Mərkəzi Bankın nümayəndə heyəti Almatıda “Mərkəzi Asiya Regional Fintex Sammiti”ndə iştirak edib
Azertag saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Bakı, 18 noyabr, AZƏRTAC
Azərbaycan Mərkəzi Bankının (AMB) nümayəndə heyəti Qazaxıstanın Almatı şəhərində keçirilən “Mərkəzi Asiya Regional Fintex Sammiti”ndə iştirak edib.
AMB-dən AZƏRTAC-a bildirilib ki, Mərkəzi Bankın nümayəndələri sammit çərçivəsində transsərhəd ödənişlərin inkişafı, data transformasiyası və idarəedilməsi, eləcə də milli ödəniş həllərinin tətbiqi mövzularında təşkil olunan müzakirə panellərində çıxış ediblər.
Müzakirələr zamanı müasir texnologiyaların tətbiqi ilə müştəri gözləntilərinin qarşılanması, həmçinin maliyyə infrastrukturunda qarşılıqlı əlaqəliliyin gücləndirilməsi kimi məsələlər diqqət mərkəzində olub.
Qeyd edək ki, bu tədbir regionun tənzimləyici qurumlarını və maliyyə institutlarını bir araya gətirərək maliyyə texnologiyaları sahəsində əməkdaşlıq və bilik mübadiləsi üçün platforma yaradıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:41
Bu xəbər 18 Noyabr 2025 18:31 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















