Mərkəzi Bank Şirvanda vətəndaşların səyyar görüşü keçiriləcək
Icma.az xəbər verir, Azertag saytına əsaslanaraq.
Bakı, 23 oktyabr, AZƏRTAC
Azərbaycan Respublikasının Mərkəzi Bankı (AMB) tərəfindən maliyyə xidmətləri istehlakçılarının və investorların hüquqlarının müdafiəsinin möhkəmləndirilməsinə yönəlmiş təşəbbüslərin həyata keçirilməsi davam etdirilir. Bu təşəbbüslər sırasında ölkə ərazisində səyyar vətəndaşlarla görüşlərin keçirilməsi mühüm yer tutur.
AMB-dən AZƏRTAC-a bildirilib ki, növbəti səyyar görüş noyabrın 5-də Şirvan şəhərində keçiriləcək. Görüş Şirvan, Biləsuvar, Hacıqabul, Neftçala inzibati rayonlarında yaşayan vətəndaşları əhatə edəcək.
Görüş zamanı Mərkəzi Bankın nümayəndələri tərəfindən vətəndaşların maliyyə xidmətləri ilə bağlı müraciətlərinin araşdırılması və cavablandırılması üzrə zəruri dəstək göstəriləcəkdir.
Qeyd edək ki, görüşə dair müraciətləri Mərkəzi Bankın 966 Qaynar xətti və +994 55 966 19 66 “Whatsapp” nömrəsi vasitəsilə ünvanlamaq mümkündür.


