Icma.az
close
up
RU
AMEA ilə “İnnovasiyalar Mərkəzi” arasında əməkdaşlıq əlaqələri müzakirə olunub

AMEA ilə “İnnovasiyalar Mərkəzi” arasında əməkdaşlıq əlaqələri müzakirə olunub

Azertag saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Bakı, 26 avqust, AZƏRTAC

AMEA-nın prezidenti akademik İsa Həbibbəyli Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində olan “İnnovasiyalar Mərkəzi” MMC-nin direktoru Vüsal Rüstəmovla görüşüb.

Bu barədə AZƏRTAC-a AMEA-dan məlumat verilib.

Görüşdə akademik İsa Həbibbəyli AMEA-da yaradılmış Elektron Akademiya şöbəsinin fəaliyyəti, rəqəmsal texnologiya və süni intellektin tətbiqi, həmçinin elmi qurumun elektron sənəd dövriyyəsi və elektron elm sahəsində həyata keçirdiyi tədbirlər, bu sahə üzrə aparılan tədqiqatlar barədə danışıb. AMEA-nın elmi bölmə və mərkəzlərində, elmi-tədqiqat institutlarında, müəssisə və təşkilatlarında da Elektron xidmətlər şöbələrinin yaradıldığını vurğulayan akademik İsa Həbibbəyli bu məqsədlə fəaliyyətin daha da genişləndiriləcəyini deyib. AMEA rəhbəri “İnnovasiyalr Mərkəzi” ilə əməkdaşlıq əlaqələrinin inkişaf etdirilməsinin əhəmiyyətinə toxunub. Xüsusilə “İnnovasiyalr Mərkəzi” MMC-nin tabeliyində fəaliyyət göstərən “ASAN Süni intellekt Mərkəzi” ilə əməkdaşlığın yaradılmasının perspektivlərini yüksək dəyərləndirib.

“İnnovasiyalar Mərkəzi” MMC-nin direktoru Vüsal Rüstəmov çıxışında “ASAN Süni intellekt Mərkəzi”nin fəaliyyət istiqamətləri barədə məlumat verib. Mərkəzlə AMEA-nın əməkdaşlıq əlaqələrinin yaradılmasında maraqlı olduqlarını vurğulayan Vüsal Rüstəmov AMEA-nın elmi qurumları ilə birgə fəaliyyətin səmərəliliyinə əminliyini ifadə edib. Süni intellekt və rəqəmsal texnologiyaların tətbiqi ilə bir sıra elm sahələri üzrə birgə əməkdaşlıq əlaqələrinin yaradılmasının əhəmiyyətindən bəhs edib.

AMEA Rəyasət Heyəti aparatının Elektron Akademiya şöbəsinin müdiri riyaziyyat üzrə fəlsəfə doktoru, dosent Fariz İmranov rəhbərlik etdiyi şöbənin fəaliyyət istiqamətləri, Elektron Akademiya şöbəsinin baş mütəxəssisi texnika üzrə fəlsəfə doktoru Tuncay Həbibbəyli isə süni intellekt, rəqəmsal texnologiyaların tətbiqi ilə bağlı qarşıda duran vəzifələrdən danışıblar.

“İnnovasiyalar Mərkəzi” MMC-nin direktoru Vüsal Rüstəmov və direktorun müşaviri Ləman Əhmədova Elektron Akademiya şöbəsinin fəaliyyəti ilə tanış olublar. Qonaqlara şöbənin fəaliyyət istiqamətləri ilə bağlı ətraflı məlumat verilib, suallar cavablandırılıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:106
embedMənbə:https://azertag.az
archiveBu xəbər 26 Avqust 2025 11:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see249

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see189

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see175

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see173

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see173

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see166

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see160

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see159

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see151

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see150

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see149

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see143

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see142

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see142

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see140

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see139

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see137

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see135

NASA 2030 cu ilə qədər Ay səthində nüvə reaktoru quracaq

16 Yanvar 2026 05:39see134

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri