Icma.az
close
up
RU
Mərhum başçı 14 il əvvəl oğlunun obyektinə icazə vermişdi Reyesterə indi daxil edilib

Mərhum başçı 14 il əvvəl oğlunun obyektinə icazə vermişdi Reyesterə indi daxil edilib

Yeniavaz saytından verilən məlumata görə, Icma.az xəbər verir.


Yevlax şəhəri, Q. Quliyev küçəsində yerləşən qeyri-yaşayış (mağaza) binasına bir həftə əvvəl – may ayının 1-də Tikintilərin Dövlət Reyestri tərəfindən 90101002-3-2501-008544/0525 nömrəli kod verilib.
Yeniavaz.com
xəbər verir ki, reyestrə daxil edilən qeyri-yaşayış binasının tikintisinə 14 il əvvəl – 13 dekabr 2011-ci il tarixində Yevlax Şəhər İcra Hakimiyyətinin 248 nömrəli sənədi əsasında icazə verilib.
Məlumat üçün bildirək ki, “Tikintilərin Dövlət Reyestrinə daxil edilən məlumatların tərkibi, həmin məlumatların təqdim edilməsi və reyestrin aparılması Qaydaları”nın təsdiq edilməsi haqqında Nazirlər Kabinetinin 12 yanvar 2015-ci il tarixli 4 nömrəli Qərarının 4.2-ci maddəsində yazılır ki, tikintiyə icazə verən orqan (qurum) tikintiyə icazə verdiyi tarixdən 3 iş günü müddətində bu Qaydaların 3.1.1-ci yarımbəndində nəzərdə tutulmuş sənəd və məlumatları Reyestrə təqdim edir. Bu məlumatlar Reyestr kitabında qeydə alınır, 3 (üç) iş günü müddətində elektron bazaya daxil edilməklə, tikinti obyektinə kod verilir.
Lakin, qeyd olunan məlumatlardan da göründyü kimi, tikintisinə icazə verilən obyekt 14 ildən sonra reyesterə daxil edilib.
Onu da qeyd edək ki, qeyri-yaşayış binasının sifarişçisi Ruslan Qoca oğlu Səmədov, tikintiyə icazə verən Yevlax Şəhər İcra Hakimiyyətinin başçısı isə Qoca Səmədov olub.
Xatırladaq ki, Qoca Səmədov 2011-ci ilin fevral ayından 2019-cu ilin oktyabr ayına kimi Yevlax Şəhər İcra Hakimiyyətinin başçısı olub. 2019-cu il dekabrın 19-da Qoca Səmədov Dövlət Təhlükəsizliyi Xidmətinin keçirdiyi xüsusi əməliyyat nəticəsində saxlanılıb. Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 7 il 3 ay müddətinə azadlıqdan məhrum edilib. Daha sonra onun cəzası 5 il 9 aya endirilib. Sabiq icra başçısı səhhəti ilə bağlı şərti azadlığa buraxılıb və 2023-cü ilin dekabr ayında vəfat edib.
Elnur Əli
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:138
embedMənbə:https://yeniavaz.com
archiveBu xəbər 08 May 2025 13:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see173

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see171

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see155

“Sabah” və “Şamaxı” yoxlama oyununda üz üzə gələcək

11 Yanvar 2026 13:28see155

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see154

Karvan Yevlax heyətini gücləndirdi... Birinci divizion təmsilçisi ilə

10 Yanvar 2026 22:57see147

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see146

Can Yaman və tanınmış model saxlanıldı FOTOLAR

10 Yanvar 2026 10:16see143

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see142

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see139

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see139

“Liverpul”da ağır itki “Qarabağ”la oyunu buraxacaq

11 Yanvar 2026 17:11see136

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see135

Qəbələ Kəpəz i məğlub edib

10 Yanvar 2026 16:39see133

Evini baha qiymətə satmaq üçün qonşunun itlərini daşlayırmış SUMQAYITDAKI GÖRÜNTÜLƏRLƏ BAĞLI ARAŞDIRMA

10 Yanvar 2026 18:30see133

Dəniz suyu içməli olacaq

10 Yanvar 2026 12:53see132

UFC nin sabiq çempionu Uitakkerlə mümkün döyüş barədə: “Bu, hamının yatdığı o qız kimidir”

11 Yanvar 2026 16:04see131

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see129

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see129

Əfqanıstanda 4 mədənçi tüstüdən boğuldu

11 Yanvar 2026 01:20see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri