Icma.az
close
up
RU
“Xəzər Qara dəniz Avropa Yaşıl Enerji Dəhlizi”

“Xəzər Qara dəniz Avropa Yaşıl Enerji Dəhlizi”

Xalq qazeti saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Buxarestdə layihə üzrə 4 ölkənin Nazirlər Komitəsinin iclası

Buxarestdə “Azərbaycan Respublikası, Gürcüstan, Macarıstan və Rumıniya Hökumətləri arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş”in icrası çərçivəsində Nazirlər/Rəhbər Komitənin 13-cü iclası keçirilib.

İclasda Azərbaycanı energetika naziri Pərviz Şahbazov, Rumıniyanı energetika naziri Dumitru Kisəlitsə, Gürcüstanı iqtisadiyyat və davamlı inkişaf naziri Mariam Kvrivişvili, Macarıstanı isə bu ölkənin Rumıniyadakı fövqəladə və səlahiyyətli səfiri Katalin Kişne Hlatki təmsil ediblər. İclasda, həmçinin Avropa Komissiyası, “Yaşıl Enerji Dəhlizi Enerji Şirkəti” (GECO), “CESI S.p.A.” şirkəti, Rumıniyanın Enerji Tənzimləmə Qurumu (ANRE), Dünya Bankı və ölkələrin elektrik ötürücü sistem operatorlarının nümayəndələri iştirak ediblər.

İclasda iyulun 8-də Bakıda keçirilmiş 12-ci iclasdan sonra görülən işlər nəzərdən keçirilib. “CESI S.p.A.” şirkəti ilkin bazar araşdırmasının nəticələrini və texniki-iqtisadi əsaslandırma başa çatdıqdan sonra yekun investisiya qərarının (FID) qəbulunadək əsas prioritetləri təqdim edib. GECO-nun təqdimatında isə Avropa İttifaqının Qarşılıqlı Maraq Layihəsi (PMI) statusu üçün oktyabrda edilmiş müraciətin bütün iştirakçı ölkələrdəki layihə komponentlərini əhatə etdiyi və dəhlizin bu proses çərçivəsində vahid layihə kimi qiymətləndirilməsinin vacibliyi diqqətə çatdırılıb.

Energetika naziri Pərviz Şahbazov bildirib ki, “Xəzər-Qara dəniz-Avropa Yaşıl Enerji Dəhlizi” layihəsinin hazırlıq mərhələsi başa çatıb və yekun investisiya qərarını 2029-cu ildə qəbul etmək və 2032-ci ildə ilk elektrik enerjisi tədarükünə başlamaq üçün hər ay önəmlidir. Azərbaycan Türkiyənin layihəyə qoşulmasını və dəhlizin elektrik enerjisi ilə yanaşı, məlumat ötürülməsinə də xidmət etməsini dəstəkləyir.

Müzakirələrin nəticəsi olaraq ­“Transelectrica” və GECO-ya PMI prosesi üzrə Avropa Komissiyasının Enerji üzrə Baş Direktorluğu (DG ENER) ilə sıx əməkdaşlığı davam etdirmək tapşırılıb. Layihənin inkişaf etdirilməsinə məsul şirkətin seçilməsi üzrə hazırlıq işlərinin aparılması, müvafiq təkliflərin yekunlaşdırılaraq 2027-ci ildə keçiriləcək növbəti nazirlər iclasında təsdiqlənməsi üçün təqdim edilməsi GECO şirkətinə həvalə edilib. Yaşıl Enerji Dəhlizi layihəsi üzrə Qara dənizin dibinin tədqiqinə dair növbəti addımlar, həmçinin milli enerji tənzimləmə qurumlarının birgə iclasının keçirilməsi razılaşdırılıb. Türkiyənin “Yaşıl Enerji Dəhlizi” layihəsinə göstərdiyi maraq alqışlanıb və onun layihəyə qoşulmasının strateji əhəmiyyəti qeyd edilib. Həmçinin fiber-optik kabel (FOC) komponentin inkişafı ilə bağlı məsələlərin müvafiq qurum və təşkilatların iştirakı ilə müzakirəsinin davam etdirilməsi barədə razılığa gəlinib. Müzakirələrin yekununda iclasın nəticələrini əks etdirən Protokol imzalanıb və növbəti iclasın 2027-ci ilin aprelində Macarıstanda keçirilməsinə qərar verilib.

Xatırladaq ki, “Azərbaycan Respublikası, Gürcüstan, Rumıniya və Macarıstan hökumətləri arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş” 2022-ci il dekabrın 17-də Buxarestdə imzalanıb.

XQ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:100
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 24 Noyabr 2026 12:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xalq artisti görünüşü ilə müzakirə yaratdı (Video)

22 Noyabr 2026 13:22see301

Ərzaq malları bahalaşıb

22 Noyabr 2026 13:51see298

Biz bu cahana sığmazıq: Aimlər planetin əhalisinin 4 milyarda endirilməsini təklif edirlər

23 Noyabr 2026 01:03see293

Qızıl və gümüş yenə ucuzlaşdı

22 Noyabr 2026 15:36see278

Yaşlandıqca gücdən düşməmək üçün həkim ən vacib qaydanı açıqladı

23 Noyabr 2026 05:06see266

Şamaxıda Gənclik Yolunda layihəsinin açılış mərasimi keçirilib FOTO

22 Noyabr 2026 16:03see265

Qəzzada meningit təhlükəsi: Səhiyyə sistemi yeni böhranla üz üzə

22 Noyabr 2026 19:35see252

77 yaşlı Sumqayıt şəhərdə atəşfəşanlıq olub

23 Noyabr 2026 00:24see248

ABŞ İrana qarşı hərbi məqsədlərinə çata bilməyəcəyini anlayıb Qalibaf

22 Noyabr 2026 15:16see246

Məşhur ŞAMAN Rusiyanın gələcəyini açıqladı: “10 il sonra belə olacaq”

22 Noyabr 2026 23:36see246

Vladimir Putin İlham Əliyevi təbrik etdi

23 Noyabr 2026 02:04see229

Argentinada keçirilən triatlon yarışının qeyri adi nəticəsi VİDEO

23 Noyabr 2026 00:40see229

Bakıda istiliksiz qalan binanın sakinlərindən niyə pul istənilir? Video

22 Noyabr 2026 21:58see228

Müasir İncəsənət Muzeyində rəssam Nigar Ağabəylinin “İki dünya arasında” adlı fərdi sərgisi açılıb

22 Noyabr 2026 23:54see227

Münaqişənin davam etdiyi bir vaxtda Hörmüz boğazını üzüb keçdi VİDEO

22 Noyabr 2026 15:21see224

Hansı qidalar parazit və infeksiya mənbəyidir?

23 Noyabr 2026 10:00see217

Yüksək təzyiqin gizli səbəbi İnsanlar bundan xəbərsizdir

23 Noyabr 2026 04:05see217

Spalletti “Yuventus”un qələbəsi ilə tarixə düşdü: 600 cü oyun və rekord

23 Noyabr 2026 03:29see214

Adanın paylaşdığı sonuncu videoda o da vardı Xalq artisti danışdı

23 Noyabr 2026 22:46see211

18 il əvvəl Kurtlar vadisi nin çəkildiyi QURMARXANAYA BASQIN EDİLDİ FOTO

23 Noyabr 2026 02:04see209
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri