Icma.az
close
up
RU
Mərkəzi Asiya Azərbaycan Yaşıl Enerji Dəhlizinin texniki iqtisadi əsaslandırmasını CESI S.p.A. şirkəti həyata keçirəcək

Mərkəzi Asiya Azərbaycan Yaşıl Enerji Dəhlizinin texniki iqtisadi əsaslandırmasını CESI S.p.A. şirkəti həyata keçirəcək

Icma.az, Newscenter.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.


“Mərkəzi Asiya-Azərbaycan Yaşıl Enerji Dəhlizi” layihəsinin texniki-iqtisadi əsaslandırılmasının hazırlanması məqsədilə keçirilən beynəlxalq tenderin qalibi İtaliyanın “CESI S.p.A.” şirkəti olub. Layihənin texniki-iqtisadi əsaslandırmasının birinci mərhələsini icra edəcək “CESI S.p.A.” şirkəti “Yaşıl Dəhliz Alyansı” MMC üçün məsləhətçi qismində fəaliyyət göstərəcək.
Newscenter.az xəbər verir ki, “CESI S.p.A.” energetika sektorunda texniki konsaltinq və mühəndislik sahəsində 70 ilə yaxın təcrübəyə malik qlobal şirkətdir. 1956-cı ildə təsis olunan və Milanda yerləşən şirkət dünyanın dörd qitəsində 70-dən çox ölkədə fəaliyyət göstərir və enerji sistemlərinin araşdırılması, bərpa olunan enerji mənbələrinin inteqrasiyası, enerji aktivlərinin idarəedilməsi və enerji sistemləri arasında elektrik birləşmələrinin layihələndirilməsi üzrə ixtisaslaşıb. “CESI S.p.A.”-nın əsas müştəriləri arasında ən iri energetika şirkətləri, elektrik ötürmə sistemi operatorları və beynəlxalq maliyyə institutları yer alır. Şirkət “Xəzər-Qara dəniz-Avropa Yaşıl Enerji Dəhlizi” layihəsinin də texniki-iqtisadi əsaslandırmasını həyata keçirir.
Xatırladaq ki, ötən il COP29 çərçivəsində Azərbaycan, Qazaxıstan və Özbəkistan prezidentlərinin iştirakı ilə üç ölkə arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində Strateji Tərəfdaşlıq haqqında Hökumətlərarası Saziş imzalanıb. Sazişin icrası məqsədilə “Yaşıl Dəhliz Alyansı” MMC yaradılıb.
Süleyman
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:52
embedMənbə:https://newscenter.az
archiveBu xəbər 25 Noyabr 2025 01:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see273

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see196

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see188

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see183

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see163

Təyyarəmizi vuran generala qarşı bütün ittihamlar ləğv edildi

09 Yanvar 2026 17:51see158

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see158

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see154

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see146

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see144

İstanbul məhkəməsi Ekrem İmamoğlu barəsində yeni qərar verdi

09 Yanvar 2026 23:23see141

“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür

09 Yanvar 2026 16:15see139

“Rubio dövrü: ABŞ Dövlət katibi Tramp administrasiyasında ən nüfuzlu məmura çevrilib“ BBC

09 Yanvar 2026 22:05see134

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see134

Can Yaman və tanınmış model saxlanıldı FOTOLAR

10 Yanvar 2026 10:16see133

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see133

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see130

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see129

Dembele PSJ nin təklifini rədd etdi daha yüksək məbləğ istəyir

10 Yanvar 2026 01:11see126

“Ayntraxt” “Borussiya” matçında 6 qol

10 Yanvar 2026 01:42see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri