Icma.az
close
up
RU
Mərkəzi Bank 206 minə “Toyota LC300”, 470 minə 4 ədəd “Lexus ES300H” alıb

Mərkəzi Bank 206 minə “Toyota LC300”, 470 minə 4 ədəd “Lexus ES300H” alıb

Yeniavaz portalından verilən məlumata görə, Icma.az xəbər yayır.


Azərbaycan Mərkəzi Bankı xidməti minik avtomobillərinin sayını artırıb.
Yeniavaz.com
xəbər verir ki, Mərkəzi Bank tərəfindən bu il 3 yeni avtomobil alınıb.
Qeyd edək ki, satın alınan avtomobillər 2025-ci il istehsalı olub. Onlardan 2-si “Lexus ES300H” model avtomobil olub ki, hər birinin bazar dəyəri 117 min 300 manat təşkil edib.
Bunlardan başqa, bu il bazar dəyəri 205 min 700 manat olan “Toyota LC300” model avtomobil alınıb.
Mərkəzi Bank gələn il üçün daha 5 ədəd avtomoil almağı planlaşdırır. Bu avtomobillərin 2-si 2025-ci il istehsalı olan “Lexus ES300H”,  2-si 2025 istehsallı olan “Hyundai Elantra”, 1-i isə 2025-ci il istehsalı olan “Toyota Camry” model avtomobil olacaq.
Mərkəzi Bankın istifadəsində olan xidməti minik avtomobilləri arasında ən bahalısı 205 min 700 manat olan  “Toyota LC300” model avtomobildir. Bu avtomobilin dövlət qeydiyyat nişanı – 90AA656 ötən il bazar dəyəri 170 min manat olan “BMW 740i” üzərində olub.
Məlumat üçün bildirək ki, hazırda Mərkəzi Bankın mülkiyyətində olan və bazar dəyəri 100 mindən çox olan 8 avtomobil var:
“BMW 520i” – 100 000 manat (Qeydiyyat nişanı: 10AA343)
“BMW 520i” – 100 000 manat (Qeydiyyat nişanı: 77AF281)
“BMW 740i” – 189 000 manat (Qeydiyyat nişanı: 10AA656)
“Lexus ES300H” – 117 300 manat (Ban nömrəsi: JTHB21B10S2271273)
“Lexus ES300H” – 117 300 manat (Ban nömrəsi: JTHB21B14S2269820)
“Lexus ES300H” – 117 300 manat (2026-da alınacaq)
“Lexus ES300H” – 117 300 manat (2026-da alınacaq)
“Toyota LC300” – 205 700 manat (Qeydiyyat nişanı: 90AA656)
Onu da bildirək ki, gələn il satın alınması nəzərdə tutulan 5 ədəd avtomobili də nəzərə almaqla, Mərkəzi Bankın mülkiyyətində 46 ədəd avtomobil var. Bu avtomobillərin arasında ümumi bazar dəyəri 389 min manat olan 3 ədəd BMW, ümumi dəyəri 335 min manat olan 7 ədəd “Mercedes Benz”, ümumi dəyəri 711 min 410 manat olan 14 ədəd “Toyota” da var. Bunlardan başqa, Mərkəzi bankın mülkiyyətində 4 ədəd “Lexus” (ümumi bazar dəyəri 469 min 200 manat), 1 ədəd “Nissan” (16 min manat), 2 ədəd “Honda” (42 min manat) və 8 ədəd “Hyundai” (290 min manat) də var. Mərkəzi Bankın mülkiyyətində olan avtomobillərin ümumi bazar dəyəri 2 milyon 252 min 610 manat təşkil edir.
Elnur Əli
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:98
embedMənbə:https://yeniavaz.com
archiveBu xəbər 26 Avqust 2025 16:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Sabah” və “Şamaxı” yoxlama oyununda üz üzə gələcək

11 Yanvar 2026 13:28see193

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see191

Sınmış ventilyatora görə milyonlar qazandı

11 Yanvar 2026 23:17see174

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see165

Nadir şahdan bu günə: İran Türkiyə Səudiyyə Ərəbistanı üçbucağı

12 Yanvar 2026 08:57see162

Həmin açıqlamadan sonra Afaqla Röya bir toyda Video

12 Yanvar 2026 10:11see159

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see158

Ucuz ev almağın YOLLARI: Sosial mənzil mexanizmləri necə işləyir?

11 Yanvar 2026 17:29see155

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see153

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see146

Qadın dünyaya sərxoş körpə gətirdi

12 Yanvar 2026 02:53see145

UFC nin sabiq çempionu Uitakkerlə mümkün döyüş barədə: “Bu, hamının yatdığı o qız kimidir”

11 Yanvar 2026 16:04see141

“Liverpul”da ağır itki “Qarabağ”la oyunu buraxacaq

11 Yanvar 2026 17:11see141

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see136

Qızılın qiyməti BAHALAŞDI

12 Yanvar 2026 09:52see136

İranda etiraz aksiyaları ilə bağlı yeni videolar yayılıb, nümayişçilər bəzi küçələrə nəzarəti ələ keçirib VİDEO

11 Yanvar 2026 11:46see135

İran çıxılmaz vəziyyətə düşüb? KONKRET

11 Yanvar 2026 20:10see134

Dünyada ən çox televizor satan şirkətlər

11 Yanvar 2026 03:04see132

PUA ların dövriyyəsinə xüsusi icazə və dövlət qeydiyyatı artıq “mygov”da

12 Yanvar 2026 10:10see128

ABŞ lı analitikdən diqqətçəkən paylaşım FOTO

11 Yanvar 2026 22:26see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri