Icma.az
close
up
RU
Mərkəzi Asiya Xəzər Avropa “yaşıl dəhlizi” reallaşır

Mərkəzi Asiya Xəzər Avropa “yaşıl dəhlizi” reallaşır

Icma.az, Yeniazerbaycan saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Qazaxıstan Prezidenti Qasım-Jomart Tokayev “Azərbaycan, Qazaxıstan və Özbəkistan arasında “yaşıl enerji”nin istehsalı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Sazişin ratifikasiya edilməsi barədə” Qanunu təsdiqləyib. Sənəd təmiz enerji sahəsində strateji tərəfdaşlığın inkişafına yönəlmiş birgə addımları təşviq edən hüquqi çərçivə hesab edilir. Belə ki, ekoloji təmiz hidrogen və ammonyakın istehsalı və ticarəti üzrə birgə layihələrin həyata keçirilməsi, eləcə də bərpaolunan elektrik enerjisinin etibarlı transsərhəd bağlantıların yaradılması sazişin əsas detalları sırasında yer alır.

Qeyd edək ki, Azərbaycan, Qazaxıstan və Özbəkistan 2 il əvvəl “yaşıl elektrik enerjisi”nin sabit ötürülməsi üçün texniki və kommersiya parametrlərini müəyyən etmək, müasir enerji səmərəli texnologiyaları tətbiq etmək və enerjinin, o cümlədən Avropa istiqamətində ixracı üçün infrastrukturu inkişaf etdirmək barədə razılığa gəliblər.2024-cü ildə Şuşada keçirilən Türk Dövlətləri Təşkilatının (TDT) dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşündə imzalanan Qarabağ Bəyannaməsinin əsas bəndlərindən biri də həmin niyyəti əks etdirir. Belə ki, sazişdə əsas hədəflərdən biri kimi üzv ölkələr arasında bərpa olunan enerji sahəsində birgə əlaqələrin vahid iqtisadi blokda birləşdirilməsi öz əksini tapıb. Bəyannamənin 11-ci bəndində TDT ölkələri bərpaolunan enerji və enerji səmərəliliyi sahələrində əməkdaşlığın inkişafı da daxil olmaqla enerji sahəsində strateji tərəfdaşlığın daha da artırılması və bu çərçivədə Azərbaycan-Qazaxıstan-Özbəkistan enerji sistemlərinin qarşılıqlı əlaqələndirilməsinə (Yaşıl dəhliz) dəstəyini ifadə edib. Sənəddə, həmçinin, türk dövlətləri tərəfindən bərpaolunan geniş enerji potensialının imkanları nəzərə alınaraq “yaşıl enerji”nin üzv dövlətlər və üçüncü ölkələr də daxil olmaqla ixracı və ticarəti üçün geniş enerji sistemlərinin inkişaf etdirilməsi bəyan olunub.

Dörd qardaşın enerji həmrəyliyi

“Azərbaycan, Qazaxıstan və Özbəkistanın enerji sistemlərinin qarşılıqlı əlaqəsi üzrə Əməkdaşlıq Memorandumu”nun imzalanması ilə enerji əməkdaşlığı yeni hüquqi mərhələyə daxil olub. “Yaşıl enerji” resurslarının istehsalı və emalının növbəti zənciri nəql infrastrukturunun yaradılmasıdır. Bu proses də Azərbaycanın təşəbbüsü ilə irəliləməkdədir. 2024-cü ildə Azərbaycan, Rumıniya, Gürcüstan və Macarıstan arasında yeni enerji ənəkdaşlığı üzrə əməkdaşlıq sazişinin və birgə müəssisənin yaradılmasına dair memorandumun imzalanması ilə “yaşıl enerji”nin ixracında tranzitlərin birləşdirilməsi və vahid kabelin yaradılması üçün hüquqi çərçivə formalaşıb. Budapeştdə Azərbaycan, Gürcüstan, Macarıstan və Rumıniya arasında Yaşıl Enerji Dəhlizi üzrə Birgə Məktubun imzalanması isə “Yaşıl Enerji Dəhlizi Enerji Şirkəti”nin (GECO) fəaliyyətinin yeni mərhələyə daxil olmasını təmin edib. Azərbaycan, Qazaxıstan və Özbəkistan arasında qurulmuş üçtərəfli “yaşıl enerji” koalisiyası ötən il Qırğızıstanın qoşulmasından sonra 4 türk dövlətinin enerji həmrəylini formalaşdırıb.

Anlaşmaya əsasən, istehsal və emal edilən enerjinin daxili enerji şəbəkələrinə yönəldilməsi və Qara dəniz sualtı elektrik verilişi xətti ilə Avropaya nəqli nəzərdə tutulur. Belə ki, enerji sazişi Xəzər dənizində qiymətləndirilən 500 QVt-dan çox külək enerjisinin Azərbaycan üzərindən Avropaya nəqlini nəzərdə tutur. Hazırda Xəzər dənizi bərpa olunan enerji mənbələri üzrə ən böyük ehtiyatlara malikdir. Təkcə Xəzər dənizinin Azərbaycana aid hissəsində külək enerji istehsalı üçün təxminən 157 QVt güc vardır. Eləcə də Qazaxıstan sektorunda da günəş və külək stansiyaları üçün zəngin resurslar var ki, hazırda bu sahədə infrastrukturlar yaradılır. Bu ölkənin külək potensialı ildə 1 trilyon 820 milyard kilovat/saatdan çoxdur, günəş enerjisi isə 1 trilyon kilovat/saatdır. Yaxud  Özbəkistanın Asiya çöllərində günəş enerjisi üçün resurslar xeyli böyükdür, külək enerjisinin potensialı 520 QVt, günəş enerjisinin potensialı isə 2 trilyon 58 milyard kVt təşkil edir. Bu isə Mərkəzi Asiya və Xəzər regionları arasında böyük bir yaşıl gücün səfərbər olunması üçün imkanları artırır.

Cənub Qaz Dəhlizinin “yaşıl tranziti”...

Hazırda dünyada sürətli enerji keçidi həyata keçirilir. Müxtəlif regionlarda artan geosiyasi risklər və logistika dəhlizlərində qırılmalar dayanıqlı enerji təchizatında da problemlər yaradır. Bu konteksdə qitə dövlətləri ənənəvi enerjidən alternativ enerjiyə keçid üçün strateji kurs üzrə fəallığı artırmaqdadır. Bir müddət əvvəl Avropa Komissiyası təmiz enerjiyə keçid üçün yol xəritəsini elan edib və ittifaq ölkələrini təcili addımlar atmağa çağırıb. Məhz bu baxımdan alternativ enerji marşrutu kimi əsas diqqət Mərkəzi Asiya və Xəzər bölgəsinə yönəlib.

Azərbaycan Mərkəzi Asiya-Xəzər-Avropa və yaxud “Qara dəniz kabeli” adlandırılan layihəni həm də Cənub Qaz Dəhlizində yer alan bütün ölkələrin ortaq ailəsi kimi görür və siyasəti də bu istiqamətdə irəlilədir. Bir müddət əvvəl Bakıda keçirilən Cənub Qaz Dəhlizi Məşvərət Şurası Nazirlərinin və Yaşıl Enerji Məşvərət Şurasının iclaslarında “yaşıl enerji” sahəsində vacib əməkdaşlığın ən nəhəng platforması kimi dəyərləndirilib. Bu layihə çərçivəsində “yaşıl hidrogen”lə bağlı ölkələrarası dialoqun artırılması qərara alınıb. Eyni zamanda, Azərbaycan və Avropa İttifaqı daxil olmaqla 24 ölkə, 8 beynəlxalq təşkilat və 44 şirkətin təmsil olunduğu tədbirdə “yaşıl enerji” sahəsində əməkdaşlığa dair sənədlər imzalanıb.

Beləliklə, “Azərbaycan, Qazaxıstan və Özbəkistan arasında yaşıl enerjinin istehsalı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Sazişin ratifikasiya edilməsi barədə” Qanunun imzalanması Mərkəzi Asiya-Xəzər bölgəsində enerji arxitekturasını qurmaq yönündə növbəti addımdır. Azərbaycan tranzit ölkə olaraq özünün istehsal etdiyi enerji ilə yanaşı, Mərkəzi Asiyadan daxil olan enerjini də Avropaya ötürəcək. Xəzər və Qara dənizin dibi ilə çəkiləcək elektrik kabelinin nəql marşrutu isə Avropa ölkələrini nəzərdə tutur. Bu, “yaşıl enerji” dəhlizi tam olaraq real bir enerji layihəsi olmalqa, regionda sabitliyin və həmrəyliyin simvoluna çevriləcək.

E.CƏFƏRLİ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:130
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 29 Aprel 2026 10:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see348

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see281

Bir qədəh şərab qan təzyiqinə necə təsir edir? Mütəxəssislər açıqlayıb

27 Noyabr 2026 22:17see262

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see258

50 illik həyat yoldaşını itirən müğənni: Onunla halallaşa bilmədik

28 Noyabr 2026 17:15see241

Dünya fond bazarlarında nə baş verir?

28 Noyabr 2026 13:46see241

Avropa İttifaqı ilə Yüksək Səviyyəli Nəqliyyat Dialoqu iclası

28 Noyabr 2026 13:40see228

Rəşid Mahmudov 88 yaşında əsl ziyalımız, əsl vətəndaşımız, əsl insanımız

28 Noyabr 2026 22:45see223

Vatikan kitabxanaları ilə əməkdaşlıq

28 Noyabr 2026 14:45see219

İran “MDB+” formatına qoşulmaqla nə qazanacaq?

28 Noyabr 2026 16:44see218

Xərçəngin müalicəsi üçün yeni preparat hazırlandı

28 Noyabr 2026 09:05see218

Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (28.11.2026)

28 Noyabr 2026 09:34see217

Anar Bayramov Lənkəran Rayon Mərkəzi Xəstəxanasının fəaliyyəti ilə tanış olub

28 Noyabr 2026 11:01see216

Tamar İoseliani: Bakı Orta Dəhlizin inkişafında mühüm regional tərəfdaşdır

27 Noyabr 2026 22:46see215

Dünyada cəmi bir ədəd qalan ağacı qorumaq üçün kəndirlə bağladılar

28 Noyabr 2026 00:39see215

Səhər tezdən işə və dərsə getmək sağlamlığa zərərlidir

29 Noyabr 2026 05:06see211

Yeni Klinikada KT cihazı niyə işləmir? Rəsmi açıqlama

28 Noyabr 2026 20:12see210

Yerli biznes üçün əlavə gəlir mənbəyi: Yeni qayda nəyi dəyişəcək?

28 Noyabr 2026 12:32see199

Sultan IV Mehmetin krala göndərdiyi məktub üzə çıxdı

29 Noyabr 2026 08:01see190

Valideynlərinə 5000 manat ziyan vuran oğul saxlanıldı

28 Noyabr 2026 17:55see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri