Icma.az
close
up
RU
Mərkəzi Asiya və Aİ enerji, təhlükəsizlik və iqlim dəyişikliyi üzrə əməkdaşlığı davam etdirəcək

Mərkəzi Asiya və Aİ enerji, təhlükəsizlik və iqlim dəyişikliyi üzrə əməkdaşlığı davam etdirəcək

Icma.az bildirir, Oxumeni.az saytına əsaslanaraq.

Mərkəzi Asiya və Aİ enerji, təhlükəsizlik və iqlim dəyişikliyi üzrə əməkdaşlığı davam etdirəcək

Türkmənistanın paytaxtı Aşqabadda Avropa İttifaqı və Mərkəzi Asiya xarici işlər nazirlərinin 20-ci görüşü baş tutub. İclasda Özbəkistan, Tacikistan və Türkmənistan xarici işlər nazirləri, Qazaxıstan və Qırğızıstan xarici işlər nazirlərinin müavinləri, həmçinin Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaja Kallas iştirak edib.

İştirakçılar aprelin 3-4-də keçirilməsi planlaşdırılan birinci Mərkəzi Asiya-Aİ sammitinə hazırlıq məsələlərini müzakirə ediblər. Sammitin iki region arasında yüksək səviyyəli əlaqələrin dərinləşdirilməsinə, strateji əməkdaşlığın gücləndirilməsinə sadiqliyini nümayiş etdirəcəyi və “Mərkəzi Asiya ilə Aİ arasında əlaqələrin intensivləşdirilməsi istiqamətində mühüm addım olacağı” gözlənilir.

İclasdan sonra verilən birgə bəyanatda deyilir ki, iştirakçılar sülh, təhlükəsizlik, fundamental hüquqların təşviqi və davamlı inkişaf naminə birgə işləməyə sadiq olduqlarını təsdiqləyiblər. Onlar BMT Nizamnaməsinə və beynəlxalq hüququn əsas prinsiplərinə, xüsusən də beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində bütün dövlətlərin müstəqilliyinə, suverenliyinə və ərazi bütövlüyünə hörmətlə yanaşdıqlarını bir daha vurğuladılar. İştirakçılar bu prinsiplərə zidd addımlar atmaqdan çəkinməyə də razılaşıblar.

Bundan əlavə, iştirakçılar Ukraynada BMT Nizamnaməsinin prinsipləri əsasında hərtərəfli, ədalətli və davamlı sülhün mümkün qədər tez əldə olunmasına çağırıblar.

Mərkəzi Asiya ölkələri və Aİ Nüvə Silahlarının Yayılmaması haqqında Müqaviləyə, Bioloji Silahlara dair Konvensiyaya sadiq olduqlarını və Nüvə Sınaqlarının Hərtərəfli Qadağası Müqaviləsinin qüvvəyə minməsini dəstəklədiklərini bir daha təsdiq etdilər.

Aİ tətbiq etdiyi sanksiyalarla bağlı məlumat verib və onlardan yayınmaların qarşısının alınmasının kritik əhəmiyyətini vurğulayıb. İştirakçılar Avropanın ikili təyinatlı mallarının təkrar ixracını aradan qaldırmaq məqsədilə bu məsələdə əməkdaşlığı davam etdirmək barədə razılığa gəliblər.

Əziz Mustafa, Oxuməni.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:108
embedMənbə:http://oxumeni.az
archiveBu xəbər 28 Mart 2025 10:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see208

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see193

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see189

Bazel III standartlarına uyğunlaşdırmaq

09 Yanvar 2026 11:34see189

“Biz oraya çatanda onlar qaçdılar” Tramp Rusiya tankerinin ələ keçirilməsindən danışdı

09 Yanvar 2026 11:53see188

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see188

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see184

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see177

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see166

Təyyarəmizi vuran generala qarşı bütün ittihamlar ləğv edildi

09 Yanvar 2026 17:51see153

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see150

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see149

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see143

“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür

09 Yanvar 2026 16:15see138

Qəza, əzab, xəstəlik qaraçılar nasistlərə lənət yağdırıblar və bəziləri ona düçar olub

09 Yanvar 2026 09:20see137

İstanbul məhkəməsi Ekrem İmamoğlu barəsində yeni qərar verdi

09 Yanvar 2026 23:23see136

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see134

Bir sıra TV və radioların yayımı dayandırılacaq RƏSMİ

09 Yanvar 2026 13:59see132

“Mən neftin qiymətini aşağı saldım, bu, hər kəs üçün əladır” Trampdan Venesuela etirafı

09 Yanvar 2026 09:21see131

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri