlu mədəniyyət diplomatıdır

19 Oktyabr 2026 20:05see201

Bəzi rayonlarda işıq olmayacaq

20 Oktyabr 2026 00:21see197

“Faiz haramdır“dan 50% lik faizə...

19 Oktyabr 2026 20:26see196

“Qlobal iqtisadiyyatda qiymət artımları daxili bazarda da bahalaşmaya səbəb olur” EKSPERT DANIŞDI

19 Oktyabr 2026 17:09see194

Azərbaycanda baş həkim vəfat edib

19 Oktyabr 2026 23:27see190

MTK nın fəaliyyəti nə vaxt başa çatmalıdır? EKSPERT AÇIQLADI

19 Oktyabr 2026 17:48see182

Yaşayış binasına daha iki mərtəbə əlavə olunur Sakinlər narahatdırlar (Video)

20 Oktyabr 2026 00:31see180

Rusiya və İran Rəşt Astara dəmir yolu layihəsini müzakirə ediblər

19 Oktyabr 2026 19:01see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri