Icma.az
close
up
RU
® Mərkəzi Gömrük Hospitalında yeni rezidentlərlə görüş keçirilib

® Mərkəzi Gömrük Hospitalında yeni rezidentlərlə görüş keçirilib

Azertag saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Mərkəzi Gömrük Hospitalında rezidentura təhsilinə yeni qəbul olunmuş həkim-rezidentlərlə görüş keçirilib.

Görüşdə Mərkəzi Gömrük Hospitalının rəisi-Baş həkimi, tibb elmləri doktoru Bəxtiyar Musayev çıxış edərək rəhbərlik etdiyi sağlamlıq müəssisəsinin Azərbaycan səhiyyəsində xüsusi yeri olduğunu bildirib və burada həyata keçirilən unikal əməliyyatlar, pandemiya dövründə COVID-19 infeksiyasına yoluxmuş xəstələrin müalicəsində Azərbaycanda ilk dəfə uğurla tətbiq olunan EKMO cihazı, eləcə də xarici tərəfdaşlar olan Florence Nightingale Xəstəxanalar Qrupu, Böyük Britaniyanın Birmingem Qadın və Uşaq Hospitalı və digər tibb müəssisələri ilə əməkdaşlıq imkanları barədə geniş məlumat verib. Həmçinin qeyd olunub ki, hospital gənc mütəxəssislərə nəzəri biliklərlə yanaşı, ən müasir texnologiyalar üzərində praktiki təcrübə qazanmaq üçün geniş imkanlar yaradır. O, yeni rezidentləri təbrik edərək onlara uğurlar arzulayıb, təhsil aldıqları müddətdə daim öyrənməyə, elmi yenilikləri izləməyə və xəstələrin sağlamlığını hər şeydən üstün tutmağa çağırıb.

Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəis müavini, tibb üzrə fəlsəfə doktoru, dosent İsmayıl Əfəndiyev rezidentlərin yüksəkixtisaslı həkim kimi yetişməsi, elmi araşdırmaların aparılması üçün onlara yaradılan imkanlar haqqında ətraflı məlumat verib. O, rezidentlər üçün beynəlxalq mübadilə proqramlarında iştirak etmək imkanları, tədris proqramının faydalı yerinə yetirilməsi, eləcə də rezidentlərin öz sahələri üzrə xarici ölkələrdə və ölkədaxili konfranslarda, konqreslərdə, rotasiyalarda iştirak etmək imkanları barədə danışıb. Yerli və beynəlxalq ekspertlərin iştirakı ilə keçirilən həmin konfransların onların gələcəkdə peşəkar həkim kimi yetişməsində əhəmiyyətli rola malik olduğu bildirilib.

Görüşün yekununda həkim-rezidentlərin sualları cavablandırılıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:136
embedMənbə:https://azertag.az
archiveBu xəbər 03 Sentyabr 2025 10:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see393

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see380

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see377

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see372

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see371

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see351

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see350

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see334

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see331

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see330

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see313

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see311

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see306

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see295

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see282

Qazax şəhərində beşinci İdman Festivalının açılış mərasimi keçirilib FOTO

20 Noyabr 2026 21:35see265

Sabunçu rayonunda YAP ın yaradılmasının 34 illiyi münasibətilə ağacəkmə aksiyası keçirilib

20 Noyabr 2026 21:11see228

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see226

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see217

Azərbaycanda regional tədris mərkəzinin yaradılması Dünya Bankı ilə müzakirə edilib

21 Noyabr 2026 15:42see209
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri