Icma.az
close
up
RU
Mərkəzi Bankda “SWIFT” İstifadəçilər Qrupunun nümayəndələri ilə görüş keçirilib

Mərkəzi Bankda “SWIFT” İstifadəçilər Qrupunun nümayəndələri ilə görüş keçirilib

Xalq qazeti saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Azərbaycan Mərkəzi Bankı (AMB) ölkədə ödəniş sistemlərinin təkmilləşdirilməsini və qlobal standartlara uyğunlaşdırılmasını, rəqəmsal ödəniş infrastrukturunun əhatə dairəsinin genişləndirilməsini və səmərəliliyinin artırılmasını, eləcə də ən yaxşı təcrübələrin tətbiq edilməsini diqqətdə saxlayaraq bu istiqamətdə beynəlxalq təşkilatlarla sıx əməkdaşlıq edir.

AMB-dən AZƏRTAC-a bildirilib ki, bu əməkdaşlıq çərçivəsində növbəti dəfə Mərkəzi Bankda “SWIFT” təşkilatının nümayəndə heyəti ilə kommersiya banklarının və müvafiq maliyyə qurumlarının nümayəndələrindən ibarət “SWIFT” İstifadəçilər Qrupunun birgə görüşü təşkil olunub. Görüş zamanı “SWIFT” təşkilatı tərəfindən reallaşdırılan hazırkı və gələcək fəaliyyət proqramları, strateji hədəflər, o cümlədən “G20” ölkələrinin transsərhəd ödənişləri üzrə qarşıya qoyulmuş məqsədlər müzakirə olunub.

Görüşdə çıxış edən Mərkəzi Bankın sədr müavini Vüsal Xəlilov ödəniş sistemlərində həyata keçirilən islahatlardan və strateji prioritetlərdən danışarkən bildirib: “Maliyyə institutları və strateji tərəfdaşların Mərkəzi Bankın “2024-2026-cı illərdə maliyyə sektorunun inkişaf Strategiyası” ilə yaxından tanış olması və bu çərçivədə qeyd olunan təşəbbüslərə diqqət yetirməsi olduqca mühümdür. Eyni zamanda, hazırda banklarla yanaşı, Mərkəzi Bank tərəfindən lisenziya verilmiş elektron pul və ödəniş təşkilatlarının da “SWIFT” şəbəkəsinə qoşulması fintex sahəsinin inkişafının önəmli göstəricilərindən biri olmaqla, maliyyə sektorunda növbəti mərhələnin başlanğıcı kimi qiymətləndirilir”.

Daha sonra Azərbaycanda ödəniş əməliyyatlarının dinamikası, ölkənin milli ödəniş infrastrukturunun cari vəziyyəti, “ISO20022” beynəlxalq standartına keçid üzrə görülmüş işlər və ödəniş xidmətlərinin inkişaf perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.

Eyni zamanda, görüşdə “SWIFT” təşkilatı ilə birgə əməkdaşlıq çərçivəsində Azərbaycanda icra olunmuş innovativ ödəniş həlləri üzrə praktiki müzakirələr aparılıb. Kommersiya banklarının nümayəndələrinin müvafiq mövzularla bağlı çıxışları da baş tutub.

Mərkəzi Bank aidiyyəti dövlət qurumları və beynəlxalq təşkilatlarla əməkdaşlıq çərçivəsində ölkədə elektron ödəniş sistemlərinin inkişafı və nağdsız ödənişlərin genişləndirilməsi istiqamətində layihələrin və strateji təşəbbüslərin həyata keçirilməsini davam etdirir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:343
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 19 Fevral 2025 17:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see330

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see309

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see293

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see271

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see267

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see264

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see256

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see248

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see247

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see237

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see226

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see225

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see225

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see215

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see210

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see208

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see204

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see196

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see192

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see192
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri