Mərkəzi Bank təkrəqəmli inflyasiya proqnozlaşdırır
Teleqraf.com portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Azərbaycan Mərkəzi Bankı gələn il üçün inflyasiya hədəfini açıqlayıb.
Teleqraf.com xəbər ki, AMB-nin 2025-ci il üçün pul siyasətinin əsas istiqamətləri barədə bəyanatında bildirilir ki, pul siyasətinin hədəfi növbəti ildə də illik inflyasiyanı 4±2% səviyyəsində saxlamaqdan ibarət olacaq.
Bəyanatda qeyd edilir ki, AMB-nin son (oktyabr 2024-cü il) proqnozlarına görə, 2025-ci ildə illik inflyasiyanın 5,8 % ətrafında olacağı gözlənilir.
AMB eyni zamanda bildirir ki, qiymətlərin sabitliyi ilə bağlı bir sıra xarici və daxili risklər aktuallığını saxlayır: “Növbəti ildə də xarici faktorlar - dünya bazarında əmtəə qiymətlərinin dinamikası, tərəfdaş ölkələrdə inflyasiya prosesi və iqtisadi aktivlik ölkədəki inflyasiya proseslərinə təsir göstərəcək. Geosiyasi gərginliyin davam etməsi şəraitində sözügüdən xarici faktorların dəyişkən olaraq qalacağı gözlənilir. Məcmu tələbin izafi genişlənməsi ehtimalı, qiymfətləri dövlət tərəfindən tənzimlənən məhsul və xidmət tariflərinin dəyişimi, habelə inflyasiya gözləntilərinin artması isə qiymət sabitliyi üçün daxili risk mənbələridir”.
Baxış sayı:117
Bu xəbər 28 Dekabr 2024 09:26 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















