Mərkəzi Bankın nümayəndə heyəti Əbu Dabidə beynəlxalq konfransda iştirak edib
Icma.az bildirir, Azertag portalına istinadən.
Bakı, 7 oktyabr, AZƏRTAC
Azərbaycan Mərkəzi Bankının (AMB) sədr müavini Gülər Paşayevanın rəhbərlik etdiyi nümayəndə heyəti Əməliyyat Riskləri üzrə Beynəlxalq İşçi Qrupunun (IORWG) Əbu-Dabidə keçirilən illik beynəlxalq konfransında ilk dəfə olaraq həmsədr qismində iştirak edib.
AMB-dan AZƏRTAC-a bildirilib ki, tədbir çərçivəsində Mərkəzi Bankın Risklərin idarə edilməsi departamentinin direktoru Məhəmməd Məhərrəmli “GRC & Integrated Risk Management” mövzusunda təqdimatla çıxış edib.
Qeyd edək ki, Azərbaycan Respublikası Mərkəzi Bankının 119 mərkəzi bank və nəzarət qurumunu birləşdirən IORWG konfransında həmsədr qismində iştirakı əməliyyat risklərinin daha səmərəli və effektiv idarə olunması üçün əməkdaşlıq və təcrübə mübadiləsinə verdiyi önəmin bariz nümunəsidir.


