Mərkəzi Bank ilə BVF arasında əməkdaşlıq müzakirə olunub
Teleqraf.com saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Mərkəzi Bankın sədr müavini Toğrul Əliyev Beynəlxalq Valyuta Fondunun Azərbaycan üzrə missiya rəhbəri Anna Bordonun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Teleqraf.com Mərkəzi Banka istinadən xəbər verir ki, görüş zamanı BVF-nin Maddələr Sazişi IV üzrə məsləhətləşmələr missiyası çərçivəsində görülən işlərə dair müzakirələr aparılıb.
“Həmçinin maliyyə sektorunun sabitliyi üzrə siyasət çərçivəsi, BVF-nin maliyyə sektorunun qiymətləndirilməsi layihəsi üzrə tövsiyələrinin tətbiqi, missiya tərəfindən hazırlanmış bəyanatın əsas istiqamətləri müzakirə olunub. Görüşdə Mərkəzi Bank ilə BVF arasında əməkdaşlığın gələcək perspektivləri ətrafında fikir mübadiləsi aparılıb”, - deyə məlumatda deyilir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:91
Bu xəbər 05 Fevral 2025 14:39 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















