Icma.az
close
up
RU
Mərkəzi Bank avronun məzənnəsindəki dəyişikliklərin səbəblərini açıqladı

Mərkəzi Bank avronun məzənnəsindəki dəyişikliklərin səbəblərini açıqladı

Milli.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Bu ilin əvvəlinə olan məlumata görə avronun Azərbaycan manatına qarşı məzənnəsi 1,7500 manat təşkil edirdisə, hazırda bu rəqəm 2 manata qədər yaxınlaşıb (1 avro=1,9949 manat). Rəqəmlərdən də göründüyü kimi, təkcə cari ilin ilk aylarındakı göstərici ilə ən sonuncu arasında təqribən 14% artım müşahidə olunur. Avronun məzənnəsinin bu həddə artması ən son 4 il əvvəl baş vermişdi. Bəs rəqəmlərdəki dəyişikliyin səbəbi nə ilə əlaqədardır? Qarşıda avronun manata qarşı məzənnəsi ilə bağlı gözləntilər nədən ibarətdir?

Mövzu ilə bağlı Azərbaycan Mərkəzi Bankından (AMB) Trend-in sorğusuna cavab olaraq bildirilib ki, avronun bahalaşması ABŞ dolları indeksinin zəifləməsi fonunda baş verir.

Qeyd edilib ki, 2025-ci ilin 8 ayında spot dollar indeksi təxminən 10.5% ucuzlaşıb (yəni, ABŞ dolları digər valyutalar qarşısında ucuzlaşmışdır): "Bu zəifləmənin əsas səbəbləri kimi ABŞ-nin pul siyasətinin yumşalacağına dair gözləntilərinin artması, ABŞ-Çin ticarət gərginliyi fonunda investorların dollarda investisiyalardan çəkinməsi, Avropada fiskal dəstək tədbirlərinin iqtisadiyyata təsirləri və s. kimi məsələləri qeyd etmək olar".

Məlumatda vurğulanıb ki, avronun məzənnəsindəki artımın Azərbaycan iqtisadiyyatına təsirinin əhəmiyyətli olmayacağı gözlənilir: "Çünki dolların ucuzlaşması daimi bir proses deyil, müəyyən müddətdən sonra əks istiqamətdə dəyişiklik ehtimalı yüksəkdir".

"Mərkəzi Bank qlobal maliyyə bazarlarında gedən prosesləri izləyir və makroiqtisadi sabitliyi qorumaq üçün arsenalındakı bütün alətlərdən istifadə edir", - deyə məlumatda qeyd edilib.

Milli.Az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:86
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 15 Sentyabr 2025 13:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Üç bürcə MƏSLƏHƏT: Tələsməyin, bəxtiniz gətirəcək

01 Noyabr 2025 21:42see215

“Xox”dan “həqiqi hücuma”: Trampın ultimatum oyunu və Venesuela riski KONKRET

02 Noyabr 2025 16:03see208

Batumidə mənzil alanların 77 faizini əcnəbilər təşkil edir

02 Noyabr 2025 15:17see190

Düşmənin bir top atəşi ilə viran qalan postundan GÖRÜNTÜLƏR

02 Noyabr 2025 17:12see160

Spalettinin debüt matçında “Yuventus” “Kremoneze”yə qalib gəlib VİDEO

02 Noyabr 2025 01:53see151

Müəllimlər cəmiyyətin yükünü daşıyan müdriklərdir

03 Noyabr 2025 16:38see148

Qiyamət gününün bunkeri nədir: içində nə var və nə üçün lazımdır?

02 Noyabr 2025 21:01see141

Həbs edilən icra başçısını o əvəz edirmiş FOTO

02 Noyabr 2025 15:20see140

Liqa 1: PSJ yeganə qolla “Nitsa”ya qalib gəlib

01 Noyabr 2025 22:29see138

Abşeronda bədbəxt hadisə: Gənc 12 ci mərtəbədən yıxıldı

01 Noyabr 2025 22:10see137

Arda Güler zədələnib

02 Noyabr 2025 16:57see137

“Vulverhempton”un qapıçısı: “Utanmalıyıq”

02 Noyabr 2025 01:10see136

Bu ölkənin qadınları özünə baxmır

02 Noyabr 2025 05:06see135

ADA İbtidai Məktəbində xeyriyyə məqsədli Payız festivalı Məhsul bayramı keçirilib

02 Noyabr 2025 09:55see133

İran Gülüstan vilayətində yeni atom elektrik stansiyasının tikintisinə başlayıb

02 Noyabr 2025 17:53see131

Məğlubiyyət bizim səhvlərimizdən sonra baş verdi Elmar Baxşıyev

02 Noyabr 2025 20:50see131

Yüksək şəkər və infarkt arasında əlaqə

03 Noyabr 2025 06:06see128

Bütün nadir xəstəliklər üçün təsir göstərə biləcək vahid dərman hazırlanıb

03 Noyabr 2025 02:03see124

Qaradağın deputatı həbslər haqda danışdı KONKRET

02 Noyabr 2025 20:48see124

The Economist: Tayvanın B planı ...

02 Noyabr 2025 20:46see121
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri