Icma.az
close
up
RU
Mərkəzi Bank məlumat yaydı İnflyasiya...

Mərkəzi Bank məlumat yaydı İnflyasiya...

Moderator.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Yenilənmiş proqnozlar göstərir ki, 2024-cü və 2025-ci ildə illik inflyasiyanın hədəf diapazonu daxilində (4±2%) qalacağı proqnozlaşdırılır.

Moderator.az bu barədə Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir.

Bildirilib ki, AMB-nin inflyasiya üzrə 2024-cü ilə oktyabr proqnozu 5.1% təşkil edir. Qeyd olunub ki, 2024-cü ilə illik inflyasiya proqnozuna tənzimlənən qiymətlər 0.6 faiz bəndi, dövlət istehlakı 0.42 faiz bəndi, ev təsərrüfatlarının istehlakı 0.96 faiz bəndi, kənd təsərrüfatı istehsalçıları qiymətləri 2.25 faiz bəndi, ticarət tərəfdaşlarında inflyasiya 3.82 faiz bəndi artırıcı təsir edəcək: "NEM-in -1.24 faiz bəndi və digər amillərin -1.72 faiz bəndi azaldıcı töhfəsi gözlənilir. 2024-cü ilə dair oktyabr proqnozu iyul proqnozuna nəzərən 0.3 faiz bəndi aşağı reviziya edilmişdir. Əsas səbəb ticarət tərəfdaşlarında inflyasiya proqnozunun aşağı doğru reviziyasıdır. Oktyabr proqnozuna görə 2024-cü ilin sonuna ticarət tərəfdaşlarında inflyasiyanın 9.8% olacağı gözlənilir (iyul proqnozu 10.3%). Bu reviziyanın inflyasiya proqnozuna təsiri -0.2 faiz bəndidir.

2025-ci ilə inflyasiyanın oktyabr proqnozu 5.8% təşkil edir. 2025-ci ilə proqnozlaşdırılan illik inflyasiyaya dövlət istehlakı 0.41 faiz bəndi, ev təsərrüfatlarının istehlakı 1.61 faiz bəndi, KİQİ 3.33 faiz bəndi, ticarət tərəfdaşlarında inflyasiya 2.42 faiz bəndi, digər amillər 0.16 faiz bəndi artırıcı, NEM isə -2.13 faiz bəndi azaldıcı təsir edəcəkdir. 2025-ci ilə oktyabr proqnozu iyul proqnozuna nəzərən 0.3 faiz bəndi yuxarı reviziya edilmişdir. Yuxarı reviziyanın səbəbi NEM-in möhkəmlənmə tempinə dair proqnozun aşağı doğru reviziyasıdır. Oktyabr proqnozuna görə 2025-ci ilin sonuna NEM-in 7.9% möhkəmlənəcəyi gözlənilir (iyul proqnozu 8.7%). Bu reviziyanın inflyasiya proqnozuna təsiri 0.22 faiz bəndidir. Eyni zamanda KİQİ-nin proqnozunun yuxarı doğru reviziyası da illik proqnoza təsir edir. Belə ki, oktyabr proqnozuna görə 2025-ci ilin sonuna KİQİ-nin 6.8% artacağı gözlənilir (iyul proqnozu 3.3%). Bu reviziyanın inflyasiya proqnozuna təsiri 1.72 faiz bəndidir. Proqnozların reallaşması bir sıra xarici və daxili inflyasiya amillərinin dəyişimindən asılı olacaqdır. Manatın nominal effektiv məzənnəsi, tərəfdaş ölkələrdə inflyasiya prosesləri və qiymətləri dövlət tərəfindən tənzimlənən məhsul və xidmətlərin qiymət və tarifləri başlıca amillər hesab olunur. Eyni zamanda, iqlim dəyişiklikləri və istehsal xərclərinin artımı kənd təsərrüfatı istehsalçı qiymətləri indeksi vasitəsilə inflyasiyaya təsir edə bilər. İnflyasiyaya təsir edə biləcək digər daxili amillərə isə məcmu tələbin dinamikası aiddir".

"İnflyasiya gözləntiləri cari ildə sektorlar üzrə fərqli istiqamətlərdə dəyişmişdir. Həyata keçirilən real sektorun monitorinqinin nəticələrinə əsasən ilin ötən dövrü ərzində sahələr üzrə ən yüksək qiymət artımı gözləntisi xidmət sektorunda qeydə alınmışdır. Digər sektorlardan tikinti və ticarət üzrə gözləntilər isə son 2 ayda mənfi zonada qalmağa davam etmişdir. Qeyri-neft sənaye sektorunda il ərzində dəyişkənlik müşahidə edilmiş və gözləntilərdə mənfi zonadan müsbət zonaya keçid olmuşdur.

Sənaye sektorunda qiymət indeksi sentyabr ayında 0.07 (ötən ilin müvafiq dövrü 3.88 ), ticarətdə -14.28 (ötən ilin müvafiq dövrü -2.35), tikintidə -0.29 (ötən ilin müvafiq dövrü 5.40), xidmət sektorunda isə 21.59 (ötən ilin müvafiq dövrü 22.79) olmuşdur", - məlumatda qeyd olunub.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:203
embedMənbə:https://moderator.az
archiveBu xəbər 03 Dekabr 2024 13:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see357

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see350

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see348

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see309

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see299

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see298

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see297

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see282

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see281

Çörək yeyəndən sonra niyə yuxumuz gəlir?

21 Oktyabr 2026 15:46see274

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see271

Havalı Alı Rüstəm Dastanoğlunun hekayəsi

21 Oktyabr 2026 18:10see238

Günel Afrikadan qız uşağı övladlığa götürmək istəyir

21 Oktyabr 2026 15:52see235

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see234

Bakıda milyonluq hazırlıqlar başladı Qarlı havalarla bağlı

21 Oktyabr 2026 18:31see232

ABŞ nin Ukraynaya diplomatik təzyiqi artır

21 Oktyabr 2026 15:51see231

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see227

“Lap başımı itirmişəm, fikirləşirəm ki, kasıblar nə edir?” Hicran Nəsirova

21 Oktyabr 2026 20:18see224

Sülh müqaviləsini ləngidən Paşinyan nəyi gözləyir, yaxud Paşinyanı nə gözləyir?

21 Oktyabr 2026 21:18see214

İlkin tibbi yardım üçün ən yaxın səhiyyə müəssisəsinə müraciət edilməlidir Həkim

21 Oktyabr 2026 17:48see201
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri