Icma.az
close
up
RU
Mərhəmət hissini itirməməliyik Qüdrət Həsənquliyev

Mərhəmət hissini itirməməliyik Qüdrət Həsənquliyev

Xalqcebhesi saytından alınan məlumata görə, Icma.az bildirir.

Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyev partiyanın mətbuat xidmətinin suallarını cavablandırıb.
Xalqcəbhəsi.az müsahibəni təqdim edir:

- Qüdrət bəy, Nizami Kino Mərkəzinin divarlarına qraffiti çəkən Belarus vətəndaşı həbs olunub. Bu hadisəyə münasibətinizi bilmək istərdik...

- Bu vandalizm aktına yol verənlərin gənc qızlar olması məndə acı təəssüf hissi yaratdı. Qanun pozuntusuna yol verənlərin kimliyinin qısa bir müddətdə DİN əməkdaşları tərəfindən müəyyən olunması tərəfimdən təqdir olunsa da, baş vermiş hadisəyə görə cinayət işinin qaldırılması və ADA-nın 20 yaşlı ikinci kurs tələbəsi, bizə dost olan Belarusun vətəndaşı barədə həbs qətimkan tədbiri seçilməsi, xüsusilə bunun ictimai təzyiq altında edilməsi məni ciddi narahat etdi. Oxşar sərt qərar bir müddət öncə Bakıya turist kimi gəlmiş, Şəhidlər Xiyabanında sərxoş vəziyyətdə özünü yaxşı aparmamış, amma qəbirlərə ziyan vurmamış gənc bir Səudiyyə vətəndaşı barəsində də qəbul edilmişdi. O zaman da mən bu cür sərt qərarın qəbul olunmasının yanlış olduğunu söyləmişdim. Çox qəddarlaşmışıq, vəziyyəti dəyişməsək zamanla hamımız bunun acısını yaşayacağıq. Tarixi abidələri, xalqımızın müqəddəs saydığı yerləri bu cür sərt qərarlarla qorumağımız ölkəmizin mədəni imicini yüksəltmir, əksinə, ziyan vurur. Çünki insan azadlığı sivil dünya tərəfindən daha ali dəyər kimi qəbul olunur. Çox təəssüf ki, gənclər hərdən səhv edirlər və bəzən bu, qanun pozuntusu formasında özünü biruzə verir. Dövlət və cəmiyyət əməlin xarakterindən və ictimai təhlükəlilik dərəcəsindən asılı olaraq onları bağışlamağı bacarmalıdır. Çünki onların bütün həyatı qarşıdadır, onlara ikinci şans verilməlidir. Bir səhvə görə həbs etməklə, onun bütün həyatını məhv etmək olmaz. Şərq dünyasında qadına həmişə xüsusi münasibət olub. Onun vurduğu ziyan bərpa olunması çətin və ya mümükünsüz olan vandallıq aktı deyil. Yayılmış şəkillərdən görünür ki, qraffiti çəkilmiş nəmdən rəngi tökülən divarın yenidən rənglənməsinə onsuz da ciddi ehtiyac duyulur. Onu vurduğu ziyanı ödəməyə məcbur etməklə cərimələmək, ürəyimiz bununla soyumursa bir neçə günlüyə inzibati qaydada həbs etmək olardı. Mən ombudsmanı, ADA-nın rəhbərliyini, tələbələri o qızı müdafiə etməyə çağırıram. Həbs qətimkan tədbiri ən azından dəyişdirilməlidir ki, təhsilini davam etdirə bilsin. Onu həsdə saxlamağa nə ehtiyac var? Bəlkə məhkəmə azadlıqdan məhrumetmə ilə əlaqədar cəza təyin etməyəcək? Mərhəmət hissini itirməməliyik.

- Qüdrət bəy, bu günlərdə Bakıda Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin hökumət başçılarının sammiti keçirildi. Bununla bağlı fikirləriniz maraqlı olardı...

- TDT-nin yaranmasında və inkişafında Azərbaycanın xüsusi xidmətləri var. Bakı türk dünyasının siyasi və mədəni mərkəzlərindən birinə çevrilib. Hökumət başçılarını qəbul edən Prezident İlham Əliyev bir daha xüsusi vurğuladı ki, biz, böyük türk ailəsinin bir üzvüyük. Türk xalqları yalnız öz müstəqil dövlətlərini qurmuş türk xalqlarından ibarət deyil. Bizə dost, qonşu, strateji tərəfdaş olan ölkələrdə milli muxtariyyətləri olan uyğurlar, qaqauzlar, tatarlar, başqırdlar və digər çoxsaylı türk xalqları yaşayır. TDT onlarla da əməkdaşlıq etməlidir. Kimlərin nə deyəcəyindən, özlərini necə aparacağından asılı olmayaraq, onları unutmamalı, onlarla hərtərəfli əməkdaşlıq etməliyik. Onlar da özlərini türk ailəsinin bir üzvü kimi hiss etməlidirlər, yaşadıqları ölkələrdə onlara hörmət olunmalıdır. Həmin xalqlar yaşadıqları ölkələrlə müstəqil türk dövlətləri arasında əlaqələrin genişlənməsinə daha böyük töhfə verə bilərlər. Türk birliyi siyasi konyukturadan asılı olan bir dəyər olmamalıdır. Biz bütün dövlətlərin ərazi bütövlüyünə hörmət edirik. Türk xalqlarının sıx əməkdaşlığı beynəlxalq aləmdə onlara olan hörməti artırmaqdadır. TDT-nin Avropa Birliyi modelində daha güclü iqtisadi, siyasi və hərbi birliyə çevrilməsi regionda, Avrasiya məkanında sülhə və rifaha böyük töhfə verə bilər.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:140
embedMənbə:https://www.xalqcebhesi.az
archiveBu xəbər 05 Aprel 2026 12:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see787

Zəfər yaddaşı Məryəm Bağırova yazır

08 Noyabr 2026 15:12see532

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see321

Marsol Group və İCMA üzvləri Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət etdilər FOTOLAR

08 Noyabr 2026 10:33see299

Putinin məqsədi Ukrayna iqtisadiyyatını tamamilə məhv etməkdir CNN

08 Noyabr 2026 10:52see293

İlham Əliyev Türkiyədə keçiriləcək COP31 də iştirak edəcək

08 Noyabr 2026 19:13see283

Faktiki hava: Bu ərazilərə qar yağıb

08 Noyabr 2026 11:42see274

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see265

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see257

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see255

Bakıda tanınmış teatr rejissoru Lev Dodinlə açıq görüş keçirilib (Foto)

08 Noyabr 2026 13:23see250

Milli Qəhrəmanın oğlu: “Qarabağı gəzəndə hər bir addımımı ehtiyatla atıram, orada şəhidlərimizin ruhu yatır“

08 Noyabr 2026 11:23see242

Zəfər Günü ilə bağlı Ağsu, Göyçay və Zərdabda tədbirlər keçirilib

08 Noyabr 2026 15:27see235

Komedixana nın aktrisasının 10 il əvvəlki görünüşü (Foto)

08 Noyabr 2026 09:30see232

Telefon nömrəniz başqasına satılsa, bankdakı pulunuz nə olacaq? Gizli təhlükə

08 Noyabr 2026 14:16see232

İlham Əliyev Ərdoğanla Şuşadakı görüşündən yeni paylaşım edib VİDEO

08 Noyabr 2026 19:39see208

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see205

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see197

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see191

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see187
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri