Mərkəzi Bank avronun məzənnəsindəki dəyişikliklərin səbəblərini açıqladı KONKRET
Konkret.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Bu ilin əvvəlinə olan məlumata görə avronun Azərbaycan manatına qarşı məzənnəsi 1,7500 manat təşkil edirdisə, hazırda bu rəqəm 2 manata qədər yaxınlaşıb (1 avro=1,9949 manat). Rəqəmlərdən də göründüyü kimi, təkcə cari ilin ilk aylarındakı göstərici ilə ən sonuncu arasında təqribən 14% artım müşahidə olunur. Avronun məzənnəsinin bu həddə artması ən son 4 il əvvəl baş vermişdi. Bəs rəqəmlərdəki dəyişikliyin səbəbi nə ilə əlaqədardır? Qarşıda avronun manata qarşı məzənnəsi ilə bağlı gözləntilər nədən ibarətdir?
KONKRET.az xəbər verir ki, mövzu ilə bağlı Azərbaycan Mərkəzi Bankından (AMB) Trend-in sorğusuna cavab olaraq bildirilib ki, avronun bahalaşması ABŞ dolları indeksinin zəifləməsi fonunda baş verir.
Qeyd edilib ki, 2025-ci ilin 8 ayında spot dollar indeksi təxminən 10.5% ucuzlaşıb (yəni, ABŞ dolları digər valyutalar qarşısında ucuzlaşmışdır): “Bu zəifləmənin əsas səbəbləri kimi ABŞ-nin pul siyasətinin yumşalacağına dair gözləntilərinin artması, ABŞ-Çin ticarət gərginliyi fonunda investorların dollarda investisiyalardan çəkinməsi, Avropada fiskal dəstək tədbirlərinin iqtisadiyyata təsirləri və s. kimi məsələləri qeyd etmək olar”.
Məlumatda vurğulanıb ki, avronun məzənnəsindəki artımın Azərbaycan iqtisadiyyatına təsirinin əhəmiyyətli olmayacağı gözlənilir: “Çünki dolların ucuzlaşması daimi bir proses deyil, müəyyən müddətdən sonra əks istiqamətdə dəyişiklik ehtimalı yüksəkdir”.
“Mərkəzi Bank qlobal maliyyə bazarlarında gedən prosesləri izləyir və makroiqtisadi sabitliyi qorumaq üçün arsenalındakı bütün alətlərdən istifadə edir”, – deyə məlumatda qeyd edilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:72
Bu xəbər 15 Sentyabr 2025 15:57 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















